Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

 “Azərenerji” Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur

12 Fevral 2019, 14:15 (GMT +4)

Bakı. 12 fevral.SalamNews. “Azərenerji” ASC etibarlılıq və təhlükəsizliyi gücləndirmək üçün enerjisistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur. 

SalamNews bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, bununla ölkənin enerji sistemi həm idarəetmə, həm də kiber hücumlara qarşı daha dayanıqlı olacaq. Artıq yüksəkgərginlikli elektrik ötürmə xətləri və yarımstansiyalarda qəzaların qarşısını almaq məqsədilə gərginliyin kəskin düşməsinin qarşısını alan mikroprossesor texnikası əsasında əks-qəza avtomatikası işə salınıb.

Yenilənəcək SCADA sistemi daha çox enerji obyektini əhatə etməklə müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılacaq. Hal-hazırda istismarda olan SCADA idarəetmə sistemi 45 enerji obyektini əhatə edir. SCADA layihəsinin həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində 30 elektrik stansiyasının və 150-yə yaxın yarımstansiyanın əhatə olunması nəzərdə tutulur. Yeni sistemin imkanları geniş olacaq və müstəqil enerji istehsalçılarının qoşulmasına da imkan yaranacaq. Eyni zamanda yeni sistem elektrik enerjisinin istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradacaq. Bu da ötürmə itkiləri və stansiyalarda yanacaq sərfi nəzərə alınmaqla enerji sisteminin rejimlərinin optimallaşdırılmasına və çəkilən xərclərin minimallaşdırılmasına gətirib çıxaracaq. Bundan başqa kiber hücumlara dayanıqlı olmaqla, qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsini, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə texniki dəstək olacaq. Eyni zamanda yeni sistemin tərkibində elektrik enerjisi bazarını (spot-bazar və balanslaşdırıcı bazar) texnoloji cəhətdən dəstəkləyən alt-sistem nəzərdə tutulacaq.

Hazırda xarici məsləhətçi şirkətin nümayəndəsinin iştirakı ilə texniki spesfikasiya hazırlanır və mart ayında xarici şirkətlərin də iştirakı ilə tender keçiriləcək. Qeyd edək ki, Azərbaycan enerjisistemində SCADA layihəsinin birinci fazası 2005-2011-ci illərdə həyata keçirilib. Lakin rəqəmsal texnologiya çox sürətlə inkişaf etdiyinə görə müəyyən komponentləri hal-hazırda istehsalçı şirkətlər tərəfindən dəstəklənmir və artıq istismardan çıxarılıb. Bu da mövcud SCADA sistemində müəyyən problemlər yaradıb. Yenidənqurmanı şərtləndirən amillərdən biri ötən il istehsalçı şirkətin apardığı audit zamanı müəyyən edilmiş texniki qüsurlar. Digər tərəfdən ötən ilin iyul ayında enerji sistemin baş vermiş sistem qəzası ilə ilə əlaqədar Ölkə Prezidentinin elektroenergetika sektor qarşısında qoyduğu hədəflərə çatmaq üçün “Azərenerji” rəhbərliyi enerjisistemin Dispetçer İdarəetmə Mərkəzinin yenidən qurulmasını günün tələbi hesab edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Sentyabr 2019, 18:10 (GMT +4)
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd edib

16 Sentyabr 2019, 18:04 (GMT +4)
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

16 Sentyabr 2019, 18:00 (GMT +4)
"Qarabağ" - "Sevilya" matçının hakimləri bəlli olub

16 Sentyabr 2019, 17:55 (GMT +4)
General Haftarın ordusu Liviyanın Sirt şəhərinə aviazərbələr endirib – Onlarla ölən var

16 Sentyabr 2019, 17:50 (GMT +4)
Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

16 Sentyabr 2019, 17:46 (GMT +4)
PAŞA Bank ilə ARPA arasında müqavilə imzalanıb

16 Sentyabr 2019, 17:39 (GMT +4)
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında iştirak edib

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Rusiya Səudiyyədə neft təsisatlarına edilən hücumu pisləyib

16 Sentyabr 2019, 17:13 (GMT +4)
DİN Abşerondakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

16 Sentyabr 2019, 16:45 (GMT +4)
Qubanın Qaracəlli kəndində yeni məktəb istifadəyə verilib

16 Sentyabr 2019, 16:35 (GMT +4)
Ziraat Bank  “Beynəlxalq Caspian Energy Forum Baku”nun sponsoru olub

16 Sentyabr 2019, 16:33 (GMT +4)
Husilərin hücumundan öncəki neftin istehsalı üçün Səudiyyəyə aylarla vaxt lazımdır – Mənbə

16 Sentyabr 2019, 16:20 (GMT +4)
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

16 Sentyabr 2019, 16:08 (GMT +4)
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Türkiyə və İran prezidentləri Ankarada görüşüblər

16 Sentyabr 2019, 15:27 (GMT +4)
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66