Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Xaçmazın üç kəndinin su təminatı yaxşılaşdırılıb

02 Mart 2019, 12:13 (GMT +4)

Bakı, 2 mart, SalamNews. Xaçmaz rayonunun Xaspoladoba, Arzu və Sərkərli kəndlərində yeni suvarma və su təminatı layihələrinin icrası yekunlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

SalamNews xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində icra olunan layihələr yerli fermerlərin suvarma, həmçinin sakinlərin texniki su təminatını daha da yaxşılaşdıracaq.

Layihələrin açılış mərasiminə İqtisadiyyat Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, USAID-in, nümayəndələri, bələdiyyə və yerli icma üzvləri iştirak edib.

Bildirilib ki, Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu ərazidəki fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq, məhsuldarlığa müsbət təsir göstərəcək. Bu layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.

Arzu və Sərkərli kəndlərində isə müvafiq olaraq 60 və 25 tonluq yeni su çənləri, habelə iki kənddə ümumilikdə 8 kilometrə yaxın yeni su boruları quraşdırılıb. Yeni su sistemlərindən 2 min 400 sakin istifadə edəcək.

USAID-in SEDA layihəsi Azərbaycan hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq, həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. Bu layihə çərçivəsində 146 icmada 240 minə yaxın insanın faydalana biləcəyi 131 layihə icra olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Samuxun Qədili kəndində qeyri-içməli su təminatının yaxşılaşdırılması layihəsi başa çatıb

Ələt qəsəbəsi sakinlərinin su təminatı yaxşılaşdırılır

Şəmkirçay su anbarı 54 min hektar torpağın su təminatını yaxşılaşdıracaq

Bakının 3 rayonunun su təminatı dayandırılıb

06 Dekabr 2019, 18:01 (GMT +4)
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexi aşkarlanıb

06 Dekabr 2019, 18:00 (GMT +4)
Pekin ABŞ-ın diplomatlara qoyulan məhdudiyyətlərə güzgü effekti ilə cavabını verir

06 Dekabr 2019, 17:53 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

06 Dekabr 2019, 17:49 (GMT +4)
BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 17:40 (GMT +4)
Təhsil naziri İordaniyanın yeni səfiri ilə görüşüb

06 Dekabr 2019, 17:39 (GMT +4)
ABŞ Yəmənə göndərildiyi iddia edilən raketlərin görüntülərini yayımlayıb (FOTO)

06 Dekabr 2019, 17:33 (GMT +4)
Putin “Şimal axını-2” borusunun tikintisini şərh edib

06 Dekabr 2019, 17:30 (GMT +4)
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06 Dekabr 2019, 17:21 (GMT +4)
Səfir Hidayət Orucova yubiley medalı təqdim edilib

06 Dekabr 2019, 17:19 (GMT +4)
Tramp Merkeli "fantastik qadın" adlandırıb

06 Dekabr 2019, 17:16 (GMT +4)
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

06 Dekabr 2019, 17:10 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

06 Dekabr 2019, 17:04 (GMT +4)
Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb

06 Dekabr 2019, 17:01 (GMT +4)
Prezident: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib

06 Dekabr 2019, 16:42 (GMT +4)
Poroşenko Zelenskiyə Putinlə təktəbək görüşlər barədə xəbərdarlıq verib

06 Dekabr 2019, 16:23 (GMT +4)
DGK və “Caspian European Club” B2G Forum təşkil edib

06 Dekabr 2019, 16:20 (GMT +4)
Kreml ABŞ-da rusların təqiblərinə qarşı çıxıb

06 Dekabr 2019, 16:08 (GMT +4)
Ayətullah Sistani xarici müdaxilə olmadan İraqda yeni baş nazirin seçilməsini istəyib

06 Dekabr 2019, 16:00 (GMT +4)
Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

06 Dekabr 2019, 15:44 (GMT +4)
"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

06 Dekabr 2019, 15:34 (GMT +4)
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

06 Dekabr 2019, 15:21 (GMT +4)
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 Dekabr 2019, 15:12 (GMT +4)
ABŞ-da kor məhbus elektrik stulda edam edilib

06 Dekabr 2019, 15:00 (GMT +4)
Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

06 Dekabr 2019, 14:50 (GMT +4)
İspaniyada həkimlər 6 saat ürəyi dayanan xəstəni həyata qaytarıb

06 Dekabr 2019, 14:15 (GMT +4)
Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 7 nəfər ölüb

06 Dekabr 2019, 14:13 (GMT +4)
SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 14:06 (GMT +4)
Nazir Mikayıl Cabbarov Simonyanın təxribat xarakterli fikrinə cavab verib

06 Dekabr 2019, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

06 Dekabr 2019, 13:41 (GMT +4)
Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66