Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“ASAN Həyat” kompleksində bayram yarmarkası davam edir (FOTOLAR)

04 Yanvar 2019, 17:34 (GMT +4)

Bakı, 4 yanvar, SalamNews, K.Orxan. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Quba “ASAN Həyat” kompleksində təşkil olunan bayram yarmarkası yanvarın 6-dək davam edəcək.

SalamNews  xəbər verir ki, yarmarkanın əsas məqsədi regionun sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək, asudə vaxtın səmərəli təşkilini təmin etməkdir.

Yarmarkada müxtəlif yerli şirkətlərin məhsullarının satışı həyata keçirilir, həmçinin burada xidmət göstərən "ABAD" Food truck-larında ABADçıların əl işləri sərgilənir.

Bu məqsədlə jurnalistlərin yarmarkaya səfəri təşkil olunub. "ASAN Həyat" kompleksləri ilə iş şöbəsinin müdiri İlqar Vahabov jurnalistlərə bildirib ki, bu tədbirləri silsilə şəklində davam etdirəcəklər. Onun sözlərinə görə, əsas məqsəd Qubanın kiçik və orta sahibkarlıq məhsullarının tanıtımıdır.

"Kiçik və orta sahibkarlar öz məhsullarını rahat şəkildə təqdim edə bilirlər. Növbəti bayramlarda da bölgələrimizdə belə yarmarkalar təşkil olunacaq".

Şöbə müdiri qeyd edib ki, xarici turistlər yarmarkanı maraqla qarşılayır: "Qubaya yerli və xarici turistlər səfər edir. Onların yarmarkada iştirakı təmin olunub. Yarmarkada əsasən Səudiyyə Ərəbistanından, Küveytdən olan turistlər iştirak edib və onlarla fikir mübadiləsi aparmışıq. Rusiya və İrandan da qonaqlarımız olub. Dekabrın 30-da bayram konsertimiz baş tutub. Həmin konsertə 1000-dən çox yerli sakin qatılıb".

Şirniyyat satan Mirzağa Mirzəyev isə deyib ki,turistlər ən çox paxlava çeşidləri və "ASAN" sözü yazılan tortları alırlar: "Satdığımız şirniyyatlardan turistlər də alır. Ən çox maraq göstərənlər isə ərəblərdir".

Satıcı Şıxseyid İsbatov bildirib ki, yarmarkaya həm yerli əhali, həm də turistlər böyük maraq göstərirlər. Onun sözlərinə görə, turistlər daha çox Səudiyyə Ərəbistanı və İrandan gələnlərdir.

"ABAD-ın 200-ə yaxın əl işi satışa çıxarılıb ki, təxminən 50-dən çoxu satılıb. Qiymətlər 5 manatdan 81 manata qədər dəyişir. Ən çox maraq göstərilən əl işləri tar, kaman və qaval dəstləridir. Həmçinin üzərində əl işləri olan stəkan-nəlbəki dəstinə də maraq böyükdür".

Qeyd edək ki, “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə bərabər, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verilib

“ASAN Həyat” Bahar Festivalı keçirilir (FOTOLAR)

“ASAN Həyat” Bahar Festivalı keçiriləcək

Prezident Şamaxıda «ASAN Həyat» kompleksinin açılışında iştirak edib

Masallı “ASAN Həyat” kompleksində "Yay festivalı" keçirilib

Masallıda “ASAN Həyat” Bahar Festivalı keçirilir (FOTOLAR)

Quba “ASAN Həyat” Kompleksində Bahar festivalı keçirilir

Şəki “ASAN Həyat” kompleksi istifadəyə verilib

Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayrılıb

Masallı, Mingəçevir və Quba “ASAN həyat” komplekslərində Novruz şənliyi keçiriləcək

Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub

Quba “ASAN həyat” kompleksinin açılışı olub

İndoneziya Prezidentinin xüsusi elçisi Masallı “ASAN həyat” kompleksi ilə tanış olub

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi “ASAN həyat” kompleksində olub

“ASAN həyat” konsepsiyası çərçivəsində iaşə obyektləri istifadəyə veriləcək (FOTO)

Prezident İlham Əliyev Masallıda “ASAN həyat” kompleksinin açılışında iştirak edib (FOTO)

29 May 2020, 22:05 (GMT +4)
Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66