Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Bakı Metropoliteni"nin Təlim-tədris mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək

24 Yanvar 2019, 15:48 (GMT +4)

Bakı, 24 yanvar, SalamNews. "Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzi yaxın vaxtlarda fəaliyyətini tamamilə fərqli formatda davam etdirəcək.

Bu barədə SalamNews-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, 2014-cü ilin sentyabr ayında əsasnaməsi təsdiq edilərək, fəaliyyətə başlamış Mərkəzin təcrübəsi təsdiq edir ki, kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi və s. tədris proseslərinin təşkili baxımından əhəmiyyəti danılmazdır: "Mərkəzləşmiş qaydada təşkil edilmiş təlim və tədris prosesi daha effektlidir. Burada metro işçilərinin bilik və bacarıqlarının təkmilləşdirməsini, keyfiyyətli hazırlığını daha mükəmməl qaydada təşkil etmək mümkündür. Mərkəz lazımi vəsait və avadanlıqla, audiovizual texnologiyalarla, elektron proyektorlarla və digər müasir texniki vasitələrlə təmin edilib. Multimedia, interaktiv təlim üsulları və s. əyani vəsaitlərin yeni erasının məhsuludur. İldən-ilə yeniləşən təlim-tədris mərkəzində aparılan təmir-yenidənqurma işlərindən sonra metropolitenin əhatə etdiyi sahə və peşələrin xüsusiyyətlərini daha dərindən və təfərrüatı ilə nəzərə alaraq, fəaliyyətini davam etdirəcək".

B.Məmmədov deyib ki, hazırda mərkəzdə təmir-tikinti və yenidənqurma-bərpa işlərinin həlledici mərhələsi başlanıb: "Görülən işlər çərçivəsində divar, döşəmə örtüyünün üzlənməsi işləri başa çatmaqdadır. Xidməti və tədris otaqları daha yüksək standartların tələblərinə müvafiq olaraq təmir edilir. Binada yanğın təhlükəsizliyinin, mikroiqlim şəraiti də ən yüksək tələblər səviyyəsində olacaq. Girişdən çıxışa qədər simasını tam dəyişməkdə olan mərkəzin yardımçı otaqlarının yerləşdiyi orta sahədə metropolitenin xidmət və struktur vahidlərinin fəaliyyətini əks etdirən bölmələr yerləşdiriləcək. Binanın foyesi üç hissədən ibarət olmaqla, dövlətin qayğı və diqqətini özündə ehtiva edən və metropolitenin inkişaf tarixini xronoloji ardıcıllıqla əks etdirən, perspektiv planları və mühüm qərarları əyani nümayiş etdirən pavilyona çevriləcək. Metro vaqonlarından ibarət qatarı xatırladan 8 iri bölmənin hər guşəsində metropolitenin istismar və tikinti nailiyyətlərini, texnoloji prosesləri ardıcıllıqla nümayiş etdirən fotostendlər, monitorlarda təqdim edilən videoçarxlar, sxematik təsvirlər və digər əyani vasitələr yer alacaq. Stansiyaların, istismarda olan vaqonların, eləcə də əsas qurğu və avadanlıqların maketləri isə hər bir sahə üzrə ümumi bilikləri mənimsəmək, kadr hazırlığı prosesini dərinləşdirmək, işçilərin daha da mükəmməl biliyə və praktiki vərdişlərə sahib olmasını sürətləndirmək baxımından xüsusi rol oynayacaq. Burada peşə vərdişlərinin praktiki möhkəmləndirilməsi və genişləndirilməsində əhəmiyyətli rola malik sınaq və məşq simulyatorlarının, xüsusən sərnişin qatarı trenajorunun tətbiqi nəzərdə tutulub. Bu isə kadr hazırlığı prosesinin diqqətəlayiq cəhətlərindən biri kimi xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, qatar maşinistlərinin hazırlığında tətbiq edilən trenajor tədrisin keyfiyyətini xeyli yüksəltməyə, virtual qəza-bərpa oyunlarının keçirilməsi ilə ekstremal hallarda vəziyyətdən çıxmaq üçün ən nümunəvi vəsaitdir. Tədris, imtahan, qəza-məşq proseslərinin nəticələrinin arxivləşdirilməsi isə hər bir maşinistin fərdi hazırlığını xüsusi nəzarət altında saxlamaqla, praktiki vərdişləri təkmilləşdirmək üçün ən münasib üsuldur".

Mətbuat xidmətinin rəhbəri bildirib ki, qeyd edilənlərlə yanaşı, mobil telefon, portativ elektron məhsullar, internet və digər bu kimi texniki imkanlar vasitəsilə audio-video dərslərin, mühazirələrin, praktiki məşğələlərin elektron konspektləşdirilməsi və metodiki bazanın yenidən qurulması istiqamətində mühüm tədbirlər görülür: "Bu stendlər, eyni zamanda, metropolitendəki peşələrlə maraqlananlara, əmək karyerasını bu nəqliyyat vasitəsinə bağlamaq istəyənlərə hərtərəfli məlumat verəcək. Başqa sözlə, yeni formatda fəaliyyət göstərəcək təlim-tədris mərkəzi həm də nümunəvi tədris məktəbi kimi də maraq doğuracaq".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Bakı Metropoliteni" 2 yeni qatarı xəttə buraxıb

Hikmət Hacıyev: Metropolitenin açılması müzakirə olunur

Bakı Metropoliteni işçi qəbulu elan edib

"Bakı Metropoliteni" bu gün 2 yeni qatarını xəttə buraxır

“Bakı Metropoliteni”nin daha bir vəzifəli şəxsi vəfat edib

"Bakı Metropoliteni"nin 29 əməkdaşı koronavirusa yoluxub

Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb

“Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edib

Bakı Metropoliteni sabahdan fəaliyyətini bərpa edir

"Bakı Metropoliteni" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb

Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət edib (FOTO)

Bu gün “Bakı Metropoliteni”nin 6 yaşı tamam olur

“Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb

Bakı Metropolitenində Nəsiminin 650 illik yubileyi çərçivəsində sərgi keçiriləcək

Metropoliten İşçiləri Həmkarlar İttifaqının IV Məclisi keçirilib

Bakının 20 saylı məktəbinin şagirdləri "Bakı Metropoliteni"nin qonağı olub 

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Bakı metropolitenində baş vermiş qəzadan 24 il ötür

Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

“Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzinin yeni binasını açılışı olub

22 Sentyabr 2020, 18:00 (GMT +4)
Bu il daha iki DOST Mərkəzi açılacaq

22 Sentyabr 2020, 17:50 (GMT +4)
DİM: Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

22 Sentyabr 2020, 17:38 (GMT +4)
“Bakcell” “Xəzəri qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasına qoşulub

22 Sentyabr 2020, 17:30 (GMT +4)
Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

22 Sentyabr 2020, 17:27 (GMT +4)
Moskvada Azərbaycan Parlamentinin sədri ilə Rusiya Federasiya Şurası rəhbərinin görüşü başlayıb

22 Sentyabr 2020, 17:25 (GMT +4)
Livanın cənubunda şiddətli partlayış baş verib, yaralananlar var (VİDEO)

22 Sentyabr 2020, 17:20 (GMT +4)
Rusiyada "Su-30" qırıcısı qəzaya uğrayıb

22 Sentyabr 2020, 17:10 (GMT +4)
DTX vətəndaşlara müraciət edib

22 Sentyabr 2020, 17:07 (GMT +4)
Əhmədiyyə Cəbrayılova həsr olunmuş sənədli film çəkilib

22 Sentyabr 2020, 16:45 (GMT +4)
Birinci vitse-prezident Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib

22 Sentyabr 2020, 16:44 (GMT +4)
Amerikalı jurnalist İstanbulda müəmmalı şəraitdə ölüb

22 Sentyabr 2020, 16:35 (GMT +4)
Pandemiya sınağı: təhsil və təhlükəsizlik - FOTOREPORTAJ

22 Sentyabr 2020, 16:34 (GMT +4)
İraq karantin qaydalarının yenidən sərtləşdirilməsi xəbərdarlığını verib

22 Sentyabr 2020, 16:12 (GMT +4)
Tanınmış jurnalist koronavirusa yoluxub

22 Sentyabr 2020, 16:11 (GMT +4)
Almaniya Bundestaqına bomba üzrə mütəxəssislər cəlb edilib

22 Sentyabr 2020, 16:04 (GMT +4)
«Torqovı»da geyim mağazası yanıb (FOTO)

22 Sentyabr 2020, 15:52 (GMT +4)
Ankara AB-ni qərəzli mövqedən çəkinməyə çağırıb

22 Sentyabr 2020, 15:49 (GMT +4)
Lənkəranda yeni çay brendinin istehsalına başlanılıb

22 Sentyabr 2020, 15:43 (GMT +4)
Operativ Qərargah: Virusdan ölənlərin sayı 578 nəfərə çatıb

22 Sentyabr 2020, 15:40 (GMT +4)
AÇG və “Şahdəniz”dən 545 milyon ton neft-kondensat ixrac edilib

22 Sentyabr 2020, 15:39 (GMT +4)
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxub

22 Sentyabr 2020, 15:30 (GMT +4)
“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

22 Sentyabr 2020, 15:24 (GMT +4)
İran enbarqo müddətinin bitəcəyindən sonra silah satacağı ilk ölkənin adını açıqlayıb

22 Sentyabr 2020, 15:16 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

22 Sentyabr 2020, 15:03 (GMT +4)
Nyu-Yorkda polis Çin ilə əməkdaşlıq ittihamı üzrə saxlanılıb

22 Sentyabr 2020, 14:57 (GMT +4)
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

22 Sentyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan Gürcüstana 23 adda 21 613 ədəd dərslik göndərib

22 Sentyabr 2020, 14:39 (GMT +4)
AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

22 Sentyabr 2020, 14:35 (GMT +4)
Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq

22 Sentyabr 2020, 14:27 (GMT +4)
Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66