Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı xəritə işğalçılığına dair yeni sənəd hazırlanıb

22 Yanvar 2019, 17:10 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov son illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif fəsadları ilə bağlı bir çox sənədlər hazırlayıb. O, AŞPA-nın sessiyası çərçivəsində yazılı sualla Nazirlər Komitəsinin sədrinə müraciət edib. Nazirlər Komitəsinin yazılı suala cavabı avropalı deputatlara təqdim olunub.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, Rafael Hüseynov bildirib ki, Ermənistanın tarixi saxtalaşdırma və işğal siyasətinin tərkib hissəsi olan toponimlərin kütləvi şəkildə erməniləşdirilməsi məsələsi ilə bağlı Parlament Assambleyasında dəfələrlə məsələ qaldırılıb, tövsiyə xarakterli qətnamə də hazırlanıb. Nazirlər Komitəsinə yazılı sual şəklində ünvanlanan 14797 saylı sənəddə isə ermənilərin son dövrdə Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdəki yer adlarını qondarma şəkildə dəyişdirmək, Dağlıq Qarabağın adını beynəlxalq aləmdə rəsmən Artsax kimi təqdim etmək cəhdlərinin ifşasına yönəlib.

Sənəddə deyilir: “Rəsmi xəritələr, müxtəlif nəşrlər və arxiv sənədləri təsdiqləyir ki, XX əsrin əvvəllərində müasir Ermənistan Respublikasının yerləşdiyi ərazidəki 2310 toponimdən 2000-ə qədəri Azərbaycan mənşəli olub və artıq onların hamısı dəyişdirilərək erməniləşdirilib. Eyni siyasət indi Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində aparılır və hətta dünya ictimaiyyətini çaşdırmaq məqsədilə təmiz Azərbaycan sözü olan Qarabağ adının dəyişdirilməsi istiqamətində avantürist cəhdlər edilir”.

Sənədin ikinci hissəsi qeyd olunanları nəzərə alaraq deputat Rafael Hüseynovun Nazirlər komitəsinə ünvanladığı belə bir sualdan ibarətdir ki, Ermənistan tərəfinin bu qanunazidd və qeyri-konstruktiv hərəkətləri danışıqlar prosesinə ciddi xələl gətirir, münaqişənin dərinləşməsinə səbəb olur. Bu qəbil kartoqrafik təcavüz siyasətindən Ermənistan tərəfini çəkindirmək üçün Nazirlər Komitəsi hansı mümkün addımları ata bilər?

AŞPA-da qəbul edilmiş qaydalara müvafiq olaraq Nazirlər Komitəsinə yönələn yazılı suallar həmin qurumun cavabı ilə birgə ayrıca sənəd kimi nəşr edilərək tirajlanır. Nazirlər Komitəsinin bu müraciətə cavabında bildirilir ki, Azərbaycanın və Ermənistanın Avropa Şurası qarşısında öhdəliyi var ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsinlər. Nazirlər Komitəsi dəfələrlə vurğulayıb ki, problemin həlli məsələsində bilavasitə səlahiyyət ATƏT-in Minsk qrupunun həmsədrlərində olsa da, Avropa Şurası irəliləyiş əldə edilməsinə töhfələrini verməyə həmişə hazırdır. Münaqişənin həllinə, danışıqlar prosesinə zərər vuran istənilən cəhd isə qəbuledilməzdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün AŞPA-nın payız sessiyası başlayır

Azərbaycanın Xarici İşlər naziri AŞPA-nın prezidenti ilə görüşüb

Prezident İlham Əliyev AŞPA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 

AŞPA prezidenti sabah Azərbaycana rəsmi səfərə gəlir

Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinin ikinci mərhələsinin qalibi olublar (FOTO)

Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayılıb

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb

Yeddi ölkənin nümayəndə heyəti Rusiyaya görə AŞPA sessiyasını tərk edib

AŞPA Rusiya nümayəndə heyətinin bütün səlahiyyətlərini bərpa edib

Ukrayna AŞPA-dakı fəaliyyətini dayandırıb 

Ukrayna nümayəndə heyəti AŞPA-nın toplantı zalını tərk edib

Zelenski AŞPA-nın Rusiya ilə bağlı qərarını məyusluqla qarşılayıb  

Rusiya AŞPA-da iştirak etmək üçün ərizə verib

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

Almaniya XİN rəhbəri: Rusiya AŞPA-da qalacaq

AŞPA Mehman Hüseynovla bağlı cinayət işinə xitam verilməsini alqışlayır

AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Milli Məclisin deputatları AŞPA-nın iclaslarında iştirak edəcəklər

13 Dekabr 2019, 13:54 (GMT +4)
Yol polisi piyadavurmaların qarşısını alacaq yenilik tətbiq etməyə başlayıb

13 Dekabr 2019, 13:44 (GMT +4)
Ülvi Mehdiyev: «ASAN Railway» unikal layihədir və Azərbaycan buna imza atır

13 Dekabr 2019, 13:44 (GMT +4)
Səudiyyə Ərəbistanı gizlində İranla danışıqlar aparır - The Wall Street Journal

13 Dekabr 2019, 13:33 (GMT +4)
Dəllər-Zəyəm mənzilində baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama verilib

13 Dekabr 2019, 13:25 (GMT +4)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri dəyişib

13 Dekabr 2019, 13:22 (GMT +4)
"Admiral Kuznetsov" kreyserindəki yanğın söndürülüb

13 Dekabr 2019, 13:21 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13 Dekabr 2019, 13:12 (GMT +4)
Energetika naziri vətəndaşları qəbul edəcək

13 Dekabr 2019, 13:00 (GMT +4)
Masallıda ağacəkmə aksiyası keçiriləcək

13 Dekabr 2019, 12:50 (GMT +4)
ABŞ səfiri: Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik

13 Dekabr 2019, 12:41 (GMT +4)
UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub

13 Dekabr 2019, 12:37 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

13 Dekabr 2019, 12:35 (GMT +4)
Tramp Consonu parlament seçkilərindəki qələbə münasibətilə təbrik edib

13 Dekabr 2019, 12:26 (GMT +4)
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib

13 Dekabr 2019, 12:22 (GMT +4)
Rusiya İdlibdə yeni kimyəvi hücumun səhnələşdirilməsi haqda xəbərdarlıq edib

13 Dekabr 2019, 12:15 (GMT +4)
Conson mühafizəkarların "Brexit" üçün mandat aldığını açıqlayıb

13 Dekabr 2019, 12:14 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13 Dekabr 2019, 12:11 (GMT +4)
Moskvada Yunus Əmrənin büstü qoyulacaq

13 Dekabr 2019, 12:07 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

13 Dekabr 2019, 11:54 (GMT +4)
Əlcəzairdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

13 Dekabr 2019, 11:53 (GMT +4)
Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri ilə görüşüb

13 Dekabr 2019, 11:41 (GMT +4)
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

13 Dekabr 2019, 11:24 (GMT +4)
ABŞ Baqram hücumuna görə Talibanla danışıqları müvəqqəti dayandırıb

13 Dekabr 2019, 11:15 (GMT +4)
Türkiyə XİN: ABŞ Senatının qətnaməsi tarixin siyasiləşdirilməsinin xəcalətverici nümunəsidir

13 Dekabr 2019, 11:04 (GMT +4)
Azərbaycan neftinin qiyməti bahalaşıb

13 Dekabr 2019, 10:48 (GMT +4)
General Xəlifə Haftar paytaxt Tripoli istiqamətdə «həlledici hücum» əmri verib

13 Dekabr 2019, 10:42 (GMT +4)
AB anti-Rusiya sanksiyalarını altı ay uzadıb

13 Dekabr 2019, 10:37 (GMT +4)
Azərbaycan ilə Latviya arasında hərbi-təhlükəsizlik məsələləri müzakirə olunub (FOTO)

13 Dekabr 2019, 10:26 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

13 Dekabr 2019, 10:16 (GMT +4)
Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66