Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Beynəlxalq Bankı Milli KSM Mükafatına layiq görülüb

30 Yanvar 2019, 16:57 (GMT +4)

Bakı, 30 yanvar, SalamNews. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin qaliblərindən olub. Bank ana dilimizdə elektron resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədilə onların iştirakı ilə reallaşdırdığı www.kitabidinle.az layihəsinə görə Milli KSM Mükafatı qazanıb.

Bankdan SalamNews-a verilən məlumata görə, bu layihə “Təhsildə inklüzivliyin təmin edilməsi üzrə ilin layihəsi” seçilib. Yanvarın 29-da Bakı Konqres Mərkəzində keçirilən təqdimetmə mərasimində Milli KSM Mükafatı Azərbaycan Beynəlxalq Bankına təqdim olunub.

Qeyd edək ki, KSM layihələri üzrə ümumrespublika müsabiqəsi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, PROAKTİV PR şirkətinin, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin, eləcə də bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə keçirilib.

Müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələr bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən anonim olaraq qiymətləndirilib və ilin layihələri seçilib.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: “Azərbaycan Beynəlxalq Bankı KSM layihələrinə hər zaman böyük önəm verir. Ötən il həyata keçirdiyimiz layihələrdən birinin Milli KSM Mükafatına layiq görülməsi bizim üçün çox böyük uğurdur. Biz bu mükafatı ilin layihəsi seçilmiş “Kitabı dinlə” layihəsinə iştirakları ilə dəyər qatan gənclərimizlə birgə qazanmışıq. Onları da bu münasibətlə təbrik edirik. Bu cür faydalı layihələrimiz gələcəkdə də davam etdiriləcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Beynəlxalq Bankı özünüməşğulluq proqramına qoşulub

Azercell və Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə bir ilkə imza atıblar

İİTKM ilə Azərbaycan Beynəlxalq Bankı arasında Memorandum imzalanıb

Azərbaycan Beynəlxalq Bankı Masallıda filial açdı

Azərbaycan Beynəlxalq Bankı ölkənin ən yaxşı bankı seçilib

Azərbaycan Beynəlxalq Bankı gömrük işçilərinə endirimli kredit təklif edir 

Azərbaycan Beynəlxalq Bankı depozit faizlərini yüksəldib

MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

ARDNF-in icraçı direktoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə gətirilib

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinə yenidən baxacaq

Azərbaycan Beynəlxalq Bankında premium kartlara 50%-dək endirim edilib

Azərbaycan Beynəlxalq Bankın xarici borclarının restrukturizasiya planı açıqlanıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətin payı artırılıb

Azərbaycan Beynəlxalq Bankı bankomat problemini aradan qaldırıb

"Azərbaycan Beynəlxalq Bankı" korporativ üslubunu dəyişib

TQDK Azərbaycan Beynəlxalq Bankının işçiləri üçün test imtahanı keçirib

“Azərbaycan Beynəlxalq Bankı”nın problemli aktivləri “Aqrarkredit”in idarəetməsinə veriləcək

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri istefa verib

24 Sentyabr 2021, 20:00 (GMT +4)
Güləşçimiz dünya çempionu olub

24 Sentyabr 2021, 19:30 (GMT +4)
"Qarabağ"ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxub

24 Sentyabr 2021, 19:08 (GMT +4)
Minlərlə Ərbəin zəvvarı yolların açılması üçün sərhədə toplaşıb (VİDEO)

24 Sentyabr 2021, 18:49 (GMT +4)
Azercell Mobil Müştəri Xidmətləri Şuşada! (VİDEO)

24 Sentyabr 2021, 18:02 (GMT +4)
AzTU-da kadr dəyişikliyi aparılıb

24 Sentyabr 2021, 18:00 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində oktyabrın 1-dən yumşalmalar olacaq

24 Sentyabr 2021, 17:50 (GMT +4)
İrəvan Ankara ilə münasibətləri tənzimləməyə hazır olduğunu təsdiqləyib

24 Sentyabr 2021, 17:38 (GMT +4)
Aİ-nin əməkdaşı AQTİ laboratoriyalarının iş prinsipi ilə tanış olub

24 Sentyabr 2021, 17:26 (GMT +4)
Ceyhun Bayramov BMT rəsmisini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumatlandırıb

24 Sentyabr 2021, 17:15 (GMT +4)
Norveç mərhələli şəkildə ölkəyə səyahət məhdudiyyətlərini ləğv edəcək

24 Sentyabr 2021, 17:04 (GMT +4)
İstirahət günlərinin hava proqnozu açıqlanıb

24 Sentyabr 2021, 16:58 (GMT +4)
Ərdoğan: ABŞ-la münasibətlər tamamilə fərqli səviyyədə olmalıdır

24 Sentyabr 2021, 16:55 (GMT +4)
Lionel Messi PSJ-də məşqlərə başlayır

24 Sentyabr 2021, 16:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

24 Sentyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 2 590 nəfər COVID-19-dan sağalıb, 1 128 nəfər yoluxub

24 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriya hökuməti ABŞ ordusunun ölkədən dərhal çıxmasını tələb edib

24 Sentyabr 2021, 16:27 (GMT +4)
Borrel: AB Türkiyə ilə sıx əməkdaşlığa hazırdır

24 Sentyabr 2021, 16:15 (GMT +4)
Mehriban Əliyeva Binədə yeni inşa edilən 88 saylı məktəbdəki şəraitlə tanış olub

24 Sentyabr 2021, 16:05 (GMT +4)
Dövlət Gömrük Komitəsi və Diaspor Komitəsi Anlaşma Memorandumu imzalayıb

24 Sentyabr 2021, 15:58 (GMT +4)
Peskov ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyalarından danışıb

24 Sentyabr 2021, 15:54 (GMT +4)
Müdafiə Nazirliyi vətəndaşın narazılığına münasibət bildirib

24 Sentyabr 2021, 15:45 (GMT +4)
Daha bir azərbaycanlı futbolçu Polşa klubu ilə anlaşıb

24 Sentyabr 2021, 15:42 (GMT +4)
Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24 Sentyabr 2021, 15:33 (GMT +4)
İmişlidə istehlaka yararsız 120 kq ət aşkar olunub

24 Sentyabr 2021, 15:21 (GMT +4)
Çavuşoğlu: AB sabitlik üçün Ankara ilə əməkdaşlıq etməlidir

24 Sentyabr 2021, 15:11 (GMT +4)
Hindistanda kriminal avtoritetin mühakiməsində məhkəməyə hücum edilib, ölənlər var (VİDEO)

24 Sentyabr 2021, 15:04 (GMT +4)
"BakıKart"ın balansını onlayn artırmaq mümkün olub (VİDEO)

24 Sentyabr 2021, 15:00 (GMT +4)
"Keşlə" - "Qarabağ", "Səbail" - "Zirə" matçlarının təyinatları açıqlanıb

24 Sentyabr 2021, 14:52 (GMT +4)
Mədəniyyət Nazirliyi abidələrin ucaldılması və demontajı qaydası ilə bağlı açıqlama yayıb

24 Sentyabr 2021, 14:40 (GMT +4)
Ağcabədi sakinlərindən 6 kq narkotik götürülüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66