Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SƏRGİLƏR

"İteca Caspian" ötən il 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib

25 Yanvar 2019, 09:30 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. 2018-ci ildə “Iteca Caspian” və “Сaspian Event Organisers” (CEO) sərgi şirkətləri Azərbaycanda 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib və bu tədbirlər uğurla keçib.

Həmin ildə 3 tədbir - Azərbaycan Beynəlxalq “Françayzinq” (“Caspian Franchise Forum 2018”) forumu, Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo məhsulları (“Gift&Promo Fair”) sərgisi və Azərbaycan Beynəlxalq “Reklam və Çap işləri” (“AdPrint”) sərgisi ilk dəfə keçirilib. 2018-ci ildə regionda silah və hərbi texnika sahəsində ən böyük ekspozisiyalardan biri -müasir silah və texnikanın, Azərbaycan müdafiə sənayesi kompleksinin güc və qüdrətinin möhtəşəm nümayişi olan genişmiqyaslı “ADEX” müdafiə sərgisi üçüncü dəfə keçirilib.

Ənənəvi sərgilərdən əlavə olaraq “CEO” şirkəti IAPH BAKU 2018 Dünya Limanları Konfransı Çərçivəsində Sərgi, 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı, Avropa Şəhərciyi 2018, Naxçıvanda Avropa Günləri və digərtədbirlərinin təşkilində iştirak etmişdir.

Ölkə başçısı cənab İlham Əliyev bir sıra sərgiləri, onların arasında “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Caspian Oil and Gas”, “ADEX”, “Bakutel”, sərgilərini ziyarət etmiş və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlanmışdır. Həmçinin, sərgiləri xarici ölkələrdən 70-dən çox yüksək rütbəli xarici qonaqlar, Azərbaycan Respublikasının nazirləri və başqa rəsmiləri ziyarət ediblər.

2018-ci ildə keçirilən sərgilərdə dünyanın 48 ölkəsini təmsil edən 1922 iştirakçı şirkət, habelə 64 ölkədən 69 812 ziyarətçi iştirak etmişdir. Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya Federasiyası, Türkiyə və Belarus Respublikası müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Sevindirici haldır ki, yerli şirkətlərin stendləri ümumi ekspozisiya sahəsinin təxminən 40%-ni əhatə etmişdir. Sərgilərdə 29 ölkələrdən 50 milli və regional stendlər təqdim olunmuşdur. Hər il sərgi iştirakçılarının tərkibinə xarici ölkələri təmsil edən yeni iştirakçılar qatılırlar. Sərgiləri daha çox Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, Ukrayna, BƏƏ, Belarus, İtaliya, Çin və Qazaxıstanı təmsil edən qonaqlar ziyarət etmişlər.

Bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Onların arasında: Azərbaycan Respublikası Energetika Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Təbliğat bürosu, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, TRACECA, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), IDEA, Beynəlxalq qurumları tərəfindən BMT-nin Dünya Turizm Təşkilatı,BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Asiya-Sakit okean Turizm Assosiasiyası, Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı.

2018-ci il sərgilərini dəstəkləyən strukturlarınsırasına Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyidə (KOB) qoşulub. Beynəlxalq “Bakutel” sərgisində KOB Agentliyi ilə sərgi təşkilatçıları - “Iteca Caspian” və “CEO” şirkətləri arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. KOB-un İdarə heyətinin sədri Orxan Məmmədov və “Iteca Caspian” şirkətinin İcraçı direktoru Fərid Məmmədov tərəfindən imzalanmış bu memorandumda qeyd edilir ki, hər iki tərəf kiçik və orta biznesi təmsil edən şirkətlərin beynəlxalq sərgilərdə iştirakına kömək edəcək. İlk əməkdaşlıq təcrübəsi artıq “Bakutel 2018” sərgisində həyata keçirilib və tədbir çərçivəsində KOB tərəfindən təşkil edilmiş stenddə 10 şirkət iştirak edib. Sərginin yekunlarına əsasən, stend iştirakçılarından bir sıra müsbət rəy alınıb və onlar gələcəkdə də sərgilərdə iştirak sayəsində inkişaf etməyi və yeni əlaqələr qurmağıplanlaşdırırlar.

2018-ci ildə sərgi layihələrinin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların mühüm rolunu da qeyd etmək lazımdır. Belə ki, 2018-ci ildə sponsorlar qismində SOCAR, BP, MaschioGaspardo, NB Group, Türkiyə Respublikasının Müdafiə Sənayesi Başqanlığı, Equinor, TurkiyePetrolleri, Azeri Mi Drilling, Azfen, Baku SteelCompany, BosShelf, Caspian Drilling, Caspian MarineServices, Global Energy Azerbaijan, SocarPolymer, Tekfen, REC, INPEX, Mcdermott, Dentons, DOW, EGS, EY, KasperskyLab, Lamor, Nobel Upstream, SAP CIS, Petronas, SOCAR AQS, STP, TAP, Tenaris, Total, Azercell, Kapital Bank, AA Services, ölkə-tərəfdaş Bolqarıstan,Pasha Bank, Lilac, Bakı Konqres Mərkəzi, media tərəfdaşlar - Caspian Energy International Media Group, “Dom i İnteryer”, IHS Jane`sDefenceWeekly, ArmyRecognition çıxış etmişdirlər. 2018-ci ildə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətinin rəsmi tərəfdaşları qismində “PremierTour” (rəsmi turoperator) şirkətləri, “HyattRegency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də Bagcam.az-uşaq guşəsi çıxış ediblər.

Müstəqil Azərbaycanda keçirilmiş ilk beynəlxalq sərgi və konfrans olan “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) sərgi və konfransının 25 illik yubileyi təntənəli şəkildə qeyd edilib və tədbirdə dünyanın 38 ölkəsini təmsil edən 312 şirkət bir araya gəlib. Bu sərgini bir sıra yüksək səviyyəli xarici qonaqlar ziyarət edib. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyeva “Xəzər Neft və Qaz” sərgisi ilə tanış olublar. Sərginin birinci iş gününün əlamətdar hadisəsi isə “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə təşkilatçıların mükafatlandırılması olub, belə ki, Azərbaycanın inkişafına və xarici ölkələr ilə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə cənabEndryuVud və cənab EdvardStron “Dostluq” ordeni ilə təltif olunublar. Azərbaycanda sərgilərin təşkili sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti “Xəzər Neft və Qaz” sərgisində “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədova “Tərəqqi” medalını təqdim edib.

Bu il “Xəzər Neft və Qaz” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edib. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Bununla əlaqədar olaraq “Xəzər Neft və Qaz” iştirakçı və təşkilatçılar tərəfindən Mərkəzi Botanika bağında ağac və çiçəklər əkilmiş və həmçinin abadlaşma işləri görünmüşdür.

Təşkilatçılar tərəfindən “Xəzər Neft və Qaz” sərgisində neftçi ixtisasını seçmiş ən yaxşı tələbələrə mükafatların təqdim edilməsi artıq uzun illərdir ki, ənənə halını alıb. Tədbirdə eyni anda iki tələbə - Bakı Ali Neft Məktəbinin Sənaye hasilatının avtomatlaşdırılması fakültəsinə qəbul zamanı 700 bal toplamış Abdulla Əsgərzadə və Mahirə Əsədzadə “Xəzər Neft və Qaz” sərgisinin xüsusi mükafatına layiq görülüblər.

Bu il sərgidə uzun illər iştirak etmiş bütün şirkətlərə xatirə suvenirləri təqdim olundu. Belə ki, xüsusi olaraq müstəqil Azərbaycanın ilk beynəlxalq ixtisaslaşmış “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə unikal poçt markaları buraxılıb. Sərgilərə həsr olunmuş markalar Azərbaycanda ilk dəfə nəşr olunub. Marka növlərindən birində “Xəzər Neft və Qaz” sərgisinin yubiley loqotipi və simvolik neft platformasını təsvir edilib. İkinci marka növü isə Xəzər dənizinin sahilində  Bakını təsvir edən rəsm əsərinin reproduksiyasıdır. Bunlar 10 ildən artıq müddət ərzində “Iteca Caspian” şirkətində çalışan rəssam-dizayner Çinara Məmmədovanın müəllif rəsmləridir. Sərginin birinci günündə açılış mərasimində sonra Prezident İlham Əliyev poçt markalarına möhür vurdu.

Təşkilatçılardan daha bir suvenir yubiley münasibəti ilə xüsusi olaraq hazırlanmış “Caspian Gold” ətri olub. Kişi və qadınlar üçün nəzərdə tutulmuş “Caspian Gold” parfüm suyu Azərbaycan ətriyyatçıları tərəfindən hazırlanıb. Ətrin  qablaşdırılmasının dizayner həlli da maraqlıdır. Damcını xatırladan orijinal flakon təbii ağacdan hazırlanmış qutuya yerləşdirilib. İstehsalçılar həmin qutuya içərisində bir neçə damcı Xəzər nefti olan başqa bir flakon da qoyublar. “Caspian Gold” ətir suyu hədiyyə kolleksiyasıdır və məhdud sayda hazırlanıb.

Beləliklə, sərgi və konfransın 25 illik yubileyinə həsr olunmuş əlavə tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi sayəsində xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaratdı. 2019-cu ildə “Xəzər Neft və Qaz” sərgisi 29may -1 iyun ayının tarixlərində Bakı Ekspo Mərkəzində, konfrans isə “Bilgah Beach Hotel” mehmanxanasinda (30-31 may)keçiriləcək.

2018-ci il təşkilatçıların təşəbbüsü ilə hazırlanmış əlavə tədbirlər baxımından da zəngin olub. Belə ki, 240-dan artıq şirkət “B2B” (biznes-biznes) formatlı görüşlərdə iştirak edərək, gələcək tərəfdaşlar ilə təkcə stenddə deyil, həm də xüsusi platformada görüşlər keçirib, danışıqlar aparıb. Hər sərgi çərçivəsində xüsusi olaraq yeni istehsal məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün təqdimat zonası yaradılıb və şirkətlər burada öz yeni məhsullarını peşəkar ziyarətçilərə təqdim edib, eləcə də defile və debatlar keçiriblər.

“Bakutel” sərgisi çərçivəsində ilk dəfə olaraq “Bakutel Tech Talks” müzakirə platforması təşkil edilib. Üç panel – “Bizimkilər”, “Baxış bucağınızı bizimlə İT-iləyin” və “İdeyadan biznesə” 850 nəfərdən artıq insanı bir araya gətirib. Tədbir xüsusunda bir sıra müsbət rəy səsləndirilib, belə ki, bu proqram sənayeni narahat edən aktual məsələlərə toxunmaqla yanaşı, sifarişçilər ilə layihəçilər arasında konstruktiv dialoq yaratmağa nail olub vəstartap-lara öz layihələrini reallaşdırmaq istiqamətində kömək edib.

2018-ci ildə “Iteca Caspian” və “CEO” şirkətləri eksponentlərin sərgilərdə iştirakının səmərəliliyini artırmaq məqsədi ilə onlar üçün bir sıra tədbirlər təşkil edib. Belə ki, “Worldfood Azerbaijan”, “Caspian Agro”, “Caspian Oil&Gas”, “TransCaspian”, Road&Traffic”, “Gift&Promo Fair”, “AdPrint”, “BakuBuild”, “Aquatherm Baku”, “Education” və “Bakutel” sərgilərinin iştirakçıları üçün işgüzar səhər yeməyitəşkil olunub və bu tədbirlərdə eksponentlər və təşkilatçılar komandası iştirak edib. Səhər yeməyi zamanı sərgilərdə uğurlu iştirak düsturunun təqdimatı keçirilib və stendin təşkili, personalın hazırlanması, ziyarətçilərin stendə cəlb edilməsi və bir sıra digər sahələr üzrə  əsas məsələlərə toxunulub.

Təşkilatçılar sərgilər çərçivəsində KSM üzrə “Çünki biz qayğı göstəririk” layihəsini davam etdirir. Bunun üçün foyedə xüsusi stend təşkil edilib və sərgi çərçivəsində kiçik biznesin təmsilçiləri, əl işi üzrə ustalar öz məhsul və layihələri ilə iştirak ediblər.

Təşkilatçılar hələ ilin birinci yarısında öz sosial məsuliyyət proqramı çərçivəsində “Təbiəti qoru” şüarı altında bir sıra tədbirlər keçirməyə başlayıb. Bu proqrama uyğun olaraq,şirkətlər istifadə edilmiş bütün kağız məmulatları ofisdən emal və təkrar istifadəyə verir. Bundan başqa, sərgidə istifadə olunan istər ziyarətçi, istərsə də iştirakçı “beyc”ləri(döş nişanları) kağızdan hazırlanmağa başlanıb. Hər sərgini orta hesabla 5000 insan ziyarət edir. Kağız “beyc”lərə keçid plastik kütlədən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Növbəti ildən etibarən sərgilərdə plastik paketlərin istifadəsindən tamamilə imtina etmək və təkrar emal edilmiş kağız paketlərə keçid nəzərdə tutulub.

Payız mövsümü ərəfəsində ticarət-sənaye sərgilərinin təşkilatçıları tərəfindən yeni layihəyə - təşkilatçıların sərgilər çərçivəsində keçirməyi planlaşdırdığı bütün sərgi tədbirləri və yenilikləri barədə məlumatların verildiyi elektron qəzet layihəsinə start verilib. Elektron qəzetin növbəti buraxılışının 2019-cu ilin fevral ayında işıq üzü görməsi planlaşdırılıb.

Hazırda maraqlı tədbirlər ilə zəngin olacaq yeni sərgi mövsümünə fəal hazırlıq işləri gedir. 2019-cu ildə sərgi operatorları 23 layihəni həyata keçirəcək. 2019-cu il həm də 4 sərgi layihəsinin yubileyi ilə əlamətdar olacaq. “WorldFood Azerbaijan”, “BakuBuild” və “Bakutel” sərgiləri 25 illik, “Caspian Ecology” sərgisi isə 10 illik yubileyini qeyd edəcək. Keçirildiyi illər ərzində bu sərgilər Xəzər regionunda aparıcı mövqe tutaraq, peşəkarların böyük sayda ziyarətçi cəlb edən ənənəvi görüş yerinə çevrilmişdir. Yubiley tədbirlər üçün xüsusi proqram planlaşdırılır və bu proqram sərgi layihələrini daha geniş nümayiş etdirməyə imkan yaradacaqdır. Bundan başqa, 2019-cu ildə bir sıra ənənəvi sərgilər rebrendinq prosesindən keçməklə yeni imic qazanacaq.2019-cu ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətlərin rəsmi veb-saytlarında www.iteca.az və www.ceo.az tanış olmaq mümkündür. 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Iteca Caspian” ilə “Сaspian Event Organisers” bu il 24 sərgi keçirməyi planlaşdırır

KOBİA və İteca Caspian arasında memorandum imzalanıb

“Iteca Caspian” bu il 7 beynəlxalq sərgi keçirəcək

“Iteca Caspian” bu il Bakıda 16 sərgi və 1 konfrans keçirəcək

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

“Iteca Caspian” bu il 16 sərginin keçirilməsini planlaşdırır

“Iteca Caspian” 2015-ci ili uğurla başa vurub

"Iteca Caspian" şirkəti Təhsil nominasiyası üzrə mükafata layiq görülüb

23 Oktyabr 2019, 18:00 (GMT +4)
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

23 Oktyabr 2019, 17:58 (GMT +4)
Tramp: ABŞ və Türkiyə uğurla Suriyada təhlükəsizlik zonası yaratdılar

23 Oktyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək

23 Oktyabr 2019, 17:46 (GMT +4)
Prezident İlham Əliyev: Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

23 Oktyabr 2019, 17:40 (GMT +4)
Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmaların yerinə yetirilməsinə dair xəritə dərc edilib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Prezident: İndi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar (VİDEO)

23 Oktyabr 2019, 17:32 (GMT +4)
Daha beş gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq (FOTO)

23 Oktyabr 2019, 17:23 (GMT +4)
Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

23 Oktyabr 2019, 17:15 (GMT +4)
Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 17:08 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

23 Oktyabr 2019, 17:05 (GMT +4)
Moskva YPG/PKK terrorçularına xəbərdarlıq edib

23 Oktyabr 2019, 17:00 (GMT +4)
Akif Əli Zadə “Əmək” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:55 (GMT +4)
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

23 Oktyabr 2019, 16:46 (GMT +4)
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib (FOTOLAR)

23 Oktyabr 2019, 16:41 (GMT +4)
“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub

23 Oktyabr 2019, 16:37 (GMT +4)
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

23 Oktyabr 2019, 16:30 (GMT +4)
Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul edib

23 Oktyabr 2019, 16:24 (GMT +4)
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib

23 Oktyabr 2019, 16:15 (GMT +4)
Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr 2019, 16:07 (GMT +4)
Suriya Ordusu kürdlərin çıxdığı sərhəd zolağında 15 nəzarət məntəqəsi və postu inşa edəcək

23 Oktyabr 2019, 16:06 (GMT +4)
MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

23 Oktyabr 2019, 16:02 (GMT +4)
Rusiya XİN Suriyadakı neft yataqlarının Dəməşqin nəzarətinə qaytarılmasına çağırıb

23 Oktyabr 2019, 16:00 (GMT +4)
Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olub

23 Oktyabr 2019, 15:54 (GMT +4)
UFAZ tələbələri NASA Space Apps Azerbaijan 2019 hakatonunun qalibi olub

23 Oktyabr 2019, 15:52 (GMT +4)
2020-ci ildən elektron vergi hesab-fakturası ləğv olunur

23 Oktyabr 2019, 15:30 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatların dayandırıldığını açıqlayıb

23 Oktyabr 2019, 15:19 (GMT +4)
Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

23 Oktyabr 2019, 15:12 (GMT +4)
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66