Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Qalaaltı müalicə ocağına media-tur təşkil olunub (FOTO)

02 Mart 2019, 12:32 (GMT +4)

Bakı, 2 mart, SalamNews, S.Vaqifoğlu. Qalaaltı Azərbaycanın müalicə turizminin incisi adına iddia edir.

SalamNews-un verdiyi məlumata görə, Qalaaltı müalicə ocağının 50 illiyi ilə bağlı media-tur olub. Tədbirdə Azərbaycanın və xarici ölkələrin (Qazaxıstan, Özbəkistan) turizm şirkətlərinin nümayəndələri, ictimai xadimlər, həmçinin yerli KİV-in nümayəndələri iştirak edib.

Media-tur 1969-cu ildə Qalaaltı dağətəyi meşələrində müalicəvi suyun aşkar olunmasının 50 illiyinə həsr edilib. Müalicə-istirahət kompleksinin direktoru Ülvi Əhmədov media-tur iştirakçılarına xatırladıb ki, “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin 2015-ci il avqustun 8-də keçirilən açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Dövlət başçısı qeyd edib ki, Beynəlxalq müalicə-istirahət kompleksinin fəaliyyətə başlaması ölkəmizin sürətli və hərtərəfli inkişafının göstəricisidir. Onun szölərinə görə, bu gün iqtisadiyyatın qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsi sürətli inkişaf dövrünü yaşayır. Son illər Azərbaycana minlərlə turist gəlir, onlar ölkəmizin mədəni-tarixi zənginlikləri və əsrarəngiz gözəlliyi ilə tanış olurlar.

Media-turun iştirakçılarının diqqətinə çatdırılıb ki, Qalaaltı suyu çox məşhurdur və müalicəvi xassələrə malikdir. Qalaaltı kurortu 1976-cı ildə yaradılıb. Şərait indiki kimi olmasa da, həmin vaxtlarda buraya çoxlu qonaq axını olurdu. Sovet İttifaqının müxtəlif guşələrindən minlərlə insan buraya gəlir, müalicə olunur, istirahət edirdi. Qalaaltı Azərbaycanın orijinal və çox cəlbedici balneoloji kurortudur. Hazırda müalicə-istirahət kompleksi özünün dirçəliş dövrünü yaşayır, Qalaaltının fəaliyyətinin yeni mərhələsi başlayıb. Burada yaradılmış ən yüksək beynəlxalq standartlara uyğun şəraitdən istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar istifadə edə bilərlər.

Tibb və termal turizminin dəstəklənməsi Assosiasiyasının İdarə Heyətinin üzvü, Sağlamlıq Turizmi Qlobal Təşkilatının baş katibinin müavini Ceyhun Aşurov qeyd edib ki, tibb və termal turizmi sahəsində illik turist artımı 10 faizdən çox olub və ildə 500 milyard dollardan artıq gəlir əldə edilib. Onun sözlərinə görə, bu rəqəmlər tibb turizminin iqtisadi cəhətdən çox perspektivli və gəlirli sahə olacağını hesab etməyə əsas verir.

Müalicə-istirahət kompleksinin satış və marketinq üzrə meneceri Fəxri Qafarlı qeyd edib ki, Bakıdan cəmi 127 kilometr uzaqlıqda yerləşən və 171 otaqdan ibarət kompleksin otel binası ən müasir standartlara cavab verir. Burada qonaqların zövqünü oxşayan interyer işləri aparılıb, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans zalları yaradılıb. Binadakı 112 superior otağın 33-ü iki, 79-u isə birnəfərlikdir. Bundan başqa, burada 11 suit və 1 lüks otaq da var. Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Otel binasındakı “Mənzərə” restoranı, “Lavanda”, “Qala” və “Vitamin” barları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır. Müalicə-istirahət mərkəzində aptek, market, suvenir mağazası, kişi və qadın bərbərxanaları fəaliyyət göstərir, qonaqlara bank xidmətləri təklif olunur.

Kompleksdə ziyarətçilərə SPA xidmətləri də təqdim edilir. Həmçinin hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları, hovuz, trenajor zalı fəaliyyət göstərir. Burada yaradılan qar otağı da qonaqların ixtiyarındadır. “Tai SPA” və “Aura SPA” mərkəzlərini ziyarət edənlər buradan xoş əhval-ruhiyyə ilə ayrılacaqlar.

“Qalaaltı” kompleksində yerləşən tibbi mərkəz də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə uroloji xidmətlər də göstəriləcək. Kosmetoloji bölmədə kosmetoloji prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var.

Müalicə-istirahət kompleksinin tibb məsləhətçiləri öz çıxışlarında bildiriblər ki, kəndin ərazisində çıxan təbii müalicə əhəmiyyətli “Naftsu”nun tərkibində yüksək miqdarda üzvi maddələr var. Vurğulanıb ki, suyun tərkibi dünyaca məşhur Ukraynanın Truskavets və Çexiyanın Karlovı Varı kurortlarını suları ilə eynidir, hətta onları da üstələyir. Müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhur təbii müalicə əhəmiyyətli sulardan sayılan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur. Müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlər tərəfindən hər bir ziyarətçiyə müəyyən edilən fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Qonaqlar müalicəvi su içmə zalında lazımi qədər və zəruri temperaturda su əldə edə bilərlər. Bu müasir texnoloji yenilik Azərbaycan tarixində ilk dəfə olaraq məhz burada tətbiq edilir.

Media-tur iştirakçıları müalicə-sağlamlıq kompleksində yaradılan şəraitə tanış olublar.

Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti çərçivəsində turizm sənayesinin dayanıqlı inkişafı konsepsiyası ölkənin sürətli iqtisadi inkişafında xüsusi yer tutur. Ölkəmizdə turizmin inkişafı üçün əlverişli mühitin yaradılmasının məntiqi nəticəsi olaraq, Azərbaycanın dilbər guşələrindən biri sayılan Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

FHN: Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında meşəlik ərazidə yanğın qismən söndürülüb

Qalaaltı turizm mərkəzi yalnız Truskavetslə müqayisə oluna bilər - direktor (FOTO)

Vahid Vəliyev: "Qalaaltı suyunun təmiz olması müxtəlif qrup xəstəliklərinin müalicəsinə imkan verir"

Şabran rayonu Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir

“Qalaaltı” hoteli ölkənin turizm məkanında cəlbedici ünvana çevrilib (FOTO LENTİ)

Prezident İlham Əliyev “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışında iştirak edib

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12