Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə keçirilib

02 Mart 2019, 15:10 (GMT +4)

Bakı, 2 mart, SalamNews. Martın 2-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə keçirilib.

Nazirlikdən SalamNews-a bildirilib ki,müşavirədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov son illər bu sahədə aparılan islahatlar, ümumi təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ceyhun Bayramov qeyd edib ki, şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında ümumi təhsil müstəsna əhəmiyyətə malikdir və bu baxımdan ən geniş əhatə dairəsi olan bu təhsil pilləsinə həmişə xüsusi diqqət göstərilib.

Ceyhun Bayramov bildirib ki, ümumi təhsil müəssisələrinin idarəedilməsinin təşkili təhsilin keyfiyyətinin yüksəldilməsində vacib halqadır. Son iki ayda 132 nəfər ümümi təhsil müəssisələrinə direktor təyin edilib. Nazir məktəb direktorlarının təyinatı prosesinin davam edəcəyini bildirib. 

Yerli təhsili idarəetmə qurumlarının məktəblərlə ünsiyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan nazir eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsində valideyn faktorunun önəmini diqqətə  çatdırıb.

Təhsil naziri qeyd edib ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllim peşəsinin nüfuzu və bu sahəni seçmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Həmçinin işə yeni qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri daha da yüksəlib.

Ceyhun Bayramov təhsili idarəetmə orqanları ilə pedaqoji profilli universitetlərin əməkdaşlığının vacib olduğunu qeyd edib. Bildirib ki, müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübələri ölkənin bütün ümumtəhsil məktəblərində aparılmalı, universitet-məktəb əməkdaşlığı daha da genişləndirilməlidir.

Nazir müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunmasına xüsusi diqqət yetirildiyini və bu sahədə modulların yenilənəcəyini bildirib. Eyni zamanda məktəb bazasında səriştəyönümlü və kompetensiya əsaslı peşə təmayülünün daha da genişlənməsi istiqamətində işlər görüləcəyini nəzərə çatdırıb.

İstedadlı uşaqlarla işin təşkili ilə bağlı həyata keçirilən layihələrdən söz açan təhsil naziri qeyd edib ki, indiyədək ölkə üzrə belə uşaqların seçimi aparılıb və 60 xüsusi sinif yaradılıb. Nazir şagirdlərdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Sonra təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan hədəflərin hər bir təhsil işçisinin üzərinə mühüm vəzifələr qoyduğunu vurğulayıb.

Nazir müavini qeyd edib ki, hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb  fəaliyyət göstərir. Həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi sayı 1 milyon 520 min nəfərə bərabərdir.

Məhəbbət Vəliyeva bildirib ki, müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulu üzrə müsabiqəyə 2015-ci ildə 21795 nəfər müraciət edib, onlardan 2200-ü işə qəbul olunub. Ötən il isə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50697 nəfər müraciət edib, onlardan 8500 nəfər daimi əsaslarla işə qəbul olunub. Həmin müəllimlərin 48 faizi müddətsiz, 52 faizi müddətli müqavilə ilə fəaliyyət göstərir. Nazir müavini yerlərdə  gənc müəllimlərlə işin nəzarətə götürülməsi və onların istiqamətləndirilməsinin vacib olduğunu qeyd edib.

Müşavirədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov,  Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Audit şöbəsinin müdiri Mürşüd Rəşidov Dövlət proqramlarından irəli gələn məsələlərlə bağlı tapşırıqların, eləcə də  Təhsil Nazirliyinin əmr və sərəncamlarının yerinə yetirilməsi vəziyyəti, təlim keyfiyyəti, təmayülləşmə, məktəbdaxili nəzarət və rəhbərliyin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər. Həmçinin çıxışlarda aparılan monitorinq və araşdırmaların nəticələri və bununla bağlı görülən tədbirlər haqqında danışılıb.

Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb, yerli təhsili idarəetmə qurumlarının rəhbərlərinə tapşırıq və tövsiyələr verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Zakir Həsənov genişmiqyaslı təlimlərlə bağlı müşavirə keçirib

Bakı Şəhər İcra Hakimiyyətində qışa hazırlıqla bağlı müşavirə keçirilib

Şamaxıda dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib (FOTO)

FHN Ağdaşda seminar-müşavirə keçirib

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib

Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

KTN Sabirabadda respublika müşavirəsi keçirib

Müdafiə naziri Silahlı Qüvvələr günü ərəfəsində xidməti müşavirə keçirib

Nazir Vilayət Eyvazovun sədrliyi ilə əməliyyat müşavirəsi keçirilib

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı keçirilib (FOTOLAR)

Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır

Təhsil müəssisələri direktorlarının iştirakı ilə keçirilən müşavirə başa çatıb

Qobustanda toxumçuluqla bağlı müşavirə keçirilib

Qubada ikigünlük seminar-müşavirə keçirilir

Ali Məhkəmədə geniş müşavirə keçirilib

“Qalmaz” yeraltı qaz anbarı sahəsində texniki müşavirə keçirilib

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66