Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

10 Dekabr 2018, 17:51 (GMT +4)

Bakı, 10 dekabr, SalamNewsDekabrın 10-da Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə SalamNews-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərkən bütün Azərbaycan xalqı kimi, prokurorluq orqanlarının hər bir əməkdaşı da bu dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq ehtiramlarını bildirir, Vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətli olduğunu minnətdarlıq hissi ilə qeyd edirlər.

Bildirilmişdir ki, müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən artıq bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır. Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilmişdir.

Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev öz fəaliyyəti və misilsiz xidmətləri sayəsində xalqın qəlbində və yaddaşında həmişəlik həkk olunmuş və elə bir iz qoymuşdur ki, ölkəmiz özünün bu dahi rəhbəri ilə daim fəxr edəcəkdir. O, sovetlər dönəmində, eləcə də müstəqillik illərində xalqımızın müdafiəsi və rifahı, milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün elə bir yorulmaz və əzmkar fəaliyyət göstərmişdir ki, Azərbaycan xalqı onu özünün həmişəlik ümummilli lideri seçmiş, vətəndaşların ürəyində və qəlbində əbədi yer tutmuşdur.

Vurğulanmışdır ki, respublikada əfvetmə institutunun bərpası, ölüm hökmünün ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması - bütün bunlar məhz ulu öndər Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Yanvar 2020, 17:28 (GMT +4)
Türkiyə C-400-ün NATO-nun müdafiə sisteminə daxil edilməsi təklif edib

23 Yanvar 2020, 17:12 (GMT +4)
Azərbaycanda 83 əcnəbi dövlət tərəfindən verilmiş qaçqın statusu əsasında yaşayır

23 Yanvar 2020, 17:12 (GMT +4)
Putinin İsrail rəsmilərilə görüşləri Qüds şəhərində baş tutub (FOTO)

23 Yanvar 2020, 16:58 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

23 Yanvar 2020, 16:51 (GMT +4)
İrəvanın mərkəzində atışma baş verib

23 Yanvar 2020, 16:41 (GMT +4)
Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

23 Yanvar 2020, 16:24 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsulları Dubayda sərgilənir

23 Yanvar 2020, 16:20 (GMT +4)
Almaniyada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

23 Yanvar 2020, 16:12 (GMT +4)
Bakı Beynəlxalq Avtovağzalında “LIBRAFF”ın oxu məntəqələri yaradılıb

23 Yanvar 2020, 16:06 (GMT +4)
ABAD” “food truck”-ı Şahdağ Qış-Yay Turizm Kompleksində fəaliyyətə başlayıb

23 Yanvar 2020, 15:57 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

23 Yanvar 2020, 15:56 (GMT +4)
Pentaqon mənbələri İraqda havadan müdafiə sistemlərin yerləşdiriləcəyini bildiriblər

23 Yanvar 2020, 15:49 (GMT +4)
Füzulidə məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb

23 Yanvar 2020, 15:43 (GMT +4)
Türkiyə Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır

23 Yanvar 2020, 15:30 (GMT +4)
Doktoranturaya və dissertanturaya xarici dil üzrə imtahan verəcək namizədlərin sayı açıqlanıb

23 Yanvar 2020, 15:20 (GMT +4)
Pompeo Rusiya və Kubanı tənqid edib

23 Yanvar 2020, 15:12 (GMT +4)
“Mastercard” yeni platforma yaradıb

23 Yanvar 2020, 15:08 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsində görüş keçirilib

23 Yanvar 2020, 15:06 (GMT +4)
Suriyada partlayış nəticəsində bir neçə türk əsgəri həlak olub və yaralanıb

23 Yanvar 2020, 14:54 (GMT +4)
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq

23 Yanvar 2020, 14:48 (GMT +4)
BDU-da imtahanlara ictimai baxış keçirilib

23 Yanvar 2020, 14:46 (GMT +4)
Çində yeni koronavirusa yoluxanların sayı 610-u keçib

23 Yanvar 2020, 14:32 (GMT +4)
Təhsil naziri Salyanda vətəndaşları qəbul edib

23 Yanvar 2020, 14:06 (GMT +4)
El Mundo: İspaniyada fırtına nəticəsində on nəfər ölüb

23 Yanvar 2020, 14:02 (GMT +4)
Səudiyyə Yəmənin Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib, ölənlər var

23 Yanvar 2020, 13:50 (GMT +4)
Şəhid Cavanşir İbrahimovun təltif olunduğu medal oğluna təqdim edilib

23 Yanvar 2020, 13:43 (GMT +4)
Davosda AÇQ yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb

23 Yanvar 2020, 13:32 (GMT +4)
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

23 Yanvar 2020, 13:23 (GMT +4)
Sabah Bakıda sulu qar yağacaq, temperatur 0 dərəcəyə düşəcək

23 Yanvar 2020, 13:20 (GMT +4)
Rusiyalı Balidə hovuzda ölü tapılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66