Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisin deputatları Avstraliya gedib

21 Fevral 2019, 16:13 (GMT +4)

Bakı, 21 fevral, SalamNews.Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Avstraliyada səfərdədir.

SalamNews-un xəbərinə görə, nümayəndə heyətinin tərkibinə işçi qrupunun rəhbəri, deputat Xanlar Fətiyev və deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə daxildir.

Fevralın 20-də Azərbaycan nümayəndə heyəti Kanberra şəhərində Avstraliya federal parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirib. Görüşlərin əsas məqsədi Avstraliya parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinə Xocalı soyqırımı barədə məlumat vermək, iki ölkə arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərini müzakirə etmək, eləcə də hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmaq olub.

Həmin gün Azərbaycan nümayəndə heyətinin üzvləri Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kreq Kelli ilə görüşüb. Kreq Kelli 2018-ci ildə Azərbaycana etdiyi səfər barədə xatirələrini bölüşüb, ölkəmizin inkişafının onda xoş təəssüratlar doğurduğunu qeyd edib. O, ötən ilin aprelində Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etdiyini deyib və bununla bağlı təəsüratlarını paylaşıb. Görüşdə Avstraliyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib, bu münasibətlərin siyasi, iqtisadi, elm və mədəniyyət sahələrində böyük potensiala malik olduğu diqqətə çatdırılıb.

Sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Avstraliya Senatının üzvü xanım Konçetta Fierravanti-Uels, Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Milton Dik, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Ənn Ali, deputatlar Mariya Vamvakinu və Stiv Qeorqanas ilə görüşlər keçiriblər.

Görüşlərdə iki ölkənin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin təhsil, mədəniyyət, multikulturalizm, enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb. Söhbət zamanı Avstraliya və Azərbaycanın universitetləri arasında mübadilə proqramları və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti bildirilib.

Avstraliyalı parlamentarilər Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını və ölkənin bu istiqamətdə əldə etdiyi uğurların qonşu dövlətlər üçün nümunə olduğunu vurğulayıblar. Fikir mübadiləsi zamanı Azərbaycanın multikulturalizm modelinin regionda yayılması üçün böyük potensialın olduğu qeyd edilib. Avstraliyalı parlamentarilər xatırladıblar ki, Azərbaycan bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçmək və seçilmək hüququ verib. Görüşlərdə Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı vurğulanaraq, bu kimi dəyərlərin regionda dini münaqişələrin aradan qaldırılmasına müvafiq töhfə verə biləcəyi qeyd edilib. Azərbaycanın terrorizm və dini radikalizm ilə mübarizədə oynadığı rol xüsusi vurğulanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

ASCO-da Avstraliya və Çin şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İran və Avstraliya qaşırlıqlı şəkildə bir neçə məhbusu azad ediblər

Avstraliyada helikopter qəzaya uğrayıb

Avstraliya ABŞ-ın Hörmüzlə bağlı hərbi ittifaqına qatılacağını bildirib

XİN Avstraliya rəsmilərinin separatçı rejimin “nümayəndələri” ilə görüşünə münasibət bildirib

Avstraliyada naməlum şəxsin hücumu nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Avstraliyadakı seçkilərdə erkən səsvermə başlayıb

Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Avstraliyalı senator Yeni-Zenlandiyada məscidə edilən hücuma bəraət qazandırıb

Fransa və Avstraliya 50 milyard dollarlıq müqavilə imzalayıb

Azərbaycan Prezidenti Hindistan və Avstraliya rəhbərlərini təbrik edib

Avstraliya Qüdsün qərbini İsrailin paytaxtı kimi tanıdığını elan edib

Avstraliyada naməlum şəxs insanlara hücum edib, yaralılar var

Avstraliyanın Dubay Vollonqonq Universitetinin prezidenti: UNEC-lə əməkdaşlığa xüsusi önəm veririk

Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırılıb

Avstraliyada meşə yanğınlarının söndürülməsində iştirak edən helikopter qəzaya uğrayıb

Avstraliyanın cənub-şərqində meşə yanğınları tüğyan edir

Avstraliyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66