Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür 

07 Fevral 2019, 08:18 (GMT +4)

Bakı, 7 fevral, SalamNews. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

SalamNews xəbər verir ki, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə saat 23.30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirib. Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimovun Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilib.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il oktyabrın 27-də birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbiçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Mübariz İbrahimovun meyiti həmin il noyabrın 6-da qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

2010-cu il noyabrın 11-də Təzəpir məscidində ölkə prezidentinin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür

Biləsuvarda şəhid Mübariz İbrahimovun xatirəsi anılıb

Şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür (VIDEO)

Şəhid, milli qəhrəman Mübariz İbrahimovun anım günüdür

Baş İdarənin təşkilatçılığı ilə gənclər Mübariz İbrahimovun məzarını ziyarət edib

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür (VIDEO)

Mübariz İbrahimovun həyatından bəhs edən bədii filmin tizeri yayımlanıb

Azərbaycan və Türkiyə Mübariz İbrahimov haqqında birgə film çəkir (FOTO, VİDEO)

Paytaxt gəncləri şəhid Mübariz İbrahimovun xatirəsini yad ediblər (FOTO)

İsmayıllıda şəhid Mübariz İbrahimovun xatirəsi anılıb

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür 

Şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan hərbi oyunlar keçirilib (FOTO)

06 Dekabr 2019, 18:01 (GMT +4)
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexi aşkarlanıb

06 Dekabr 2019, 18:00 (GMT +4)
Pekin ABŞ-ın diplomatlara qoyulan məhdudiyyətlərə güzgü effekti ilə cavabını verir

06 Dekabr 2019, 17:53 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

06 Dekabr 2019, 17:49 (GMT +4)
BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 17:40 (GMT +4)
Təhsil naziri İordaniyanın yeni səfiri ilə görüşüb

06 Dekabr 2019, 17:39 (GMT +4)
ABŞ Yəmənə göndərildiyi iddia edilən raketlərin görüntülərini yayımlayıb (FOTO)

06 Dekabr 2019, 17:33 (GMT +4)
Putin “Şimal axını-2” borusunun tikintisini şərh edib

06 Dekabr 2019, 17:30 (GMT +4)
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06 Dekabr 2019, 17:21 (GMT +4)
Səfir Hidayət Orucova yubiley medalı təqdim edilib

06 Dekabr 2019, 17:19 (GMT +4)
Tramp Merkeli "fantastik qadın" adlandırıb

06 Dekabr 2019, 17:16 (GMT +4)
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

06 Dekabr 2019, 17:10 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

06 Dekabr 2019, 17:04 (GMT +4)
Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb

06 Dekabr 2019, 17:01 (GMT +4)
Prezident: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib

06 Dekabr 2019, 16:42 (GMT +4)
Poroşenko Zelenskiyə Putinlə təktəbək görüşlər barədə xəbərdarlıq verib

06 Dekabr 2019, 16:23 (GMT +4)
DGK və “Caspian European Club” B2G Forum təşkil edib

06 Dekabr 2019, 16:20 (GMT +4)
Kreml ABŞ-da rusların təqiblərinə qarşı çıxıb

06 Dekabr 2019, 16:08 (GMT +4)
Ayətullah Sistani xarici müdaxilə olmadan İraqda yeni baş nazirin seçilməsini istəyib

06 Dekabr 2019, 16:00 (GMT +4)
Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

06 Dekabr 2019, 15:44 (GMT +4)
"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

06 Dekabr 2019, 15:34 (GMT +4)
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

06 Dekabr 2019, 15:21 (GMT +4)
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 Dekabr 2019, 15:12 (GMT +4)
ABŞ-da kor məhbus elektrik stulda edam edilib

06 Dekabr 2019, 15:00 (GMT +4)
Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

06 Dekabr 2019, 14:50 (GMT +4)
İspaniyada həkimlər 6 saat ürəyi dayanan xəstəni həyata qaytarıb

06 Dekabr 2019, 14:15 (GMT +4)
Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 7 nəfər ölüb

06 Dekabr 2019, 14:13 (GMT +4)
SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 14:06 (GMT +4)
Nazir Mikayıl Cabbarov Simonyanın təxribat xarakterli fikrinə cavab verib

06 Dekabr 2019, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

06 Dekabr 2019, 13:41 (GMT +4)
Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66