Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SƏRGİLƏR

“Iteca Caspian” ilə “Сaspian Event Organisers” bu il 24 sərgi keçirməyi planlaşdırır

01 Mart 2019, 15:29 (GMT +4)

Bakı, 1 mart, SalamNews. Sərgi və konfrans təşkilatçıları - “Iteca Caspian” və “Сaspian Event Organisers” (CEO) şirkətləri dövlət strukturlarının dəstəyi ilə cari ildə 24 sərgi keçirməyi planlaşdırır. Həmin sərgilərdən biri də apreldə keçiriləcək.

“Iteca Caspian”dan SalamNews-a bildirilib ki, bu il 4 irimiqyaslı sərgi: 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan”, 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiyalar və Yüksək Texnologiyalar - “Bakutel” sərgi və konfransı, eləcə də 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf mühit “Caspian Ecology” sərgiləri öz ildönümlərini qeyd edir. Keçirildiyi illər ərzində bu sərgilər Xəzəryanı regionda lider mövqeyə çıxaraq peşəkarların ənənəvi görüş yerinə çevrilib və xeyli sayda ziyarətçi cəlb edib. Yubiley sərgilər ilə bağlı xüsusi tədbirlər proqramı nəzərdə tutulub. Bundan başqa, “BakuBuild”, “Bakutel”, “Securex Caspian” və “EduExpo” kimi bir sıra ənənəvi sərgilər 2019-cu ildə yeni imic qazanıb.

Sərgilər aprelin 4-6-da Bakı Ekspo Mərkəzində keçiriləcək və Turizm və Səyahətlər “AITF” sərgisi ilə açıq elan ediləcək. Ənənəvi olaraq, sərgi dünyanın 30-dan çox ölkəsini təmsil edən turoperatorlar, turizm şirkətləri, aviaşirkətlər, sanatoriyalar, milli və regional turizm təşkilatları, habelə dövlət strukturlarını bir araya gətirəcək. Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası kimi ölkələr sərgidə öz milli stendləri ilə çıxış edəcək.

Həmçinin bu il sərgidə ölkəmizin turizm potensialını xarici qonaqlara və ölkənin turizm şirkətlərinə nümayiş etdirəcək Azərbaycan stendi də olacaq. Sərginin daimi iştirakçısı - Dominikan Respublikası Turizm Nazirliyi öz turizm imkanlarını “AITF” sərgisinin ziyarətçilərinə daha aydın şəkildə təqdim etmək məqsədilə bu il ilk dəfə olaraq tədbirin sponsoru qismində çıxış edəcək.

2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə bağlı sərgi təşkilatçıları qonaqlar və iştirakçılar üçün “Tarixə və Nəsimi yaradıcılığına səyahət” təşkil etməklə “AITF” sərgisi çərçivəsində bu tədbiri qeyd etmək qərarına gəliblər.

Daha sonra sərgi mövsümü “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya - “Ipack Caspian”, Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar - “HOREX Caucasus”, 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - “Caspian Power”, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil & Gas” sərgiləri ilə davam edəcək. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransı bu il “Bilgah Beach” otelində təşkil olunacaq.

Bundan başqa, 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “Transcaspian”, 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic” və 6-cı Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi - “Kater və Yaxtalar” sərgiləri ilə bu il iyunun 11-13-də sərgi mövsümünə yekun vuracaq. Sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək.

Həmçinin bu il bir sıra layihələr üçün debüt ilidir. Belə ki, aprelin 6-da start götürən “Fərqli Fərdlər” konqresinin məqsədi ictimaiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətləri olan uşaqların inkişafına və tərbiyəsinə yönəltmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq, eləcə də dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə “Autizm spektr pozuntusu (ASP)”, “Diqqət çatışmazlığı sindromu və hiperaktivlik sindromu (DÇHS)”, “Turett sindromu və Daun sindromu” mövzularına toxunulan 4 panel təqdim olunacaq. Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, psixi pozuntulardan əziyyət çəkən uşaqların valideynləri, eləcə də pozuntuların mövcudluğuna baxmayaraq, öz həyat və nailiyyət tarixçələri barədə məlumat verəcək insanlar yer alacaq. Konqresdə dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf xüsusiyyətləri olan insanlar ilə iş üzrə mütəxəssislər də iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin BP və “Shokki Mokki” kimi şirkətlər tərəfindən dəstəklənir.

Təşkilatçıların portfelinə daxil olan daha bir yeni layihə isə noyabrın 6-7-də “Fairmont” otelində keçirilməsi planlaşdırılan 1-ci Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar - “MEDINEX 2019” sərgisi və forumu olacaq. Tədbirin məqsədi sənayenin gələcək inkişafı naminə bu sahənin, o cümlədən rəqəmsal səhiyyə sektorunun müxtəlif mütəxəssislərini bir araya gətirməkdir.

Azərbaycanda keçiriləcək bütün sərgilər geniş işgüzar proqram və əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq. Belə ki, sərgi iştirakçıları ilə yerli istehsalçılar və distribüterlər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlər eksponentlərə potensial tərəfdaşlar, sifarişçilər ilə görüşmək üçün əlavə imkan yaradacaq.

Daha sonra “WorldFood Azerbaijan” sərgisi çərçivəsində Azərbaycan aşpazları çempionatı, Barbekyu çempionatı və dünya səviyyəli qastronomiya ustalarının təqdimatları, eləcə də ustad-dərsləri ilə əlamətdar olacaq. Bu il Azərbaycan aşpazlarının 2-ci konqresinin keçirilməsi planlaşdırılır. Təşkilatçılar sərgilərin veb-saytlarında ziyarətçilərə bir sıra üstünlüklər – sərgilərdə iştirak, əlavə tədbirlər proqramı və digər tədbirlər barədə ətraflı məlumat əldə etmək imkanı verən “Şəxsi kabinet”dən fəal istifadə etməyi tövsiyə edirlər.

Beləliklə, növbəti sərgi mövsümü bütün sənaye sahələrinin peşəkar və mütəxəssisləri üçün qısa müddət ərzində xeyli aktual və faydalı məlumatlar əldə etməyə, biznesdə yeni istiqamətlər tapmağa, etibarlı tərəfdaşlar ilə görüşməyə, eləcə də yeni şirkətlərdə Xəzəryanı regiona maraq yaradaraq onları bu regiona cəlb etməyə imkan yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"İteca Caspian" ötən il 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib

KOBİA və İteca Caspian arasında memorandum imzalanıb

“Iteca Caspian” bu il 7 beynəlxalq sərgi keçirəcək

“Iteca Caspian” bu il Bakıda 16 sərgi və 1 konfrans keçirəcək

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

“Iteca Caspian” bu il 16 sərginin keçirilməsini planlaşdırır

“Iteca Caspian” 2015-ci ili uğurla başa vurub

"Iteca Caspian" şirkəti Təhsil nominasiyası üzrə mükafata layiq görülüb

23 Oktyabr 2019, 18:00 (GMT +4)
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

23 Oktyabr 2019, 17:58 (GMT +4)
Tramp: ABŞ və Türkiyə uğurla Suriyada təhlükəsizlik zonası yaratdılar

23 Oktyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək

23 Oktyabr 2019, 17:46 (GMT +4)
Prezident İlham Əliyev: Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

23 Oktyabr 2019, 17:40 (GMT +4)
Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmaların yerinə yetirilməsinə dair xəritə dərc edilib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Prezident: İndi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar (VİDEO)

23 Oktyabr 2019, 17:32 (GMT +4)
Daha beş gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq (FOTO)

23 Oktyabr 2019, 17:23 (GMT +4)
Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

23 Oktyabr 2019, 17:15 (GMT +4)
Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 17:08 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

23 Oktyabr 2019, 17:05 (GMT +4)
Moskva YPG/PKK terrorçularına xəbərdarlıq edib

23 Oktyabr 2019, 17:00 (GMT +4)
Akif Əli Zadə “Əmək” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:55 (GMT +4)
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

23 Oktyabr 2019, 16:46 (GMT +4)
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib (FOTOLAR)

23 Oktyabr 2019, 16:41 (GMT +4)
“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub

23 Oktyabr 2019, 16:37 (GMT +4)
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

23 Oktyabr 2019, 16:30 (GMT +4)
Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul edib

23 Oktyabr 2019, 16:24 (GMT +4)
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib

23 Oktyabr 2019, 16:15 (GMT +4)
Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr 2019, 16:07 (GMT +4)
Suriya Ordusu kürdlərin çıxdığı sərhəd zolağında 15 nəzarət məntəqəsi və postu inşa edəcək

23 Oktyabr 2019, 16:06 (GMT +4)
MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

23 Oktyabr 2019, 16:02 (GMT +4)
Rusiya XİN Suriyadakı neft yataqlarının Dəməşqin nəzarətinə qaytarılmasına çağırıb

23 Oktyabr 2019, 16:00 (GMT +4)
Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olub

23 Oktyabr 2019, 15:54 (GMT +4)
UFAZ tələbələri NASA Space Apps Azerbaijan 2019 hakatonunun qalibi olub

23 Oktyabr 2019, 15:52 (GMT +4)
2020-ci ildən elektron vergi hesab-fakturası ləğv olunur

23 Oktyabr 2019, 15:30 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatların dayandırıldığını açıqlayıb

23 Oktyabr 2019, 15:19 (GMT +4)
Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

23 Oktyabr 2019, 15:12 (GMT +4)
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66