Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda zəlzələ nəticəsində dağılan evlərin bərpasına dövlət yardım edəcək

07 Fevral 2019, 09:58 (GMT +4)

Bakı, 7 fevral, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyev ötən gecə baş vermiş zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Dövlətimizin başçısının tapşırığına əsasən, aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi yerlərdə yerləşdirilmələrinə şərait yaradılıb.

SalamNews AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin 112 “qaynar xətti”nə dörd rayon üzrə 73 müraciət daxil olub. Müraciətlərdə ciddi fəsadların olmadığı qeyd edilib. Heç bir evdə böyük uçqun baş verməyib. Yalnız evlərin divarlarında içəridən və bayırdan müəyyən çatlar olub. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər dərhal bölgəyə cəlb olunub.

Zəlzələnin baş verdiyi ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıblar.

Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vəziyyət tam nəzarətə götürülüb. Rayon fövqəladə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görüləcək. Nazir deyib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in komissiyası Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları ilə birgə işləyirlər. FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayət olunan yerlərə və vətəndaşlara baş çəkiblər. Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Evlərin təmiri və bərpa işlərinin aparılmasına dövlət tərəfindən yardım ediləcək.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri dağıntılar baş verən yerlərdə sakinlərlə görüşürlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud vəziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparırlar.

Hadisə ilə əlaqədar tibbi yardım üçün 30 müraciət olub. Xəsarət alan üç nəfərdən birinin qolu sınıb, ikisinin ayağı əzilib. Onlara təcili tibbi yardım göstərilib və evə buraxılıb. Zəlzələ ilə əlaqədar Şamaxı Mərkəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində çalışıb, gecə ərzində altı təcili tibbi yardım briqadası xidmət göstərib.

Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət yaradılan işçi qrup monitorinq və müşahidələr aparmaq üçün Şamaxı, Ağsu və İsmayıllı rayonlarına ezam olunub.

Zəlzələ nəticəsində zərərçəkən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısına görə minnətdarlıqlarını bildirib, aidiyyəti qurumlar tərəfindən onların problemlərinin aradan qaldırılması üçün görülən işlərdən razılıqlarını ifadə ediblər.

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılmasına əlavə 2 milyon manat ayrılıb

Masallıda zəlzələ olub

Cəlilabadda zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Azərbaycanda 4 bal gücündə zəlzələ olub

Zaqatala rayonunda növbəti zəlzələ baş verib

Zaqatala rayonunda zəlzələ olub

Çində 5,2 bal gücündə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib

Lerikdə ikinci zəlzələ baş verib

Yaponiyada güclü zəlzələ baş verib

Ağsuda zəlzələ olub

Filippində zəlzələ nəticəsində 8 nəfər ölüb

Qaxda zəlzələ olub

Filippindəki zəlzələdə azı 25  nəfər xəsarət alıb

İranın Xuzestan əyalətində zəlzələ baş verib – Azı 1 ölü və 20 yaralı var

Kaliforniyada 7,1 bal gücündə zəlzələ baş verib

Xəzərdə zəlzələ olub

18 Sentyabr 2019, 15:50 (GMT +4)
“ASCO-Dənizçi” Moskvada mini-futbol turnirində ikinci yeri tutub

18 Sentyabr 2019, 15:42 (GMT +4)
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin sayı açıqlanıb

18 Sentyabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi peşə məktəblərində işləmək istəyənlərə müraciət edib

18 Sentyabr 2019, 15:24 (GMT +4)
"Azercell" Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir

18 Sentyabr 2019, 15:20 (GMT +4)
Putin və Səudiyyə vəliəhdi telefon vasitəsilə Aramco-ya edilən hücumu müzakirə ediblər

18 Sentyabr 2019, 15:17 (GMT +4)
Azərbaycanda 622 689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb

18 Sentyabr 2019, 14:51 (GMT +4)
“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihə başlayıb

18 Sentyabr 2019, 14:46 (GMT +4)
Prezident Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

18 Sentyabr 2019, 14:35 (GMT +4)
ABŞ dövlət katibi Aramco-ya edilən hücuma görə Səudiyyə və BƏƏ-ə gedib

18 Sentyabr 2019, 14:27 (GMT +4)
Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub

18 Sentyabr 2019, 14:01 (GMT +4)
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub

18 Sentyabr 2019, 13:55 (GMT +4)
Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

18 Sentyabr 2019, 13:30 (GMT +4)
ATƏT cəbhə xəttində monitorinq keçirib

18 Sentyabr 2019, 13:12 (GMT +4)
Ruhani və Zərifin Nyu-York səfəri ləğv edilə bilər

18 Sentyabr 2019, 13:09 (GMT +4)
Azərbaycan və Gürcüstan elektrik enerji xətlərinin tikintisini müzakirə ediblər

18 Sentyabr 2019, 13:00 (GMT +4)
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

18 Sentyabr 2019, 12:47 (GMT +4)
KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

18 Sentyabr 2019, 12:39 (GMT +4)
“İdman jurnalistikası” magistr proqramına ölkə xaricində də maraq artmaqdadır

18 Sentyabr 2019, 12:32 (GMT +4)
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

18 Sentyabr 2019, 12:24 (GMT +4)
Mehriban Əliyeva: "Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik"

18 Sentyabr 2019, 12:23 (GMT +4)
İran Aramco-ya hücumdan sonra İsveçrə səfirliyi vasitəsilə ABŞ-a mesaj göndərib

18 Sentyabr 2019, 12:10 (GMT +4)
DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

18 Sentyabr 2019, 12:03 (GMT +4)
DİN: Ötən gün qəzalarında 7 nəfər ölüb

18 Sentyabr 2019, 11:53 (GMT +4)
Nazir müavini: Aqrar sektorda 13%-lik artım qeydə alınıb

18 Sentyabr 2019, 11:47 (GMT +4)
AÇG bu il öz 25 illiyini qeyd edir

18 Sentyabr 2019, 11:41 (GMT +4)
Cavid Qurbanov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

18 Sentyabr 2019, 11:38 (GMT +4)
Azərbaycan və Tacikistan birgə müəssisələr yaratmaq istəyir

18 Sentyabr 2019, 11:31 (GMT +4)
Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb

18 Sentyabr 2019, 11:18 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Sentyabr 2019, 11:18 (GMT +4)
Ruhani husilərin Abqaiq neft zavodunu vurmasına münasibət bildirib: Səudiyyə kimi məktəbi vurmayıblar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66