Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

QMİ dini nikahla bağlı qaydaları pozan din xadimləri barədə cəza tədbirləri görəcək

27 Dekabr 2018, 17:10 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının üzvləri və idarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısı keçirilib.

QMİ-nin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan QMİ sədrinin birinci müavini müfti Salman Musayev cari və gündəmdə olan məsələlərlə bağlı fikirlərini bölüşüb. Başa çatan il ərzində görülən işlər barədə məlumat verilib, aparılan dini maarifçilik fəaliyyəti, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə bərabər ölkədə və xaricdə keçirilən müştərək tədbirlərin nəticələri müzakirə olunub. 

Xüsusi vurğulanıb ki, il ərzində çap olunan moizələr kitabı, hər iki məzhəbə aid vahid təqvimin hazırlanması və ona riayət edilməsi istiqamətində birgə tədbirlər, bölgələrdəki qazilərə QMİ tərəfindən kompüterlərin paylanması, moizələrin mütəmadi şəkildə elektron poçt vasitəsilə onlara çatdırılması və digər bu kimi işlər təqdirəlayiqdir və bu yöndə fəaliyyət davam etdirilməlidir.

Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğulayıblar ki, bu məsələyə dair Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər. Bu o deməkdir ki, QMİ-nin rəsmi din xadimləri tərəfindən yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuna bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə münasibətdə müvafiq cəza tədbirləri görüləcək.

Göstərilən Fətvada, həmçinin, ölkəmizin iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oglanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir ki, bu da dövlətimizin qanunlarına müvafiqdir. Bununla bağlı İdarənin Aparat rəhbəri Simran Həsənov ətraflı şərh verib.

Tədbirdə bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər. Toplantıda Qazılar Şurası üzvlərinə tapşırıq verildi ki, bu məsələlərdə daha ayıq-sayıq olsunlar və erkən nikahların qarşısının alınması kimi ictimai əhəmiyyətli mahiyyətini və QMİ-nin mövqeyini məscidlərdə və məclislərdə dindarlara daha fəal şəkildə çatdırsınlar.

Tədbirdə Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadənin və Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının ünvanına mətbuat vasitəsilə etdiyi müraciətə münasibət bildirildi. Xüsusi vurğulanıb ki, İslam dinində elm öyrənilməsi hər zaman təqdir olunur. İslam dininə görə bilənlərlə bilməyənlər arasında fərq qoyulur və bu səbəbdən, hər bir müsəlman kişi və qadının təhsil alması, elm öyrənməsi vacib buyurulur. Bu gün kimsə din adından istifadə edərək övladlarının təhsil almasını əngəlləyirsə, məktəbdən uzaqlaşdırırsa, bu dinimizdə günah sayılır.

Bildirilib ki, qızların təhsili kimi əhəmiyyətli məsələnin həlli cəmiyyətin müxtəlif təbəqələrinin — ailə, məktəb institutlarının, dövlət qurumlarının, habelə din xadimlərinin birgə səyləri ilə mümkündür. Müfti Salman Musayev Quran ayələri və hədislərdən misal göstərərək dinimizdə elm, bilik əldə etməyə, təhsil almağa verilən önəmə diqqəti çəkib. O, bu məsələdə aidiyyatı olan bütün tərəfləri fəal olmağa çağırdı və din xadimlərinin, hər zaman olduğu kimi, bundan sonra da moizə və çıxışlarında bu məsələni geniş təbliğ etməsini, məsələni hər zaman diqqətdə saxlamağı vacib sayıb.

Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov QMİ və Komitə rəsmilərinin iştirakı ilə belə səmərəli görüşlərin keçirilməsinin əhəmiyyətini xüsusi dəyərləndirdi. QMİ və DK arasında əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayan komitə rəsmisi din xadimlərinin tarixən ziyalıların tərkib hissəsi olduğuna diqqəti çəkib.

Tədbirdə iştirak edən Mənəvi dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edərək dövlət rəhbəri tərəfindən din xadimlərinə göstərilən maddi yardım-ianələrin qarşıdan gələn il də davam etdiriləcəyini bildirib.

Toplantıda qazılar və QMİ-nin səlahiyyətli nümayəndələrini, habelə Dini Komitənin bölgələrdəki nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda QMİ və Komitə rəsmiləri, toplantı iştirakçıları tərəfindən Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin önəmli sosial problemə göstərdiyi diqqət təqdirəlayiq hesab edildi və buna görə ona minnətdarlıq ifadə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66