Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Meliorasiya və Su Təsərrüfatına 21 milyon manatı ayrılıb

13 Fevral 2019, 11:04 (GMT +4)

Bakı, 13 fevral, SalamNews. Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

SalamNews-un məlumatına görə, sərəncamla əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 21 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Respublikamızda son illər həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, digər sahələrdə olduğu kimi, qeyri-neft sektorunda da köklü dəyişikliklərə səbəb olmuşdur. Regionlarda suvarılan torpaq sahələrinin genişləndirilməsi, mütərəqqi texnologiyalara əsaslanan aqroparkların, müasir heyvandarlıq komplekslərinin, iri fermer təsərrüfatlarının yaradılması nailiyyətlərin əldə olunmasında xüsusi rol oynamışdır və hazırda da bu işlər uğurla davam etdirilir.

Bu məqsədlə ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının daha artıq inkişaf etdirilməsi üçün strateji əhəmiyyəti olan bir sıra iri su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmiş, on minlərlə hektar yeni suvarılan sahə əkin dövriyyəsinə daxil edilmiş, mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, eyni zamanda, rayon mərkəzləri və onlara bitişik yaşayış məntəqələri içməli su ilə təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013–2017-ci illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,4 milyon nəfərə yaxın olan 611 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 1107 subartezian quyusu qazılmışdır. 2018-ci ildə isə ölkənin əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusu qazılmışdır və suvarma su mənbəyi işğal zonasında qalmış Ağdam rayonunda hazırda əlavə olaraq 35 subartezian quyusunda qazma işləri aparılmaqdadır.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi 1500-dən çox ağac əkiblər

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 min manat vəsait ayrılıb

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Lənkəranda vətəndaşlarla görüşüb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə 300 min manat ayrılıb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri yerlərdə vətəndaşları qəbul ediblər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

Bu gün Su təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramıdır

Ulu Öndərin doğum günü Meliorasiya və Su Təsərrüfatı ASC-də qeyd olunub

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Bərdədə vətəndaşlarla görüşüb

Meliorasiya və su təsərrüfatı sahəsində Peyk təsvirlərindən istifadə imkanlarına dair müzakirələr aparılıb

"Meliorasiya və Su Təsərrüfatı" ASC-də anım mərasimi keçirilib

"Meliorasiya və Su Təsərrüfatı" bu il görülən işlərin hesabatını açıqlayıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC prezidentin sərəncamının icrasına başlayıb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin obyektləri ilə bağlı icazə alınması tələb olunmayan işlərin siyahısı təsdiqlənib

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 11 352 000 manat ayrılıb

Azərbaycanın bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib (SİYAHI)

“Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanda dəyişiklik edilib

Su təsərrüfatı və meliorasiya sahəsində bir qrup şəxs təltif edilib (SİYAHI)

16 Dekabr 2019, 17:30 (GMT +4)
Estoniya rəhbəri Finlandiyanın Baş nazirini təhqir edən nazirə görə üzr istəyib

16 Dekabr 2019, 17:21 (GMT +4)
İctimai Şura üzvləri ilə Lənkəranda görüş keçirilib

16 Dekabr 2019, 17:14 (GMT +4)
“Səyyar kitabxana” layihəsinin növbəti mərhələsinə start verilib

16 Dekabr 2019, 17:11 (GMT +4)
Albert Aqarunovun 50 illiyinə həsr edilmiş konsert keçirilib (FOTO)

16 Dekabr 2019, 17:00 (GMT +4)
Peskov: Putin hələ də Davosdakı forumda iştirak etməyi planlaşdırmır

16 Dekabr 2019, 16:58 (GMT +4)
İran Səudiyyə Ərəbistanı ilə danışıqların aparılmasını təkzib edib

16 Dekabr 2019, 16:47 (GMT +4)
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib

16 Dekabr 2019, 16:41 (GMT +4)
Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub

16 Dekabr 2019, 16:35 (GMT +4)
Xırdalanda avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

16 Dekabr 2019, 16:28 (GMT +4)
Liviyanın daxili işlər naziri sui-qəsdə məruz qalıb

16 Dekabr 2019, 16:20 (GMT +4)
“Qala Sığorta” və “Qala Həyat” FHN işçiləri üçün xüsusi kampaniyaya başlayıb

16 Dekabr 2019, 16:15 (GMT +4)
Azərbaycanlı rejissorun filmi «Best USA Film» nominasiyasında qalib olub

16 Dekabr 2019, 16:11 (GMT +4)
AİP parlament seçkilərində iştirakla bağlı qərarını açıqlayıb

16 Dekabr 2019, 16:05 (GMT +4)
“Əbədi ezamiyyət” sənədli filminin BDU-da nümayişi keçirilib

16 Dekabr 2019, 15:56 (GMT +4)
Lukaşenko məmurların məhkəməsiz məhkum edilməsini təklif edib

16 Dekabr 2019, 15:48 (GMT +4)
Riyaziyyatın tədrisi metodikasına dair konfrans keçirilib

16 Dekabr 2019, 15:32 (GMT +4)
AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi oldu

16 Dekabr 2019, 15:20 (GMT +4)
“Həqq məndədir” adlı konsert olacaq

16 Dekabr 2019, 15:15 (GMT +4)
Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı rəsmi açıqlama verilib

16 Dekabr 2019, 15:12 (GMT +4)
İran Rusiya ilə Fordo nüvə təsisatının əməkdaşlığının dayanmasına aydınlıq gətirib

16 Dekabr 2019, 15:03 (GMT +4)
ADRA-nın üç Regional İdarəsinin əməkdaşları Gəncəyə toplaşıb

16 Dekabr 2019, 14:55 (GMT +4)
Parisdə tətillər 600 kilometrlik tıxaclara səbəb olub

16 Dekabr 2019, 14:52 (GMT +4)
Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb

16 Dekabr 2019, 14:48 (GMT +4)
“Azəri-Çıraq-Günəşli – 25” kitabı ictimaiyyətə təqdim olunub

16 Dekabr 2019, 14:42 (GMT +4)
Filippində zəlzələ nəticəsində üç nəfər ölüb

16 Dekabr 2019, 14:37 (GMT +4)
“Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib

16 Dekabr 2019, 14:34 (GMT +4)
Sabah Bakıda 14 dərəcə isti gözlənilir

16 Dekabr 2019, 14:21 (GMT +4)
Bakı Metropolitenində Nəsiminin 650 illik yubileyi çərçivəsində sərgi keçiriləcək

16 Dekabr 2019, 14:05 (GMT +4)
Diplomatik korpusun nümayəndələri “Sitrus vadisi” aqroturunda iştirak ediblər

16 Dekabr 2019, 13:56 (GMT +4)
İraqda yeni baş nazirin seçilməsi məsələsi dalana dirənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66