Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb

22 Yanvar 2019, 17:16 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb. Azərbaycanda qeyri-müsəlman dini icmalarına, müxtəlif dini konfessiya nümayəndələrinə daim diqqət və qayğı ilə yanaşılır.

SalamNews xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yanvarın 22-də “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfransda bildirilib.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə DQİDK və rayon icra hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirərək, İslam dəyərlərinin düzgün təbliğ olunması istiqamətində rayonda həyata keçirilən işlərin nəticələrindən bəhs edib. Bildirib ki, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində və özünüdərkində mühüm əhəmiyyət daşıyır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışı zamanı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələrdən, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin vacibliyindən danışıb.

Komitə sədri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər zəngin irsimizi, mədəniyyətimizi və adət-ənənələrimizi yaşatmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli Liderin siyasətinin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, təbliğ və təşviqini daim diqqət mərkəzində saxlayır.

Mübariz Qurbanlı dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən də danışıb. Qeyd edib ki, dini siyasiləşdirmək, ondan sui-istifadə etmək istəyənlərə, din adı altında ictimai-siyasi sabitliyi pozmağa çalışanlara, gəncləri dini radikal qruplara cəlb etməyə cəhd göstərənlərə aramızda yer olmamalıdır. Bütün cəmiyyət bu cür hallara qarşı həm ideoloji, həm siyasi, həm də hüquqi baxımdan mübarizə aparmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Cavanşir Əfəndiyev çıxışında bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz barədə doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Konfrans işini yanvarın 23-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Baş Nazirin müavini: Tolerantlıq nümunəsi Azərbaycanı bütün dünyada məşhur edib

“İMAGİNE” Avropa Tolerantlıq Festivalı ilk dəfə Gəncədə təşkil olunacaq

Allahşükür Paşazadə: Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir

“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” layihəsi başa çatdırılib

Tolerantlıq radikalizmin qarşısının alınmasında mühüm vasitədir - Səyyad Salahlı

Bakıda ikinci “IMAGINE” Avropa Tolerantlıq Festivalına start verilib

Rusiyada, Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzüzunda elmi konfrans keçirilib

Tolerantlıq və Sülh üzrə Qlobal Şura AZƏRTAC-ın sədrlik etdiyi beynəlxalq təşkilatla əməkdaşlığa maraq göstərir

Tolerantlıq iğtişaşları sülhə aparan əsas amildir - ADU-nun dekanı

“Tolerantlıq örnəyi Azərbaycan” mövzusunda konfrans keçirilib (FOTOLAR)

Avropa Tolerantlıq Festivalına yekun vurulub

Bakıda Tolerantlıq Festivalı davam edir

"Imagine" Avropa Tolerantliq Festivalının mətbuat konfransı keçirilib

"IMAGINE" Avropa Tolerantlıq Festivalı 2017 keçiriləcək

ADU-da “Azərbaycan ordusunda tolerantlıq” mövzusunda tədbir keçirilib

“Bakı-2017”: dünyaya idman dili ilə ötürülən sülh, tolerantlıq və həmrəylik mesajları (MƏQALƏ)

Salyanda “İslam dini və tolerantlıq” layihəsi çərçivəsində tədbir keçirilib

Bərdədə “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində tədbir keçirilib

İsmayıllıda “Tolerantlıq milli kimliklə vəhdət” adlı tədbir keçirilib

Astarada multikulturalizm və tolerantlıq mövzusunda müzakirələr aparılıb

21 Oktyabr 2019, 17:17 (GMT +4)
Livan hökuməti 6 günlük etirazlardan sonra iqtisadi vəziyyətin yaxşılaşdırılması haqda layihəni qəbul edib

21 Oktyabr 2019, 17:11 (GMT +4)
İsrail Livanın hava məkanını pozub

21 Oktyabr 2019, 17:02 (GMT +4)
Təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

21 Oktyabr 2019, 16:57 (GMT +4)
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

21 Oktyabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

21 Oktyabr 2019, 16:45 (GMT +4)
İranın cənubunda 5.7 bal gücündə zəlzələ baş verib

21 Oktyabr 2019, 16:39 (GMT +4)
Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

21 Oktyabr 2019, 16:37 (GMT +4)
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

21 Oktyabr 2019, 16:36 (GMT +4)
Hacıbala Abutalıbov vəzifəsindən azad olunub

21 Oktyabr 2019, 16:32 (GMT +4)
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

21 Oktyabr 2019, 16:30 (GMT +4)
ABŞ hərbiçilərinin bir hissəsini Suriyadakı neft yataqlarının yaxınlığında saxlayacaq

21 Oktyabr 2019, 16:25 (GMT +4)
Bəhreyndə İsrailin iştirakı ilə “Körfəzdə nəqliyyat təhlükəsizliyi” adlı konfrans keçirilir

21 Oktyabr 2019, 16:24 (GMT +4)
Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

21 Oktyabr 2019, 16:19 (GMT +4)
“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

21 Oktyabr 2019, 13:59 (GMT +4)
Amil Cavadov: Azərbaycan gəncliyi erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır

21 Oktyabr 2019, 13:50 (GMT +4)
Alyans rəsmisi: Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir

21 Oktyabr 2019, 13:45 (GMT +4)
Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

21 Oktyabr 2019, 13:42 (GMT +4)
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66