Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazir Sahil Babayev Dünya Bankının nümayəndəsi ilə görüşüb

22 Fevral 2019, 13:15 (GMT +4)

Bakı, 22 fevral, SalamNews. Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsi mövcuddur və bu təcrübə əməkdaşlığın uğurla davam etdirilməsi üçün yaxşı əsas yaradır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SalamNews-a bildiriblər ki, görüşdə Sahil Babayev Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, nazirliyin fəaliyyət istiqamətlərində aparılan islahatlar barədə məlumat verib. O, ölkəmizdə dövlət sosial xidmətlərinin vahid mərkəzdən “bir pəncərə” prinsipi üzrə çevik və tam şəffaf şəkildə təqdim olunmasını nəzərdə tutan yeni “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi işlərinin ardıcıl xarakter aldığını vurğulayan nazir dövlət başçısının cari ildə imzaladığı sənədlər əsasında bu istiqamətdə növbəti əhəmiyyətli addımların atıldığını deyib.

S.Babayev ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs edib. O, yeni Məşğulluq Strategiyasının hazırlanmasında Dünya Bankının aktiv texniki dəstəyinin, “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya”nın, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Dünya Bankının regional direktoru Mersi Tembon ölkəmizdə həssas qrupların rifah halının yaxşılaşdırılması sahəsində atılan addımların təqdirəlayiq olduğunu deyib. O, Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndirdiklərini, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatların mühüm əhəmiyyət kəsb etdiyini, bu islahatlar prosesində Dünya Bankı ilə birgə işlərin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində islahatlar və aktiv məşğulluq tədbirlərinin təşkili, bu sahədə dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi, əmək bazarı üzrə informasiya təminatının inkişaf etdirilməsi və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dünya Bankı Azərbaycana ayrılmış növbəti kredit xəttini təsdiqləyib

Dünya Bankı “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiqləyib

Prezident: "Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir"

Prezident Dünya Bankının icraçı direktoru ilə görüşüb

Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub

Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb

Mərkəzi Bankın sədri Dünya Bankının regional direktoru ilə görüşüb

Dünya Bankı və BVF illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib

ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

Novruz Məmmədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Təhsil naziri Dünya Bankının nümayəndələri ilə görüşüb

Dünya Bankının regional direktoru Bakıya gəlib

Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib

ABŞ Dövlət katibinin və Dünya Bankının nümayəndələri “ASAN xidmət”də olub

Prezident İlham Əliyev Dünya Bankının yeni prezidentini təbrik edib

Dünya Bankının eksperti: Universitetlər insan resurslarının hazırlanmasında böyük rol oynayır

Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı dəyişib

Vergilər Nazirliyinin Dünya Bankı ilə müxtəlif sahələrdə təlimlər keçirməsi müzakirə olunub

26 May 2020, 10:07 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66