Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DYP havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib

19 Dekabr 2018, 10:09 (GMT +4)

Bakı, 19 dekabr, SalamNews“Hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyada və sürücülər yollarda diqqətli olmaqla yanaşı, həssas olmalıdır. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabilliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı olmasına çalışmalıyıq. Hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni, sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Avtomobilləri “sürət həddi 60” - deyib idarə etmək qanunla nə qədər mümkundursə, şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir”.

SalamNews-un xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, sürücünün gözünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir: “Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması ilə bağlı aparılan təhlil və ekspertizalar göstərir ki, hərəkət iştirakçıları digər hərəkət iştirakçısının məsuliyyətinə arxayınlaşaraq hərəkət edir. “Piyadayamsa, sürücü yol verməlidir”, “piyada qəfil çıxdı, görmədim”, -deyib özünə “haqq” qazandıranlar bilsin və yalnız bundan arxayın olsun ki, hər bir insan öz təhlükəsizliyinə həssas yanaşmalı, yollarda intizamlı olmalıdır”.

V.Əsədov vurğulayıb ki, yollarda davranış mədəniyyəti həddindən artıq fərdi məsələdir: “Ona görə də hər bir insan ölümlə, xəsarətlə, maddi ziyanla, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrin iştirakçısına çevrilməmək üçün qaydlara, yol polisinin tələblərinə əməl etməlidir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Sentyabr 2019, 14:02 (GMT +4)
Çempionlar Liqasında qrup mərhələsi start götürür

17 Sentyabr 2019, 13:50 (GMT +4)
Əfqanıstanda seçki kompaniyası toplantısı zamanı partlayış törədilib - Azı 25 ölü var

17 Sentyabr 2019, 13:49 (GMT +4)
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

17 Sentyabr 2019, 13:38 (GMT +4)
Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

17 Sentyabr 2019, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib

17 Sentyabr 2019, 13:13 (GMT +4)
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

17 Sentyabr 2019, 13:04 (GMT +4)
"Bakı Metropoliteni" əhaliyə müraciət edib

17 Sentyabr 2019, 12:59 (GMT +4)
Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

17 Sentyabr 2019, 12:51 (GMT +4)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (FOTO)

17 Sentyabr 2019, 12:40 (GMT +4)
Səfər Mehdiyev “Caspian Energy Forum Baku – 2019” forumunda iştirak edəcək

17 Sentyabr 2019, 12:35 (GMT +4)
Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq - Ayətullah Xamenei

17 Sentyabr 2019, 12:24 (GMT +4)
Yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək verilir

17 Sentyabr 2019, 12:18 (GMT +4)
Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın

17 Sentyabr 2019, 12:10 (GMT +4)
Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verib

17 Sentyabr 2019, 12:05 (GMT +4)
Azərbaycan və Latviya arasında beynəlxalq avtomobil daşımaları ilə bağlı Protokol imzalanıb

17 Sentyabr 2019, 12:05 (GMT +4)
İsraildə Netanyahu və sağçılar üçün taleyüklü parlament seçkiləri başlayıb

17 Sentyabr 2019, 11:50 (GMT +4)
Ağstafa rayonu ərazisindən 3 ədəd top mərmisi tapılıb

17 Sentyabr 2019, 11:43 (GMT +4)
Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsü işdən çıxarılıb

17 Sentyabr 2019, 11:24 (GMT +4)
ATƏT təmas xəttində monitorinq keçirəcək

17 Sentyabr 2019, 11:17 (GMT +4)
Tramp husilərin hücumuna münasibət bildirib: Biz Səudiyyəni qorumaq vədini verməmişik

17 Sentyabr 2019, 11:10 (GMT +4)
Bakı məktəblərində I sinfə şagird qəbulunun vaxtı uzadılıb

17 Sentyabr 2019, 10:55 (GMT +4)
Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb

17 Sentyabr 2019, 10:54 (GMT +4)
İŞİD lideri əl-Bağdadı yeni hücumlarla bağlı tərəfdarlarına çağırış edib

17 Sentyabr 2019, 10:29 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

17 Sentyabr 2019, 10:26 (GMT +4)
Ərdoğan husilərin Səudiyyəyə hücumuna münasibət bildirib: Əvvəl kim başlayıb?!

17 Sentyabr 2019, 10:13 (GMT +4)
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

17 Sentyabr 2019, 09:53 (GMT +4)
Nazirlik: Bu ilin sonuna qədər 10-dək müavinət və təqaüdün təyinatı elektronlaşdırılacaq

17 Sentyabr 2019, 09:40 (GMT +4)
Yunanıstanda meşə yanğınları tüğyan edir

17 Sentyabr 2019, 09:38 (GMT +4)
Prezident İlham Əliyev bədii gimnastika üzrə dünya çempionatının açılışında iştirak edib

17 Sentyabr 2019, 09:29 (GMT +4)
Putin Səudiyyə, Yəmən və S400-lə bağlı sualı Quran ayəsilə cavablandırıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66