Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Yusif Babanlı: Dövrümüzün mürəkkəb məsələlərindən biri də öz həllini tapdı

08 Yanvar 2019, 12:52 (GMT +4)

Bakı, 8 yanvar, SalamNews. "Son 15 ildə Azərbaycanın hərtərəfli inkişaf yoluna nəzər salsaq, ölkəmizin bütün sahələr üzrə çoxsaylı uğurlar əldə etdiyinin şahidi olarıq. Bütün bunlar xalqın gələcəyə optimist baxmasına əsas yaradır. Respublikamızın iqtisadi, siyasi, mədəni sahələrdə bir-birinin ardınca uğurlara imza atması dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların məntiqi nəticəsidir".

SalamNews xəbər verir ki, bunu professor Yusif Babanlı bildirib.

Onun sözlərinə görə, bir neçə il əvvəl dünyanı maliyyə və iqtisadi böhran bürüyəndə, neftin qiyməti kəskin ucuzlaşanda da Azərbaycan elə də ciddi zərbə almamışdı. Çünki növbəti mərhələdə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə strateji əhəmiyyətli tədbirlər davam etdirilmişdi. 

Son illər iri infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətini, beynəlxalq əlaqələrini daha da gücləndirdi, yeni iş yerləri açıldı, əhalinin sosial-rifahı getdikcə yaxşılaşdırıldı.
Bu gün Azərbaycan transregional iqtisadi layihələrin reallaşdırılmasında fəal iştirak edən ölkələrdən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, təkcə Azərbaycan üçün deyil, həm də Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmçinin digər sosialyönümlü layihələrin reallaşdırılması ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artır. Həmin layihələrin Azərbaycana birbaşa səmərəsi böyükdür. Bu, Azərbaycanın beynəlxalq nəqliyyat sisteminə qoşulmasında böyük rol oynayır, eyni zamanda, ölkəmizə əlavə dividendlər gətirir.

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması da xüsusi qeyd olunmalıdır. Bu sənədin imzalanması ilə dövrümüzün mürəkkəb məsələlərindən biri də öz həllini tapdı.

Məlum olduğu kimi, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələ uzun illər idi ki, müzakirə mövzusu idi. 1996-cı ildən konkret sənəd üzərində aparılan danışıqlar nəticə vermirdi. Nəhayət, bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri həmin tarixi əhəmiyyətli sənədi imzaladılar. Bu sənəd sahilyanı ölkələrin sıx qarşılıqlı fəaliyyətini, birgə əməkdaşlığı gücləndirmək istiqamətində perspektivlər açacaq. Dünyanın tanınmış ictimai-siyasi xadimləri də bu qənaətdədirlər. Mən bu məsələ ilə bağlı BMT Baş katibinin bəyanatı, xarici ölkə politoloqlarının fikirləri, dünyanın aparıcı kütləvi informasiya vasitələrində dərc olunan şərhlərlə tanış olmuşam. Bunların hamısında konvensiyanın əhəmiyyətindən söhbət açılır, təkcə Xəzəryanı dövlətlərin deyil, digər ölkələrin də faydalanacağı bildirilir. Qeyd edilir ki, konvensiya bundan sonra təhlükəsizlik üçün cari və potensial təhdidlərə cavab olacaq. Bununla yanaşı, beynəlxalq müqavilələrin bir növü olan konvensiya bütün məsələləri əhatə edir. Ümumilikdə, konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığında şəffaflığın artırılmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək.
Hesab edirəm ki, bu sənəd bir çox məsələlərin münaqişəsiz həlli üçün əlverişli şərait yaradacaq. Sənədin imzalanması əsasən neft və qaz yataqlarının mənsubiyyəti barədə mübahisələrin həllini, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi imkanlarını, Xəzərdə təhlükəsizlik məsələlərinin həll olunmasını asanlaşdıracaq.

Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan konvensiyanın hazırlanmasının bütün mərhələlərində öz töhfəsini verib və daim konstruktiv təkliflər irəli sürüb. Dövlətimizin başçısı V Zirvə toplantısında bildirib ki, bu gün Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında daim fəal iştirak edib.

SSRİ dağılandan sonra Xəzəri təhlükəsizlik və əməkdaşlıq məkanı kimi qoruyub saxlamaqda Azərbaycan daim konstruktiv, həlledici səylər göstərib. Bu səylər artıq öz bəhrəsini verdi. Bu illər ərzində Azərbaycanın ortaya qoyduğu nə şərtlər var idisə, onların hamısı bu sammit çərçivəsində imzalanan sənəddə öz əksini tapdı. Bu, eyni zamanda, regional əməkdaşlıq və təhlükəsizliyin əsas şərtlərindən birinə çevrildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

Professor Yusif Babanlıya böyük etimat göstərilib

Yusif Babanlı: İşini mükəmməl bilən idman müəllimləri işə cəlb olunmalıdır

Yusif Babanlı: Xocalı soyqırımı bütün bəşəriyyətə tarixi bir cinayətdir

Yusif Babanlının yeni kitabı çapdan çıxıb

Ən gənc professor Yusif Babanlı Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

16 Dekabr 2019, 16:35 (GMT +4)
Xırdalanda avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

16 Dekabr 2019, 16:28 (GMT +4)
Liviyanın daxili işlər naziri sui-qəsdə məruz qalıb

16 Dekabr 2019, 16:20 (GMT +4)
“Qala Sığorta” və “Qala Həyat” FHN işçiləri üçün xüsusi kampaniyaya başlayıb

16 Dekabr 2019, 16:15 (GMT +4)
Azərbaycanlı rejissorun filmi «Best USA Film» nominasiyasında qalib olub

16 Dekabr 2019, 16:11 (GMT +4)
AİP parlament seçkilərində iştirakla bağlı qərarını açıqlayıb

16 Dekabr 2019, 16:05 (GMT +4)
“Əbədi ezamiyyət” sənədli filminin BDU-da nümayişi keçirilib

16 Dekabr 2019, 15:56 (GMT +4)
Lukaşenko məmurların məhkəməsiz məhkum edilməsini təklif edib

16 Dekabr 2019, 15:48 (GMT +4)
Riyaziyyatın tədrisi metodikasına dair konfrans keçirilib

16 Dekabr 2019, 15:32 (GMT +4)
AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi oldu

16 Dekabr 2019, 15:20 (GMT +4)
“Həqq məndədir” adlı konsert olacaq

16 Dekabr 2019, 15:15 (GMT +4)
Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı rəsmi açıqlama verilib

16 Dekabr 2019, 15:12 (GMT +4)
İran Rusiya ilə Fordo nüvə təsisatının əməkdaşlığının dayanmasına aydınlıq gətirib

16 Dekabr 2019, 15:03 (GMT +4)
ADRA-nın üç Regional İdarəsinin əməkdaşları Gəncəyə toplaşıb

16 Dekabr 2019, 14:55 (GMT +4)
Parisdə tətillər 600 kilometrlik tıxaclara səbəb olub

16 Dekabr 2019, 14:52 (GMT +4)
Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb

16 Dekabr 2019, 14:48 (GMT +4)
“Azəri-Çıraq-Günəşli – 25” kitabı ictimaiyyətə təqdim olunub

16 Dekabr 2019, 14:42 (GMT +4)
Filippində zəlzələ nəticəsində üç nəfər ölüb

16 Dekabr 2019, 14:37 (GMT +4)
“Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib

16 Dekabr 2019, 14:34 (GMT +4)
Sabah Bakıda 14 dərəcə isti gözlənilir

16 Dekabr 2019, 14:21 (GMT +4)
Bakı Metropolitenində Nəsiminin 650 illik yubileyi çərçivəsində sərgi keçiriləcək

16 Dekabr 2019, 14:05 (GMT +4)
Diplomatik korpusun nümayəndələri “Sitrus vadisi” aqroturunda iştirak ediblər

16 Dekabr 2019, 13:56 (GMT +4)
İraqda yeni baş nazirin seçilməsi məsələsi dalana dirənib

16 Dekabr 2019, 13:48 (GMT +4)
Çin ABŞ-ın diplomatlarını qovmasına etiraz edib

16 Dekabr 2019, 13:30 (GMT +4)
MN: Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək

16 Dekabr 2019, 13:17 (GMT +4)
Braziliya İsraildəki səfirliyi Qüdsə köçürəcək

16 Dekabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək (FOTOLAR)

16 Dekabr 2019, 12:50 (GMT +4)
Tramp "Fox News"un impiçment barədə sorğusunun nəticələrini qeyri-dəqiq adlandırıb

16 Dekabr 2019, 12:40 (GMT +4)
AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

16 Dekabr 2019, 12:28 (GMT +4)
ABŞ Bağdaddakı səfirliyinə böyük hərbi qüvvə göndərib

16 Dekabr 2019, 12:16 (GMT +4)
Azərbaycan "Cyber ​​Shield-2019" təlimlərində təmsil olunacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66