Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

“Bakı Marafonu-2019” başlayır

01 Mart 2019, 12:41 (GMT +4)

Bakı, 1 mart, SalamNews. Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək.

Fonddan SalamNews-a verilən məlumata görə, layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər martın 4-dən mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilər. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

“Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

“Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.

Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.

Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.

Keçən yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, ABŞ, Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran, İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təmsilçiləri də qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya, Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdən turistlər də iştirak etmişdi. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.

“Bakı Marafonu-2019” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin rəsmi feysbuk səhifəsi - www.facebook.com/bakumarathon və www.baku.marathon.az saytında təqdim ediləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Marafonunda “Türk Hava Yolları”nın qaliblərinin adları açıqlanıb

Daun sindromlu uşaqlar “Bakı marafonu-2019”-da iştirak ediblər

“Bakı Marafonu - 2019”da Azercell sağlam həyat tərzi ideyası ətrafında minlərlə insanla həmrəy olacaq 

“Bakı Marafonu – 2019”da tələbə və korporativ iştirakçılar üçün xüsusi mükafat olacaq

Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı olub

“Bakı Marafonu-2018”də qeydiyyat mayın 12-dək uzadılıb

“Bakı Marafonu-2018” üçün 3 min nəfər qeydiyyatdan keçib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu-2018" keçiriləcək

Təhsil Nazirliyində “Bakı Marafonu-2017”də iştirak edən tələbə-könüllülərlə görüş olub

“Bakı Marafonu 2017”-yə 13 mindən çox şəxs qatılıb

BŞH-nin əməkdaşları Bakı marafonunda xeyriyyə üçün qaçacaqlar

“Olympic Moves” atletləri və müəllimləri “Bakı Marafonu 2017”yə qoşulacaqlar

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçiriləcək

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2016” keçirilib (FOTO)

“Bakı Marafonu- 2016” ilə əlaqədar bəzi küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

“Bakı Marafonu - 2016”nın təqdimat mərasimi baş tutub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2016" keçiriləcək

25 Noyabr 2020, 18:05 (GMT +4)
Çempionlar Liqasında 1/8 finala ilk 4 vəsiqənin sahibi bilinib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Cavid Qurbanov Kəlbəcər rayonunun azad olunması münasibətilə kəlbəcərliləri təbrik edib

25 Noyabr 2020, 18:03 (GMT +4)
ƏƏSMN müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikilməsini öhdəsinə götürüb

25 Noyabr 2020, 17:53 (GMT +4)
BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur

25 Noyabr 2020, 17:43 (GMT +4)
Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırılıb

25 Noyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanın azad edilmiş ərazilərindəki aeroportlar ICAO reyestrinə daxil ediləcək

25 Noyabr 2020, 17:09 (GMT +4)
Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub

25 Noyabr 2020, 16:55 (GMT +4)
Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

25 Noyabr 2020, 16:48 (GMT +4)
BƏƏ Türkiyə və İran da daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb

25 Noyabr 2020, 16:40 (GMT +4)
Astarada çayda batan şəxsin meyiti tapılıb

25 Noyabr 2020, 16:25 (GMT +4)
Qubada postda saxlanılan şəxsdən narkotik götürülüb

25 Noyabr 2020, 16:17 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarlanıb

25 Noyabr 2020, 15:57 (GMT +4)
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri yayılıb (VIDEO)

25 Noyabr 2020, 15:47 (GMT +4)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb

25 Noyabr 2020, 15:40 (GMT +4)
Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

25 Noyabr 2020, 15:11 (GMT +4)
Türkiyə istehsalı koronavirus peyvəndi aprel ayında istifadəyə verilə bilər

25 Noyabr 2020, 14:50 (GMT +4)
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

25 Noyabr 2020, 14:30 (GMT +4)
Sabah yağış yağacaq

25 Noyabr 2020, 14:11 (GMT +4)
Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

25 Noyabr 2020, 14:01 (GMT +4)
İran ABŞ-ın növbəti hökumətinə nikbin deyil – Mahmud Vaizi

25 Noyabr 2020, 13:58 (GMT +4)
Ərdoğan: “Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”

25 Noyabr 2020, 13:43 (GMT +4)
Naxçıvanda yeni bank hesablarının sayı 30 % artıb

25 Noyabr 2020, 13:28 (GMT +4)
İlham Əliyev: Şuşaya gedən yol Xocavənd rayonunun bir hissəsindən keçəcək

25 Noyabr 2020, 13:16 (GMT +4)
XİN başçısı: Evlərimizə qayıdacaq, dağılan yurdumuzun hər qarışını dirçəldəcəyik

25 Noyabr 2020, 13:13 (GMT +4)
Azərbaycan millisinin daha 2 güləşçisi koronavirusa yoluxub

25 Noyabr 2020, 13:00 (GMT +4)
“AzerGold” indiyədək ölkə iqtisadiyyatına 527 milyon manat vəsait cəlb edib

25 Noyabr 2020, 12:57 (GMT +4)
Fransada koronavirusdan ölənlərin sayı 50 mini keçib

25 Noyabr 2020, 12:50 (GMT +4)
İlham Əliyev: Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66