Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

AZƏRTAC 99 yaşını qeyd edir

01 Mart 2019, 10:41 (GMT +4)

Bakı, 1 mart, SalamNews. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 99 illik yubileyini qeyd edir.

SalamNews xəbər verir ki, AZƏRTAC-ın təşkili bir ilə başa gəlib. Belə ki, 1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin – Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olundu. İclasda Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin bu barədə məruzəsi dinlənildi, agentliyin təşkil edilməsi xalq maarif naziri Nəsib bəy Usubbəyova tapşırıldı. Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edildi. 1919-cu ilin ikinci yarısında AZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsini hazırlandı.

AZƏRTAC müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bildi: 1920-ci il fevralın 2-də agentliyin ştatlarının layihəsi və əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olundu. Parlamentin fevralın 23-də keçirilən iclasında deputatlar Ağa Eminov və Ağa Aşurov AZƏRTAC-ın yaradılmasının zəruriliyini bir daha əsaslandırdılar.

Nəhayət, 1920-ci il martın 1-də AXC hökuməti tərəfindən əsası qoyulan ilk milli xəbər agentliyi fəaliyyətə başladı. Martın 2-də “Azərbaycan” qəzetində “AZƏRTAC” imzası ilə ilk xəbərlər dərc olundu. Lakin həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən AZƏRTAC müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bildi.

AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrildi: Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AZƏRTAC formal olaraq müstəqilliyini qoruyub saxlasa da, əslində Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrildi. 1920-ci il iyunun 9-da Nəriman Nərimanovun Azərbaycan Mərkəzi Mətbuat Kollegiyasının yaradılması haqqında imzaladığı dekretlə agentlik AzQafRosta adı ilə kollegiyaya daxil edildi. Agentlikdə informasiya işinin qurulmasında kollegiyanın sədri tanınmış jurnalist Ağababa Yusifzadənin böyük rolu olub.

AzQafRosta Bakının indiki Tərlan Əliyarbəyov küçəsindəki keçmiş bank binasında fəaliyyət göstərirdi. 1921-ci ildə agentlik QafRosta-nın bazasında yenidən təşkil olundu və iyunun 14-də Azərbaycan musiqi mədəniyyəti tarixinin məşhur araşdırıcılarından biri kimi tanınan Qubad Qasımov agentliyin direktoru təyin edildi.

1921-ci ilin avqustunda AZƏRTAC-ın adı dəyişdirilərək AzərTA adlandırıldı. 1922-ci ildə SSRİ-nin təşkilindən sonra AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra, 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradıldı və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1932-ci ildə agentlikdə xaricdən alınmış “Kleynşmidt” markalı ilk teletayp quraşdırıldı. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa etdi.

AZƏRTAC-ın dirçəlişi 1969-cu ildən başladı: 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra respublika həyatının bütün sahələrində dirçəliş başlandı. O vaxt Azərinform adlanan milli xəbər agentliyi də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. 1970-ci illərdə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompyuterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti kimi İttifaq respublikaları arasında Ukrinformdan sonra Azərinformu o dövrün müasir “Videoton”, bir qədər sonra isə “Olivetti” markalı kompyuterləri ilə təchiz etdi.

Beləliklə, 97 illik fəaliyyəti dövründə AZƏRTAC-ın adı 8 dəfə dəyişdirilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı qaytarıldı - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başladı. Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırıldı.

AZƏRTAC 40-dək ölkənin informasiya agentlikləri ilə əməkdaşlıq edir: AZƏRTAC 40-a yaxın ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurla əməkdaşlıq edir. Onun 21 ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri var. Facebook, Twitter, YouTube, Instagram kimi sosial şəbəkələrdə AZƏRTAC-ın yeddi dildə profilləri fəaliyyət göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AZƏRTAC ilə FENA xəbər agentliyi arasında Memorandum imzalanıb 

İRNA AZƏRTAC-la əməkdaşlığa böyük önəm verir

Dünyanın nüfuzlu nəşri AZƏRTAC ilə əməkdaşlıqda maraqlıdır (FOTO)

AZƏRTAC ilə Sinxua xəbər agentliyi arasında Əməkdaşlıq Sazişi imzalanıb

AZƏRTAC ilə Sinxua agentlikləri arasında əməkdaşlıq genişlənir (FOTO)

Uels şahzadəsi Çarlz Londonda AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb

Tolerantlıq və Sülh üzrə Qlobal Şura AZƏRTAC-ın sədrlik etdiyi beynəlxalq təşkilatla əməkdaşlığa maraq göstərir

Braziliya Kommunikasiya Şirkəti AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq istəyir

Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

Anadolu agentliyinin və TRT telekanalının rəhbərləri AZƏRTAC-da olublar 

AZƏRTAC 98 yaşını qeyd edir

AZƏRTAC-ın baş direktoru Koreyanın Yonhap agentliyinə təbrik ünvanlayıb

Sudan Respublikasının KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

AZƏRTAC FAAPA-nın Baş Assambleyasında iştirak edir

AZƏRTAC təqdim edir: Media və zamanın çağırışları

Piter Teys: AZƏRTAC-ın beynəlxalq media məkanında artan rolunun şahidiyik

AZƏRTAC 9 mindən çox fotosənədi arxivə təhvil verib

AZƏRTAC Beynəlxalq İslam Xəbərlər Agentliyi təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir

AZƏRTAC-ın baş direktoru “Microsoft”-un MDB İdarə Heyətinin üzvü ilə görüşüb

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12