Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Qafqazın ilk idman jurnalistikası magistr ixtisasına növbəti qəbula start verilib

07 Fevral 2019, 14:02 (GMT +4)

Bakı, 7 fevral, SalamNews. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ingilis dilində tədris olunan "İdman jurnalistikası” magistr ixtisası üzrə 2019-2020-ci akademik dərs ili üçün növbəti qəbulu elan edir.

Akademiyadan SalamNews-a verilən məlumata görə, "İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlər Dövlət İmtahan Mərkəzinin elan etdiyi magistraturaya qəbul imtahanının I mərhələsində iştirak etməlidirlər.

Bunun üçün cari ilin 11 Fevral tarixinədək Dövlət İmtahan Mərkəzinin rəsmi saytından qeydiyyatdan keçmək lazımdır: http://eservices.dim.gov.az/erizemag/erize

Qəbul imtahanın I mərhələsi cari ilin 24 fevral tarixində baş tutacaq. Bu mərhələdən yetərli balı toplayan namizədlər II mərhələyə müraciət edə biləcəklər. İmtahanın II mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, "İdman Jurnalistikası” Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə kadr potensialının artırılmasıdır.

Təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində birgə hazırlanıb. "İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Den Meyson rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

Bu ixtisasa qəbul olan namizədlər onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video, online media sahəsində professional bacarıqlara yiyələnəcək, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olacaqlar.
Bununla yanaşı, proqram çərçivəsində Böyük Britaniyaya səfər də planlaşdırılır. Səfər müddətində tədris modullarının birinin partnyor universitet Şeffild Hallamda keçirilməsi nəzərdə tutulur.

Ətraflı məlumat üçün: https://asapesmedia.atavist.com/mediaandmore-en

Bundan əlavə, proqramla bağlı sual və müraciətlərinizlə bağlı (+994 12) 564 73 82 nömrəsinə zəng edə və ya elladamustafayeva@sport.edu.az email ünvanına yaza bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əsaslı təmirdən sonra açılışı olub

22 Oktyabr 2020, 12:28 (GMT +4)
Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb, yaralanan var

22 Oktyabr 2020, 12:20 (GMT +4)
Gürcüstanda təxminən 1600 yeni koronavirusa yoluxma halı aşkar edilib

22 Oktyabr 2020, 12:13 (GMT +4)
Türkiyə Ombudsmanı Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

22 Oktyabr 2020, 12:00 (GMT +4)
Hacı Şahin: Hamımızın diqqəti Vətən müharibəsindədir, amma koronavirusla mübarizəyə də ciddi yanaşmalıyıq

22 Oktyabr 2020, 11:52 (GMT +4)
AŞ rəhbəri koronavirusla bağlı təcili sammit çağırıb

22 Oktyabr 2020, 11:26 (GMT +4)
Obama Baydeni ilk dəfə ictimaiyyət arasında dəstəkləyib 

22 Oktyabr 2020, 11:10 (GMT +4)
Caspian Energy Club Samirə Musayevanın iştirakı ilə "Online B2G Forum" təşkil edib

22 Oktyabr 2020, 11:06 (GMT +4)
Prezidentin köməkçisi: "Raketlər Ermənistanın Qafan və Cermuk bölgələrindən atılıb"

22 Oktyabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

22 Oktyabr 2020, 10:57 (GMT +4)
Almaniyanın Səhiyyə naziri koronavirusa yoluxub

22 Oktyabr 2020, 10:50 (GMT +4)
İşğaldan azad olunmuş ərazilərdəki subartezian quyularının bərpasına başlanılıb

22 Oktyabr 2020, 10:35 (GMT +4)
Türkiyədə 308 mindən çox koronavirus xəstəsi sağalıb

22 Oktyabr 2020, 10:23 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib

22 Oktyabr 2020, 10:19 (GMT +4)
Hikmət Hacıyev Qəbələ, Kürdəmir və Siyəzənin atəşə tutulmasından yazıb

22 Oktyabr 2020, 10:14 (GMT +4)
Azərbaycan “İti qovan” PUA-larının seriyalı istehsalına başlayıb

22 Oktyabr 2020, 10:11 (GMT +4)
MN: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

22 Oktyabr 2020, 10:08 (GMT +4)
İran ABŞ seçkilərində müdaxiləni rədd edib

22 Oktyabr 2020, 10:00 (GMT +4)
Cəbhəyanı ərazilərdə partlamış mərmi qalıqları aşkar olunub

22 Oktyabr 2020, 09:50 (GMT +4)
Çexiya koronavirus səbəbiylə sərt məhdudiyyətlər tətbiq edib

22 Oktyabr 2020, 09:46 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

22 Oktyabr 2020, 09:41 (GMT +4)
MN: Düşmən mövqelərimizi atəşə tutur

22 Oktyabr 2020, 09:40 (GMT +4)
Hikmət Hacıyev: “Ermənistan PKK-çıları da orduya cəlb edir”

22 Oktyabr 2020, 09:35 (GMT +4)
İran Ordusunun generalı Qarabağ döyüşləri fonunda Xudafərinə gəlib

22 Oktyabr 2020, 09:28 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

22 Oktyabr 2020, 09:20 (GMT +4)
Fuat Oktay: Bakıdan müraciət gələrsə Türkiyə tərəddüd etmədən qoşun göndərəcək

22 Oktyabr 2020, 09:16 (GMT +4)
ABŞ Sudanın İsraillə əlaqələri tezliklə rəsmiləşdirəcəyinə ümidvar olduğunu bildirib

22 Oktyabr 2020, 09:13 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmənin müdafiə sahəsinə ciddi zərbələr endirilib

22 Oktyabr 2020, 09:10 (GMT +4)
Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib

22 Oktyabr 2020, 09:00 (GMT +4)
Cəbhədə son vəziyyət: Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66