Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Kənd təsərrüfatı naziri Xaçmazda vətəndaşlarla görüşüb

25 Yanvar 2019, 17:36 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Xaçmazda vətəndaşları qəbul edib.

Bu barədə SalamNews-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, qəbulda 50 nəfərin müraciətinə baxılıb.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 25-də Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir İnam Kərimov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nazir İnam Kərimov yeni istifadəyə verilmiş Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 113 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib.

Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi daha 31 mütəxəssisi işə götürüb

Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

Qubada polis həmkəndlisinin evindən oğurluq edən şəxsi saxlayıb

Balakənddə qanunsuz olaraq at əti satan şəxs saxlanılıb

Gənclər və İdman Nazirliyi kənd gəncləri üçün yeni imkanlar yaradır

Kənd Təsərrüfatı Nazirliyində “Tütünçülükdə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

Suriya Ordusu ölkənin şimalında iki kəndi radikal qruplamalardan geri alıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

Qarakənd faciəsindən 28 il ötür

Lerikin üç kəndinə qaz verilib

Zərdab rayonunda 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub

Dayanıqlı kənd təsərrüfatı üçün Niderland təcrübəsi öyrənilir

Miyanədə baş verən zəlzələdə 13 kənd dağıntılara məruz qalıb (FOTO)

MDB xüsusi xidmət orqanlarının rəhbərləri Daşkənddə toplaşırlar

Kənd təsərrüfatı sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı Vaşinqtonda müzakirə olunub

Bakıda daha bir ünvanda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb (FOTOLAR)

Azərbaycanda kənd təsərrüfatı işçilərinin peşə bayramıdır

Mənbə: ASO Türkiyənin istəyi ilə 11 kəndi tərk edib

Kənd Təsərrüfatı Nazirliyi sisteminə EKTİS-in tətbiqi ilə əlaqədar 38 nəfər işə qəbul olunub

Ağdaşın Orta Ləki kəndində ümumtəhsil məktəbi üçün bina tikiləcək

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66