Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputat Qüdrət Həsənquliyevin müraciətinə cavab verib

27 Dekabr 2018, 17:53 (GMT +4)

Bakı, 27 dekabr, SalamNewsDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) deputat Qüdrət Həsənquliyevin ölkənin cənub bölgəsində qızların məktəbə getməməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı müraciətinə münasibət bildirib.

Dövlət Komitəsindən SalamNews-a bildirilib ki, deputatın Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanladığı açıq məktubda qeyd etdiyi məsələlərlə bağlı narahatlığını qəbul edirlər, bu cür mövqeyi təqdir edir və yüksək qiymətləndirirlər.

“Dövlət Komitəsi bu məsələni həmişə diqqət mərkəzində saxlayıb və fəaliyyətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. İndiyədək Dövlət Komitəsi Qafqaz Müsalmanları İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də digər aidiyyəti qurumlar, habelə qeyri-hökumət təşkilatları və yerli icra hakimiyyətləri orqanları ilə birgə respublikanın müxtəlif bölgələrində, xüsusən Cənub zonasında mütəmadi maarifçilik tədbirləri həyata keçirib. İnsan hüquqları aylığı çərçivəsində, eləcə də İslamda ailə dəyərləri, qadın hüquqları, erkən nikah və digər mövzularda təşkil edilən çoxsaylı tədbirlərdə ölkəmizin uğurlu inkişafının, cəmiyyətin bütün sahələrində, o cümlədən idarəetmə, təhsil, səhiyyə, qanunvericilik, seçkili orqanlarda qadınlarımızın iştirakının gələcəkdə də təmin olunması üçün qızların təhsil almasının əhəmiyyəti xüsusi qeyd olunub. Belə maarifçilik tədbirləri təkcə rayon mərkəzlərində deyil, qəsəbə və kəndlərdə də təşkil edilib. Elə bir qəsəbə və ya kənd ola bilməz ki, ən azı məscid və ya məktəb səviyyəsində biz maarifləndirici tədbirlər və görüşlər keçirməyək.

Onu da qeyd etmək lazımdır ki, bütün cəmiyyəti narahat edən bu problemin aradan qaldırılması üçün bütün aidiyyəti qurumlar, vətəndaş cəmiyyəti institutları, ailə sosiologiyası ilə məşğul olan mərkəzlər birgə səy göstərməlidirlər. Bu reallığı nəzərə alaraq, sözügedən sahədə apardığımız maarifçilik işlərini qarşıdakı illərdə də yüksək səviyyədə davam etdirmək üçün müvafiq tədbirlər planı hazırlamışıq və gələn ildən icrasına başlayacağıq”- deyə, məlumatda qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 İyul 2020, 18:01 (GMT +4)
İqtisadiyyat Nazirliyi vergiödəyicilərinə müraciət edib

06 İyul 2020, 18:00 (GMT +4)
Fransız polisi İtaliyadan gələn yük maşınında mühacirlər aşkar edib

06 İyul 2020, 17:56 (GMT +4)
Əgər İrana qarşı silah enbarqosu uzadılsa nüvə sazişi öləcək – Səfir

06 İyul 2020, 17:55 (GMT +4)
Qəbələdə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir (FOTO)

06 İyul 2020, 17:47 (GMT +4)
Azərbaycanda indiyədək 522 773 koronavirus testi aparılıb

06 İyul 2020, 17:45 (GMT +4)
Qızılağac Milli Parkında yanğın başlayıb

06 İyul 2020, 17:42 (GMT +4)
Azərbaycanda COVID-19-a yoluxanların sayı 20 837 nəfərə çatıb

06 İyul 2020, 17:40 (GMT +4)
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

06 İyul 2020, 17:31 (GMT +4)
ABŞ-da son sutkada 200-dən çox insan COVID-19-dan ölüb 

06 İyul 2020, 17:26 (GMT +4)
I sinfə qəbulu üçün məktəb seçiminə start verilir

06 İyul 2020, 17:10 (GMT +4)
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib

06 İyul 2020, 17:05 (GMT +4)
ETSN: Boya fabrikindəki yanğın havanın çirklənməsinə səbəb olub

06 İyul 2020, 16:58 (GMT +4)
Taliban Rusiya ilə "anlaşmanın" kim tərəfindən hansı məqsədlə uydurulduğunu açıqlayıb

06 İyul 2020, 16:55 (GMT +4)
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

06 İyul 2020, 16:47 (GMT +4)
Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb

06 İyul 2020, 16:40 (GMT +4)
Pakistanın Səhiyyə naziri koronavirusa yoluxub

06 İyul 2020, 16:23 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

06 İyul 2020, 16:18 (GMT +4)
Danimarka "Şimal Axını -2"nin yeni gəmilərdən istifadə edərək tikintisinə icazə verib

06 İyul 2020, 16:05 (GMT +4)
Gömrükçülər avtomobillərdə mobil telefonlar və dərman preparatları aşkar edib

06 İyul 2020, 15:57 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

06 İyul 2020, 15:51 (GMT +4)
İranda son sutkada koronavirusdan 160 nəfərin ölümü qeydə alınıb

06 İyul 2020, 15:50 (GMT +4)
Çavuşoğlu: Türkiyə pandemiya dövründə 137 ölkəyə kömək edib 

06 İyul 2020, 15:38 (GMT +4)
DİN: Borclu şəxs qismində axtarılan altı nəfər saxlanılıb

06 İyul 2020, 15:26 (GMT +4)
Putin Nazarbayevi yubileyi münasibəti ilə təbrik edib

06 İyul 2020, 15:24 (GMT +4)
DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yayıb

06 İyul 2020, 15:04 (GMT +4)
Masallıda yığıncaqda iştirak edən 9 nəfər saxlanılıb

06 İyul 2020, 14:43 (GMT +4)
Luvr muzeyi karantindən sonra ziyarətçilər üçün açılıb

06 İyul 2020, 14:40 (GMT +4)
Rəsmi Moskva İranın nüvə obyektindəki partlayışa münasibət bildirib

06 İyul 2020, 14:35 (GMT +4)
DİM: I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək

06 İyul 2020, 14:22 (GMT +4)
KİV: İngiltərə Rusiya vətəndaşlarına qarşı fərdi sanksiya tətbiq edə bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66