Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

MEK “Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər” mövzusunda tədbir keçirib

11 Fevral 2019, 17:00 (GMT +4)

Bakı, 11 fevral, SalamNews. Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər” mövzusunda tədbir keçirib

SalamNews xəbər verir ki, tədbirdə Berlin Humboldt Universitetinin professoru Klaudia Luks (Claudia Lux), Prezident Administrasiyası, respublikanın aparıcı kitabxanaları, ali məktəblərin kitabxanaları və digər təşkilatların nümayəndələri iştirak ediblər.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova “Mərkəzi Elmi Kitabxananın strateji hədəfləri və tətbiqi fəaliyyəti” mövzusunda çıxış edib. Dəyirmi masanın məqsədinin müasir kitabxana-informasiya çağırışlarını və trendlərini müzakirə etmək olduğunu bildirən L.İmanova MEK-in 2015-ci ildə müəyyən edilmiş məramı və strateji hədəflərinin icrasına dair məlumat verib. Kitabxanalar üçün bir vaxtlar aktuallıq kəsb edən çağırışları müasir dövr ilə müqayisə edən MEK direktoru əlavə edib ki, yeni çağırışlara əsasən kitabxanalar mutləq təmsil etdikləri icmaların mərkəzinə çevrilməli, göstərilən xidmətlər ilk növbədə istifadəçilərin maraqlarını nəzərə almalıdır. MEK rəhbəri informasiyanın kiber və kontent təhlükəsizliyi, kitabxanaların elektron kataloqlarının tətbiqi sahələri, sərbəst elektron resursların formalaşdırılmasında iştirakın zəruriliyindən danışıb.

L.İmanova ölkəmizdə kitabxana-informasiya sisteminin dünya informasiya məkanına qoşulması və tanınması üçün elektron kataloqlaşdırmanın MARC 21 formatı əsasında qurulmasını və hazırlanan idarəetmə proqramlarının digər standartlara da cavab verməsinin vacibliyini vurğulayıb.

Sonra “Müasir kitabxana-informasiya çağırışları və trendlər” mövzusunda çıxış edən professor K.Luks bildirib ki, bu istiqamətdə çağırış və trendlər yeni texnologiyaların tətbiqi dərəcəsinə görə dəyişir. İnformasiya bazası qlobal biliklərlə genişləndikcə daha sürətli rabitəyə ehtiyac duyulur. O, qeyd edib ki, müasir dövrün tələblərinə cavab vermək istəyən kitabxana qlobal dünya kitabxanaları sisteminə inteqrasiya imkanına malik olmalıdır. Professor çıxışında kitabxana-informasiya proseslərində yeni texnika və texnologiyaların tətbiqi məsələləri, kitabxana-informasiya xidmətinin yeni metodları, ənənəvi və elektron kitabxanada iş prosesi, müasir kitabxana-informasiya texnologiyasının əsasını təşkil edən elektron kataloqun hazırlanmasında yeni formatlar və rəqəmsallaşdırılmış kitabxana-informasiya sistemləri barədə geniş məlumat verib. Vurğulanıb ki, yeni sistemə inteqrasiya olunmaq, oxucuları informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi kitabxananın əsas hədəflərindən olmalıdır.

Daha sonra professor K.Luks kitabxanalarda mühafizə edilən və oxucuların istifadəsinə verilən sənədlərin müəllif hüquqlarının qorunması, internet məkanında küllü sayda sənədlər arasında etibarlı, elmi informasiyanın seçilməsi və təqdim olunması kimi suallara aydınlıq gətirib. Bakı Slavyan Universiteti Kitabxanasının müdiri Səmayə Əliyeva, BDU Kitabxanasının şöbə müdiri Cəmilə Yusifova, ADA Universitet Kitabxanasının müdiri Elçin Məmmədov və digər iştirakçılar tərəfindən kitabxanalara tətbiq edilən yeni proqram formatlarının üstün cəhətləri, mövcud elektron kataloqların müasir formatlara konvertasiya imkanları, formalaşdırılan biblioqrafik məlumatların digər kitabxanalar üçün əlçatanlığı, yeni formatlara keçidin gətirdiyi üstünlük və çətinliklərlə bağlı bir sıra məsələlər müzakirə olunub. Dəyirmi masada dünya informasiya məkanına inteqrasiyanın hər bir kitabxananın maraqlarına uyğun olduğu vurğulanıb.

Tədbirdə MEK direktoru Leyla İmanova 2019-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Nəsimi ili” elan edilməsi münasibətilə almaniyalı qonağa Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin alman dilində çap olunmuş əsərlər toplusunu hədiyyə edib. Professor K.Luks elmi məqalələrini kitabxanaya təqdim edib və MEK ilə müəllif müqaviləsi imzalayıb.

Qeyd edək ki, səfər müddətində K.Luks MEK tərəfindən hazırlanmış proqram təminatının MEK-in bütün şöbə və bölmələrinin gündəlik fəaliyyəti ilə uzlaşmasını izləyib, MEK proqram təminatını “Kitabxanalar üçün proqram təminatları” beynəlxalq portalında yerləşdirilməsini və bir neçə ölkə ilə birləşdirilmiş proqram təminatının hazırlanmasını tövsiyə edib. K.Luks həmçinin AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə görüşüb, kitabxana-informasiya sahəsində mühüm çağırışlar və yanaşmalara dair fikir mübadiləsi aparıb. Bundan başqa, professorun Azərbaycan Televiziyası, Azad Azərbaycan Televiziyası və CBC telekanallarında çıxışları təşkil edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan ilə Meksika arasında hərbi sahədə əlaqələr müzakirə edilib

Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib

ABŞ və Meksika miqrantlarla bağlı razılığa gəlib

ABŞ Meksikadan gələn bütün mallara 5 faiz rüsum tətbiq edəcək

MEK-də ümummilli liderin xatirəsinə həsr olunmuş sərgi açılıb

ABŞ  və Meksika sərhədində 100 mindən çox miqrant saxlanılıb

ABŞ-ın Nyu-Meksika ştatının paytaxtında 28 may Azərbaycan Milli Günü elan edilib

Tramp Meksikanı sərhədin bir hissəsini bağlamaqla təhdid edib 

Tramp: ABŞ-Meksika sərhədindəki divarın tikintisi artıq başlayıb

ADU-da “Meksika ədəbiyyatında fransız dilinin rolu” mövzusunda tədbir keçirilib

Pentaqon Meksika ilə sərhəddə divarın tikintisi üçün müqavilə imzalayıb

Pentaqon ABŞ-Meksika sərhədində divarın tikintisi üçün 1 milyard dollar ayıracaq

Meksikada gizli basdırılmış 70-ə yaxın cəsədi aşkarlanıb

ABŞ Meksika ilə sərhədə əlavə 3750 hərbçi yerləşdirəcək 

MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirib

ABŞ Meksika ilə sərhəddə təxminən 3500 hərbçi yerləşdirəcək

MEK-də EBSCO məlumat bazasının növbəti təlimi keçirilib

MEK Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edib

Meksikada boru kəmərində baş vermiş partlayışda ölənlərin sayı 114 nəfərə çatıb

Meksikada boru kəmərində baş vermiş partlayışda ölənlərin sayı 107 nəfərə çatıb

21 Oktyabr 2019, 17:02 (GMT +4)
Təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

21 Oktyabr 2019, 16:57 (GMT +4)
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

21 Oktyabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

21 Oktyabr 2019, 16:45 (GMT +4)
İranın cənubunda 5.7 bal gücündə zəlzələ baş verib

21 Oktyabr 2019, 16:39 (GMT +4)
Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

21 Oktyabr 2019, 16:37 (GMT +4)
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

21 Oktyabr 2019, 16:36 (GMT +4)
Hacıbala Abutalıbov vəzifəsindən azad olunub

21 Oktyabr 2019, 16:32 (GMT +4)
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

21 Oktyabr 2019, 16:30 (GMT +4)
ABŞ hərbiçilərinin bir hissəsini Suriyadakı neft yataqlarının yaxınlığında saxlayacaq

21 Oktyabr 2019, 16:25 (GMT +4)
Bəhreyndə İsrailin iştirakı ilə “Körfəzdə nəqliyyat təhlükəsizliyi” adlı konfrans keçirilir

21 Oktyabr 2019, 16:24 (GMT +4)
Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

21 Oktyabr 2019, 16:19 (GMT +4)
“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

21 Oktyabr 2019, 13:59 (GMT +4)
Amil Cavadov: Azərbaycan gəncliyi erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır

21 Oktyabr 2019, 13:50 (GMT +4)
Alyans rəsmisi: Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir

21 Oktyabr 2019, 13:45 (GMT +4)
Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

21 Oktyabr 2019, 13:42 (GMT +4)
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

21 Oktyabr 2019, 13:39 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

21 Oktyabr 2019, 13:20 (GMT +4)
Çilidəki etirazlar nəticəsində 10 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66