Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Microsoft” və “Gilan Holding” arasında saziş imzalanıb

05 Fevral 2019, 14:28 (GMT +4)

Bakı, 5 fevral, SalamNews. “Microsoft” korporasiyasıkibertəhlükəsizliyin yaxşılaşdırılması üzrə Azərbaycan hökumətinin strategiyasının dəstəklənməsi çərçivəsində “Gilan Holding” ilə yeni korporativ müqavilə (“Enterprise Agreement”) imzalayıb və bununla da rəqəmsal transformasiya sahəsində sözügedən şirkətlər qrupunun strateji tərəfdaşına çevrilib.

Azərbaycanın ən iri holdinqi sayılan “Gilan” hazırda “Microsoft”un ən son texnologiyalarından istifadə edərək süni intellekt və sürətli idarəetmə sürətinin optimallaşdırılması sahələrində uğur qazanmağa imkan verir.

SalamNews xəbər verir ki, sazişin əsas məqsədi informasiya texnologiyalarının tətbiqi və pirat proqram təminatının aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin siyasətini dəstəkləmək, yeni nəsil informasiya texnologiyalarının biznesə daxil edilməsi prosesində texnologiya nəhəngindən dəstək almaqdır.

“Biz “Microsoft” şirkəti olaraq ölkənin ən böyük özəl strukturlardan biri olan “Gilan Holding”lə əməkdaşlığa başlamaqdan məmnunuq. Üzərimizə götürdüyümüz öhdəlik eyni zamanda “Azure” vasitəsilə süni intellekt xidmətlərini təmin etməklə və rəqəmsal transformasiya köməyi ilə beynəlxalq rəqabətqabiliyyətini artırmaqla holdingin müxtəlif biznes portfellərinin idarəolunmasını asanlaşdıracaq. Əməkdaşlığımız məhsuldarlığı və efektiv idarəetmənin inkişafına gətirib çıxaran informasiya texnologiyalarına olan inam səviyyəsini artırmaq məqsədini daşıyır”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

IDC-nin məlumatına görə, son bir neçə ilərzində kibercinayətkarlığın səviyyəsi misli görünməmiş miqyasa çatıb və müxtəlif müəssisələrdə bir sıra İT-infrastruktura dəymiş ziyanın həcmi təxminən 400 milyard ABŞ dollarına bərab olub. Kibercinayətkarlar qeyri-qanuni maliyyə mənfəəti üçün zərərli proqramlar yaradır və məlumatların oğurlanması, casusluq və ya digər cinayət əməllərini həyata keçirirlər. Bu səbəbdən saxta və ya lisenziyasız proqramları istifadə edən təşkilatlar riskə məruz qalır.

MDB ölkələri hazırda rəqəmsal transformasiya dövrünü yaşayırlar. Bu prosesinçətin olmasına baxmayaraq, ölkə iqtisadiyyatı üçün çox vacibdir. Azərbaycanda İKT iqtisadiyyatın qeyri-neft sektorunda prioritet sahələrindən biridir. “Gilan Holding” Azərbaycan iqtisadiyyatının əsas iştirakçılarından bir olaraq, informasiya texnologiyalarını da rəqəmsal transformasiya prosesinin prioritetlərindən biri hesab edir.

«“Microsoft”lasözügedən sənədin imzalanması “Gilan Holding”ə texnologiya inkişafında yeni səviyyəyə keçid prosesində yüksək nailiyyətlər əldə etməyə imkan verəcək», - deyə “Gilan Holding”in İnformasiya texnologiyaları üzrə direktoru Nizami Mənsirov qeyd edib.

“Microsoft” ilə müqavilənin ratifikasiyası “Gilan Holding”in rəqəmsal transformasiyaya doğru ilk qlobal addımıdır. “Azure”/”Cloud” məhsul və öhdəliklərini nəzərə alan bu saziş özündə informasiya texnologiyaları sahəsində dövlət siyasətini və pirat proqramından imtinanı əks etdirir.

“Microsoft”un texnologiyalarınabiznes proseslərin şəffaflığı, proqnozlu analitika və orijinal proqram təminatından istifadə edərək informasiya sistemlərinin etibarlılığına, o cümlədən lazımsız İT-risklərdən, kiberhücumlardan və şəxsi məlumatların oğurlanmasından müdafiəyə zəmanət verən texniki dəstək daxildir.

Hazırda “Gilan Holding” hibrid və bulud həlləri əsasında “Azure”dan istifadə etməklə idarəetmə üçün süni intellekt xidmətlərini təqdim edir. Bundan başqa, sözügedən yeni sistemlər kadrların inkişafına kömək edəcək və yeni texnologiyaların faydalarını maksimum dərəcədə artıracaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb

“Microsoft” təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

"Microsoft" Azərbaycanda tələbələr üçün laboratoriya açacaq

“Microsoft” korporasiyası “Bakutel2018” də innovasiya texnologiyalarını təqdim edəcək

“Microsoft” Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasını yaradacaq

“Microsoft” regional Virtual Sammitinə ev sahibliyi edəcək

Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“AzInTelecom”un Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“Microsoft Imagine Cup” müsabiqəsinin finalçıları məlum olub

“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoyub

Prezident “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib

Azərbaycanda hər yüzüncü “Microsoft Office” istifadəçisi eksploitlərlə rastlaşıb

“Nar”-ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli olub

Azərbaycanda “Microsoft Imagine Cup 2018” müsabiqəsinin qalibləri müəyyənləşib

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66