Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərsu” ötən il 68 min içməli suyun və 25 min tullantı suyunun nümunəsini analiz edib

14 Yanvar 2019, 18:00 (GMT +4)

Bakı, 14 yanvar, SalamNews. “İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində nəzarətdə saxlanılması “Azərsu” ASC-nin prioritet vəzifələrindəndir.

ASC-dən SalamNews-a verilən məlumata görə, səhmdar cəmiyyətin Mərkəzi Laboratoriyası Bakı şəhəri və regionlarda içməli suyun keyfiyyətini və tullantı sularının standartlara uyğunluğunu nəzarətdə saxlayır.

2018-ci ildə “Azərsu”yun Mərkəzi Laboratoriyası və istehsalat müəssisələrinin laboratoriyaları tərəfindən 68 min içməli su və 25 min tullantı su nümunəsinin analizləri aparılıb.

Ötən il analizlərin əsas hissəsi Mərkəzi Laboratoriya tərəfindən aparılıb. İl ərzində laboratoriyada içməli və tullantı sularının 35 min nümunəsi əsasında 174 min parametr təyin edilib. Bu 2017-ci illə müqayisədə nümunə sayında 21%, göstərici sayında isə 50% artım deməkdir. Keyfiyyətə nəzarət sahəsində müşahidə olunan ciddi artım göstəriciləri yeni su mənbələrinin istismara verilməsi, modul tipli sutəmizləyici qurğuların “Azərsu”yun xidmətinə verilməsi sayəsində mümkün olub.

Ümumilikdə, içməli su nümunələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları və su şəbəkələri, eləcə də təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən götürülmüş 33 min su nümunəsi üzrə 158 min göstərici təyin edilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və s. nöqtələrdən götürülmüş 2400 tullantı su nümunəsinin 16 min parametri öyrənilib.

Hazırda “Azərsu”yun Mərkəzi Laboratoriyasında içməli suyun 51, tullantı sularının 54 olmaqla, ümumilikdə, 105 parametri üzrə analizlər aparılır.

Mərkəzi laboratoriyanın təcrübəsindən istifadə etməklə 2018-ci ildə regional laboratoriyaların yaradılması işlərinə başlanılıb və 4 regional laboratoriya fəaliyyətə başlayıb. Ümumilikdə, regionallarda 9 laboratoriyanın yaradılması istiqamətində işləri davam etdirilir. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.

Qeyd edək ki, “Azərsu”yun Mərkəzi Laboratoriyası 16 sentyabr 2013-cü ildə fəaliyyətə başlayıb. İçməli su və tullantı suları bölmələrindən ibarət laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. İstənilən ərazidə və şəraitdə analizlərin aparılması məqsədilə səyyar laboratoriya kimi fəaliyyət göstərən xüsusi təyinatlı nəqliyyat vasitələri alınıb.

Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə 4 səriştəlilik testi proqramına qoşulub. ABŞ-ın ERA və Böyük Britaniyanın FAPAS şirkətləri burada aparılan analizlərin standartlara uyğunluğunu təsdiqləyərək Mərkəzi Laboratoriyanı sertifikatla təltif edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərsun çayçılıq sahəsinin inkişafına dəstək verməyə davam edir

Azərsu: 15 rayonun 24 kənd və qəsəbəsinin içməli su problemi həll ediləcək

“Azərsun Holdinq” Neftçalada sosial aksiya keçirib

"Azərsu" 2 gün xüsusi rejimdə fəaliyyət göstərəcək

“Azərsu” modul tipli qurğuları təmir edəcək

“Azərsu” nasosların təmiri üçün şirkət axtarır

“Azərsun Holdinq” ulu öndərin xatirəsini silsilə tədbirlərlə anıb

“Azərsun” Qələbə Günü münasibətilə yüzlərlə ailəyə sovqat paylayıb

“Azərsun” yüzlərlə aztəminatlı ailəyə Ramazan sovqatı paylayıb

ASAN könüllüləri və “Azərsun” polislərə dəstək göstərib (FOTOLAR)

“Azərsu” sayğacların oxunmasını müvəqqəti dayandırır

“Azərsun” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürüb

“Azərsun Holdinq”: Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq (FOTO)

“Azərsun Holdinq” kollektivi sosial qayğıya ehtiyacı olan insanları ziyarət edib

“Azərsun” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Azərsun yerli məhsullara dəstək məqsədilə möhtəşəm aksiyaya start verib

“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilib (FOTO)

“Azərsun” Gənclər Gününə həsr olunmuş sosial aksiyaya qoşulub

“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

“Azərsun Holdinq”də 20 yanvar faciəsinin qurbanları anılıb

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:14 (GMT +4)
Əvvəl-axır Haftar məğlub olacaq - Ərdoğan

18 Sentyabr 2020, 17:13 (GMT +4)
İsveçrədə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar başlayıb

18 Sentyabr 2020, 17:07 (GMT +4)
ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:00 (GMT +4)
Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 16:42 (GMT +4)
AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

18 Sentyabr 2020, 16:30 (GMT +4)
Türkiyədə rusiyalıların olduğu avtobus aşıb

18 Sentyabr 2020, 16:25 (GMT +4)
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

18 Sentyabr 2020, 16:23 (GMT +4)
Dövlət satınalmaları üzrə gözlənilən yeniliklər açıqlanıb

18 Sentyabr 2020, 16:20 (GMT +4)
Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

18 Sentyabr 2020, 16:18 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

18 Sentyabr 2020, 16:17 (GMT +4)
İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

18 Sentyabr 2020, 16:15 (GMT +4)
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

18 Sentyabr 2020, 16:02 (GMT +4)
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib (FOTO)

18 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanda daha 117 yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020, 15:40 (GMT +4)
Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb

18 Sentyabr 2020, 15:27 (GMT +4)
Lavrov: Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq

18 Sentyabr 2020, 15:22 (GMT +4)
İsraildə bir günə koronavirusa 5,238 nəfər yoluxub

18 Sentyabr 2020, 15:02 (GMT +4)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18 Sentyabr 2020, 14:58 (GMT +4)
Rusiyada təxminən 6 min yeni COVID-19-a yoluxma aşkar edilib

18 Sentyabr 2020, 14:46 (GMT +4)
Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:39 (GMT +4)
İranda koronavirusa gündəlik yoluxmanın sayı yenidən üç mini keçib

18 Sentyabr 2020, 14:25 (GMT +4)
KİV: Çinli hakerlər İspaniyanın COVID-19 peyvəndi ilə bağlı məlumatları oğurlayıb

18 Sentyabr 2020, 14:20 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66