Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Parisdə UNESCO Katibliyində görüşlər keçirilib

29 Yanvar 2019, 14:36 (GMT +4)

Bakı, 29 yanvar, SalamNews. Bakıda 2019-cu il may 2-3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, iyunun 30–dan iyulun 10-dək isə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Hər iki dünya əhəmiyyətli tədbirlə bağlı hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, sözügedən tədbirlərin əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə UNESCO Katibliyinin rəsmiləri ilə görüşlər keçirib.

Nazirlikdən SalamNews-a bildirilib ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilmiş görüşdə UNESCO-nun Sosial və humanitar elmlər departamentinin rəhbəri Magnus Magnusson UNESCO-nun Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini bildirib.

V.Eyvazzadə Forumun Azərbaycan Prezidenti İlham Əliyevin 10 il bundan əvvəl irəli sürdüyü “Bakı prosesi” təşəbbüsünün tərkib hissəsi kimi BMT tərəfindən çox vacib qlobal platforma elan edildiyini, həmçinin UNESCO ilə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun da tərəfdaşı olduğu yeganə beynəlxalq hərəkat olduğunu vurğulayıb. Bu baxımdan V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu xüsusiyyətləri özündə saxlamaqla mədəni müxtəliflik, dialoq və əməkdaşlıq, insan təhlükəsizliyi, gənclərin liderliyi, miqrasiya, münaqişələrin qarşısının alınması və s. mövzuları əhatə edəcəkdir. Artıq UNESCO-nun da iştirakı ilə beynəlxalq ekspertlərlə birgə Forumun konseptual müzakirə sənədi və proqram layihəsi hazırlanmışdır. Görüş zamanı, həmçinin Forumun təşkilati məsələləri ilə bağlı müzakirələr aparılıb.

Daha sonra UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktor müavini Petya Totçarovanın rəhbərlik etdiyi katibliyin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının sədrliyi ilə keçiriləcək Komitə iclası ilə bağlı cari ilin iyul ayına kimi təşkil ediləcək görüşlər, Komitənin 43-cü sessiyası və onun çərçivəsində baş tutacaq Gənclər Forumu və Abidə menecerlərinin Forumuna hazırlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.

V.Eyvazzadə bildirib ki, Komitə iclasının Bakıda keçirilməsi ilə bağlı Prezidentin müvafiq Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb.

Görüş zamanı, həmçinin UNESCO Katibliyinin missiyasının cari ilin mart ayında Bakıya səfəri ilə bağlı razılıq əldə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Fransada UNESCO siyahısına düşən kilsə qarət edilib

UNESCO-nun baş qərargahında BDU-nun 100 illiyi təntənə ilə qeyd olunub

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

UNESCO-da “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib

Azad Rəhimov UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşünə qatılıb

ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxıb

UNESCO-nun Hökumətlərarası Komitəsində Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Avropa İttifaqı və UNESCO Kaşıkçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

İsrail UNESCO-nun Fələstinlə bağlı qərarına cavab verib – “Nə bacarırsız edin”

Bu ayın sonlarında ölkəmizə UNESCO-nun araşdırıcı komissiyası gələcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

Azərbaycanın Birinci vitse-prezidenti Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb

Əbulfəs Qarayev UNESCO-nun baş direktoru ilə görüşüb

Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənə ilə qeyd edilib

Azərbaycan prezidenti UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordenini təqdim edib

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub

UNESCO-da “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı müzakirələr aparılıb

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66