Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Gənclər və idman nazirliyi yeni bir layihəyə start verir

02 Mart 2019, 11:40 (GMT +4)

Bakı, 2 mart, SalamNews.Gənclər və idman nazirliyi yeni bir layihəyə start verir.

SalamNews xəbər verir ki, Gənclər və İdman Nazirliyi gənclərlə işləyən təlimçilərin reyestrinin aparılması və elektron məlumat bazasının yaradılmasını  elan edir.

Layihənin məqsədi gənclərlə bağlı həyata keçirilən müxtəlif yerli və beynəlxalq layihə və fəaliyyətlərdə nəzərdə tutulan təlimlərin keçirilməsi üçün təcrübəli və potensial təlimçilərdən ibarət platformanın yaradılması mexanizminin tətbiq edilməsidir.

Reyestrə daxil edilmək üçün şəxslər aşağıdakı sənədləri 2019-cu ilin martın 01-dən 30-dək təqdim etmələri xahiş olunur:

1.Müraciət (Əlavə №1);

2.Tərcümeyi hal (CV);

3.Yerli və beynəlxalq səviyyədə keçirilən təlimçilər üçün təlimlərdə (ToT Training of trainers) iştirakı. İştirakı təsdiq edən sənədin (şəhadətnamə və s.) surəti;

4.Təlimçi barədə məlumat forması (Əlavə №2);;

5.Şəxsiyyət vəsiqəsinin surəti;

6.Ali təhsil barədə sənədin surəti;

7.Elektron formada 1 ədəd 3x4 ölçüdə şəkil.

Bu məlumatları aşağıdakı elektron poçt və ya şəxsən Gənclər və İdman Nazirliyinin Ümumi şöbəsinə təqdim etmək olar.

Sənədlər təqdim edildikdən sonra 3 (üç) iş günü müddətində yoxlanılır və müraciət edən şəxsə elektron poçt vasitəsilə bildiriş göndərilir. 7 (yeddi) iş günü müddətində isə Gənclər və İdman Nazirliyi tərəfindən reyestrdən çıxarış təqdim edilir. Bu sənədlə həmin şəxsə ölkə ərazisində gənclərlə bağlı təlimlərdə təlimçi kimi iştirak etmək səlahiyyəti verilir.

Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.11.15 yarımbəndinin (Gənclərlə iş sahəsində təlimçilərin hazırlanması mexanizminin təkmilləşdirilməsi və bu istiqamətdə mövcud olan beynəlxalq təcrübənin tətbiq edilməsi) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər və İdman Nazirliyi veteran idmançılara dəstək olub

Gənclər və İdman Nazirliyi gənclərə çağırış edib

Gənclər və İdman Nazirliyi istedadlı və yaradıcı gəncləri mükafatlandırıb (FOTO)

Gənclər və İdman Nazirliyi uşaqlar üçün yeni il aksiyası keçirir

Gənclər və İdman Nazirliyi kənd gəncləri üçün yeni imkanlar yaradır

Gənclər və İdman Nazirliyinin kollektivi ulu öndərin məzarını ziyarət edib

Gənclər və İdman Nazirliyinin yaranmasının 25-ci il dönümüdür

Gənclər və İdman Nazirliyində idman mütəxəssislərinə fəxri adlar verilib (FOTO)

Gənclər və İdman Nazirliyi Xocalı ilə bağlı gənclərə çağırış edib

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb

Bu gün Gənclər və İdman Nazirliyinin yaranma günüdür

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günüdür

BMT ilə Gənclər və İdman Nazirliyi arasında niyyət məktubu imzalanıb

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında Protokol imzalanıb

Gənclər və İdman Nazirliyinin səlahiyyətləri artırılıb

Gənclər və İdman Nazirliyində beynəlxalq yarışlarda qalib gəlmiş güləşçilərlə görüş keçirilib (FOTOLAR)

Gənclər və İdman Nazirliyində cüdo və taekvondo yığmaları ilə görüş keçirilib (FOTOLAR)

Gənclər və İdman Nazirliyində bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib

Gənclər və İdman Nazirliyində Dünya Kubokunda iştirak edən güləşçilərlə görüş keçirilib (FOTO)

08 İyul 2020, 15:39 (GMT +4)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:25 (GMT +4)
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib

08 İyul 2020, 15:17 (GMT +4)
ÇXR-də 2.3 milyondan çox insan leysan yağışlarına görə fəlakət bölgəsində qalıb

08 İyul 2020, 15:00 (GMT +4)
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

08 İyul 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

08 İyul 2020, 14:40 (GMT +4)
Almaniyada son sutkada 397 COVID-19-a yoluxma qeydə alınıb

08 İyul 2020, 14:33 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

08 İyul 2020, 14:15 (GMT +4)
Ağcabədidə top mərmisi tapılıb

08 İyul 2020, 14:05 (GMT +4)
ABŞ Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir

08 İyul 2020, 13:48 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 İyul 2020, 13:32 (GMT +4)
İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

08 İyul 2020, 13:30 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan COVID-19-a yoluxub  

08 İyul 2020, 13:20 (GMT +4)
Azərbaycanın baş epidemioloqu vəzifəsindən ayrılıb

08 İyul 2020, 13:08 (GMT +4)
Professor Mehmet Ceyhan: Amöb hüceyrəsinə Türkiyədə də rast gəlinib

08 İyul 2020, 13:02 (GMT +4)
KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

08 İyul 2020, 12:53 (GMT +4)
Əfqanıstanda koronavirusa yoluxanların sayı 33 mini ötüb

08 İyul 2020, 12:39 (GMT +4)
Gürcüstanda meşə yanğınlarının söndürülməsinə helikopterlər cəlb edilib

08 İyul 2020, 12:30 (GMT +4)
Azərbaycanda rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanılıb

08 İyul 2020, 12:14 (GMT +4)
Jurnalistlər Braziliya prezidentini məhkəməyə verəcəklər

08 İyul 2020, 12:14 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 8,5 milyon manat ayrılıb

08 İyul 2020, 12:06 (GMT +4)
Efiopiyada qarşıdurmalar zamanı ölənlərin sayı 239-a çatıb

08 İyul 2020, 11:55 (GMT +4)
Gürcüstanda COVID-19-a yoluxanların sayı 960 nəfəri keçib

08 İyul 2020, 11:48 (GMT +4)
“İnnovasiyalar mərkəzi”nin dəstəyi ilə yeni innovativ cihaz hazırlanıb

08 İyul 2020, 11:40 (GMT +4)
Azərbaycanda keçmiş rektor vəfat edib

08 İyul 2020, 11:34 (GMT +4)
Rusiya və Çin BMT TŞ-nin Suriya ilə bağlı qətnaməsinə veto qoyub

08 İyul 2020, 11:27 (GMT +4)
İsrail işğal edilən Qüds şəhərinin mərkəzində yeni kvartal salır

08 İyul 2020, 11:16 (GMT +4)
Kür çayında batan 15 yaşlı yeniyetmənin cəsədi tapılıb

08 İyul 2020, 11:03 (GMT +4)
ETSN: Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır

08 İyul 2020, 10:55 (GMT +4)
Bayden seçkidə qalib gələrsə ABŞ-ı ÜST-ün tərkibinə qaytaracağını vəd edib

08 İyul 2020, 10:45 (GMT +4)
Böyük ehtimalla bu il xarici zəvvarlar Ərbəin mərasiminə gedə bilməyəcəklər - Səfir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66