Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Allahşükür Paşazadə Misirdə İmam Hüseyn (ə) məscidini ziyarət edib

06 Fevral 2019, 09:10 (GMT +4)

Bakı, 6 fevral, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin və Misir hökumətinin dəvəti ilə fevralın 4-5-də Misirdə səfərdə olub.

QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, səfər çərçivəsində şeyxülislam Misirin, eləcə də İslam aləminin görkəmli ictimai, din və elm xadimləri ilə görüşüb. Misir parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri Seyid Əl-Şəriflə görüşdə A.Paşazadə Prezident İlham Əliyevin salamlarını dost Misir xalqına çatdırıb. O, Azərbaycan ilə Misirin bütün sahələrdə, o cümlədən dini sahədə uğurla əməkdaşlıq etdiyini bildirib.

Seyid Əl-Şərif Misirlə Azərbaycan arasında yüksək səviyyəli əlaqələrə toxunaraq qeyd edib ki, hələ 1994-cü ildə ulu öndər Heydər Əliyevin Qahirəyə səfəri zamanı onu qarşılamaq şərəfinə nail olub. Növbəti belə imkanı isə Prezident İlham Əliyevin 2007-ci ildə bu ölkəyə səfəri zamanı qazanıb. O, Azərbaycana mütəmadi səfərlər etdiyini bildirərək, ölkəmizin daha da inkişafının əyani şahidi olduğunu vurğulayıb. Əlavə edib ki, bu uğurların təməlində Prezident İlham Əliyevin səyləri durur. Bu gün Azərbaycan tolerantlıq, multikulturalizm mərkəzi kimi bütün dünyaya öz səsini eşitdirir.

Misir Prezidentinin müşaviri Usama Əl-Əzhəri 1962-ci ildə Asuan səddini inşa edən Zakir Məmmədovun timsalında Azərbaycan xalqının dost Misir xalqına çoxsaylı töhfələrinin qeyd edilə biləcəyini deyib.

Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri bu ölkənin Fətva İdarəsinin rəhbəri, Misir diyarının baş müftisi Şövqi Əllamla da görüşüb. A.Paşazadə ölkələrimiz arasında tarixi əlaqələrin bu gün də uğurla inkişaf etdiyini bildirib. O, bunun əsas səbəbi kimi iki ölkə başçısının şəxsi dostluq münasibətlərini göstərib.

Baş müfti Şövqi Əllam da iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.

Növbəti görüş vəqflər naziri Məhəmməd Muxtar Cümə ilə olub. Görüşdə İslam dininin əsl mahiyyətinin akademik səviyyədə təbliğinin vacibliyi qeyd olunub.

Səfər zamanı QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İmam Hüseyn məscidini ziyarət edib. Nadir hallarda xüsusi qonaqlar üçün açılışına icazə verilən “Şərəfli otaq” (Əl-Ğurfa Şərifə) şeyxülislama nümayiş etdirilib. A.Paşazadə İmam Hüseyn məscidində ziyarət namazı qılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vladimir Putin Allahşükür Paşazadəni təbrik edib

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib

Allahşükür Paşazadə İran prezidenti ilə görüşüb (FOTOLAR)

Allahşükür Paşazadə Prezident İlham Əliyevə məktub ünvanlayıb

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edib 

QMİ sədri Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşüb (FOTO)

Allahşükür Paşazadə Həcc və Ümrə nazirliyində görüş keçirib

Şeyx Allahşükür Paşazadə Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib (FOTO)

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedib

Azərbaycan Prezidenti Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib

Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyidir

Allahşükür Paşazadə Çeçenistana gedib

Allahşükür Paşazadə Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdədir

Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi qeyd ediləcək

Allahşükür Paşazadə Ramzan Kadırovun dəvəti ilə Çeçenistana gedir

Şeyxülislam Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək

QMİ sədri Allahşükür Paşazadə BƏƏ-yə gedib

Allahşükür Paşazadə Qaraçay-Çərkəz Respublikasının başçısı ilə görüşüb

Allahşükür Paşazadə Patriarx Kirildən müsəlmanlar üçün ərazi ayırmağı xahiş edib

21 Noyabr 2019, 18:00 (GMT +4)
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:50 (GMT +4)
İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər

21 Noyabr 2019, 17:48 (GMT +4)
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib

21 Noyabr 2019, 17:30 (GMT +4)
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib

21 Noyabr 2019, 17:27 (GMT +4)
Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

21 Noyabr 2019, 17:22 (GMT +4)
Laos-Tayland sərhədində zəlzələ baş verib

21 Noyabr 2019, 17:21 (GMT +4)
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:16 (GMT +4)
İsrail körfəz ərəb dövlətlərilə «müharibənin olmaması» razılaşmasını imzalamaq istəyir

21 Noyabr 2019, 16:59 (GMT +4)
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb

21 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanda ilk platforma şirkəti yaradılıb

21 Noyabr 2019, 16:51 (GMT +4)
Dövlət Dumasının deputatı: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

21 Noyabr 2019, 16:45 (GMT +4)
Rəşid Rəsulov yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 16:36 (GMT +4)
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Noyabr 2019, 16:26 (GMT +4)
Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

21 Noyabr 2019, 16:17 (GMT +4)
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

21 Noyabr 2019, 16:14 (GMT +4)
Beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqlənib

21 Noyabr 2019, 16:05 (GMT +4)
Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib (FOTOLAR)

21 Noyabr 2019, 16:01 (GMT +4)
İranda internet xidməti 5 gün dayandırıldıqdan sonra yenidən bərpa edilib

21 Noyabr 2019, 15:45 (GMT +4)
AzTU ərəb ölkələrində daha da yaxından tanıdılacaq

21 Noyabr 2019, 15:38 (GMT +4)
Yunanıstandan qovulan miqrantlara Türkiyədə tibbi yardım göstərilib

21 Noyabr 2019, 15:23 (GMT +4)
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib - nazir

21 Noyabr 2019, 15:15 (GMT +4)
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

21 Noyabr 2019, 15:08 (GMT +4)
Bakı Mühəndislik Universitetində beynəlxalq seminar keçirilir

21 Noyabr 2019, 15:05 (GMT +4)
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

21 Noyabr 2019, 14:58 (GMT +4)
ABŞ-da prezidentiliyə namizəd Yəmənə görə Səudiyyənin cəzalandırılmasını istəyib

21 Noyabr 2019, 14:55 (GMT +4)
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib

21 Noyabr 2019, 14:52 (GMT +4)
BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

21 Noyabr 2019, 14:38 (GMT +4)
Lavrov Pompeonun Fələstin-İsrail nizamlanmasına dair açıqlamalarını pisləyib

21 Noyabr 2019, 14:36 (GMT +4)
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi üzrə dövlət proqramının idarəetmə qrupu yaradılıb

21 Noyabr 2019, 14:28 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66