Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tahir Budaqov UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

19 Fevral 2019, 14:24 (GMT +4)

Bakı, 19 fevral, SalamNews. Fevralın 19-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüşüb.

DSK-dan SalamNews-a verilən məlumata görə, görüşdə 2019-cu ildə UNİCEF tərəfindən ölkəmizdə həyata keçirilməsi planlaşdırılan əməkdaşlıq proqramı və Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında iki tərəfli əlaqələrin inkişafına dair məsələlər müzakirə olunub.
Qonağı salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl islahatların nəticəsi olaraq əldə olunan yüksək iqtisadi artımın özünü statistik göstəricilərdə göstərdiyini diqqətə çatdırıb. Komitə sədri milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və uğurla icra edilən layihələr barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, “Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illəri əhatə edən dövr üçün birgə İş Planı” imzalanıb.

BMT-nin Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin səmimi görüşə görə təşəkkürünü bildirib. Qeyd edib ki, UNİCEF Azərbaycanın dövlət qurumları, həmçinin Dövlət Statistika Komitəsi ilə fəal əməkdaşlıq edir. Edvard Karvardin Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən də bəhs edib.

Görüşdə Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSK sədri Tahir Budaqov UNFPA-nın regional direktoru ilə görüşüb

Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının yeni rəhbəri ilə görüşüb

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün də yaşayır - Tahir Budaqov

DSK sədri Tahir Budaqov UNİCEF-in regional direktoru ilə görüşüb

Tahir Budaqova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib

Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir

Tahir Budaqov Cenevrədə keçirilən beynəlxalq tədbirlərdə iştirak edir

DSK sədri Tahir Budaqov Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreyadan olan nümayəndə heyəti ilə görüşüb

Sədr Tahir Budaqov Banqkokda mühüm tədbirlərdə iştirak edib

Azərbaycanda kütləvi kitabxanaların 33 milyon kitab fondu var - Tahir Budaqov

Tahir Budaqov: "Tvinninq layihəsinin icrasına 40-dək beynəlxalq mütəxəssis cəlb ediləcək" (FOTO)

Dövlət daim qadın zorakılığına qarşı mübarizəni diqqətdə saxlayır - Tahir Budaqov

31 İyul 2021, 17:00 (GMT +4)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

31 İyul 2021, 16:45 (GMT +4)
Bakıda iki avtomobil toqquşub, ölən var

31 İyul 2021, 16:40 (GMT +4)
Gürcüstanda son sutkada COVID-19-a yoluxanların sayı 3 mindən çox olub

31 İyul 2021, 16:35 (GMT +4)
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

31 İyul 2021, 16:24 (GMT +4)
İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

31 İyul 2021, 16:23 (GMT +4)
Prezident Ərdoğan meşə yanğınınlarının baş verdiyi bölgələri ziyarət edəcək 

31 İyul 2021, 16:15 (GMT +4)
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

31 İyul 2021, 16:00 (GMT +4)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 15:50 (GMT +4)
AÇG və “Şahdəniz”dən 567 mln tondan çox neft hasil edilib

31 İyul 2021, 15:43 (GMT +4)
Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

31 İyul 2021, 15:40 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

31 İyul 2021, 15:30 (GMT +4)
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

31 İyul 2021, 15:27 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 246-ya çatıb

31 İyul 2021, 15:15 (GMT +4)
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb

31 İyul 2021, 15:02 (GMT +4)
Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

31 İyul 2021, 15:00 (GMT +4)
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

31 İyul 2021, 14:50 (GMT +4)
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

31 İyul 2021, 14:44 (GMT +4)
Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

31 İyul 2021, 14:40 (GMT +4)
Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:30 (GMT +4)
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib

31 İyul 2021, 14:24 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan yanğınların söndürülməsinə kömək üçün 102 nəfər gəlib

31 İyul 2021, 14:20 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb

31 İyul 2021, 14:11 (GMT +4)
Tokio-2020: Çin medal sıralamasına liderlik edir

31 İyul 2021, 14:10 (GMT +4)
MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

31 İyul 2021, 14:00 (GMT +4)
Yarım ildə Azərbaycanda 3,3 milyon ton neft emal edilib

31 İyul 2021, 13:52 (GMT +4)
Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:38 (GMT +4)
Müəmmər Qəddafinin oğlu son 10 ildə ilk dəfə olaraq kamera qarşısına çıxıb (FOTO)

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66