Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Quba “ASAN Həyat” Kompleksində Bahar festivalı keçirilir

04 Mart 2019, 12:39 (GMT +4)

Bakı, 4 mart, SalamNews, K.Orxan. Quba “ASAN Həyat” Kompleksində keçirilən Bahar festivalı çərçivəsində tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi festival martın 2-dən başlayıb.

Bayram mərasimində Novruz adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, şimal regionunda yaşayan azsaylı xalqların həyat tərzini və mətbəxlərini əks etdirən stendlər təqdim olunur. Festivalın qonaqları milli personajların iştirakı ilə Novruz tamaşalarını, pəhləvan və kəndirbaz oyunlarını, milli ornomentlərin sərgisini, idmançıların çıxışlarını izləmək, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkasından faydalanmaq imkanı qazanıblar.

Festival günlərində “ABAD Gastro Village” layihəsi çərçivəsində food trucklarda (təkərli qoşqular) “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilir.

İran, Türkmənistan, Qazaxıstan və Özbəkistanın nümayəndə heyətləri də öz ölkələrinə məxsus guşələrdə adət-ənənələrini nümayiş etdiriblər.

Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, “ASAN xidmət”in tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə çıxış edərək, festivalın keçirilməsinin milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Bildirilib ki, festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə verməkdir. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin nümayəndələrinin festivalda iştirakını təmin etməklə dövlətlərarası mədəni əlaqələrin inkişaf etdirilməsi prioritetdir.

Tanınmış incəsənət ustalarının ifalarından və milli rəqslərdən ibarət konsert proqramı festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Quba “ASAN Həyat” Kompleksində keçirilən Bahar festivalı martın 5-dək hər gün səhər saatlarından başlayaraq gün ərzində davam edəcək.

Bahar festivalı Qubadan sonra Masallı və Şəki “ASAN Həyat” komplekslərində keçirilməklə bölgə sakinlərinə martın 19-dək bayram sevinci yaşadacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Vətəndaş” tipli “Asan İmza” pulsuz olacaq

“ASAN xidmət” və "ASAN Kommunal" 7 gün işləməyəcək

ASAN könüllüləri UNICEF-lə birgə sosial yardımları davam etdirirlər

“ASAN xidmət” vətəndaşlara müraciət edib

ASAN Qlobal Veb Forum başa çatıb

ASAN Qlobal Veb Forumun ilk günü 2 ardıcıl sessiya ilə davam edib

ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib

Bu günün «Ön cəbhədə savaşanları» (TƏHLİL)

“ASAN xidmət” mərkəzlərində qanvermə aksiyaları təşkil olunub

"ASAN" Şuşanın işğalı ilə bağlı videoçarx hazırlayıb (VİDEO)

Nepal “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

“ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri-iş günüdür

ASAN könüllüləri ahıl və tənha yaşayan xəstələrə dərmanlar paylayıblar (FOTOLAR)

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vətəndaşlara müraciət edib

Azərbaycan Prezidenti: Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır

ASAN könüllüləri daha bir sosial yardım layihəsinə başlayırlar

UNICEF və ASAN könüllülərin həssas ailələrə dəstək verib

Ülvi Mehdiyev: Növbə götürməyən vətəndaşlar “ASAN xidmət”ə buraxılmayacaq

Aprelin 27-dən «ASAN Xidmət» mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək

Gələn həftədən “ASAN Xidmət” yeni formada fəaliyyətə başlayacaq

29 May 2020, 22:05 (GMT +4)
Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66