Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vəkillər Kollegiyasının hesabat-seçki konfransı keçirilib

08 Dekabr 2018, 16:40 (GMT +4)

Bakı, 8 dekabr, SalamNews. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Vəkillər Kollegiyasından SalamNews-a bildiriblər ki, tədbirdə Rəyasət Heyətinin rəhbər qurumlarının tərkibi seçilib. Səsvermə nəticəsində Rəyasət Heyətinin sədri Anar Bağırov yekdilliklə yenidən bu vəzifəyə seçilib. Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının tərkibi də formalaşdırılıb. Habelə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyası təsdiqlənib.

Tədbirdə məlumat verilib ki, son bir ildə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23 iclası keçirilib. İclaslarda Rəyasət Heyəti tərəfindən keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verilib, Kollegiyanın fəaliyyəti ilə bağlı qərarlar, normativ sənədlər qəbul edilib.

Qeyd edilib ki, il ərzində keçirilmiş ixtisas imtahanlarının yekununda respublikada fəaliyyət göstərən vəkillərin sayı 939-dan 1503-ə çatdırılıb. Rəyasət Heyətinin apreldə keçirilmiş iclasında vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar yaradılmış Komissiyanın hazırladığı rəyə əsasən, hər il iyulun 30-nun Azərbaycan vəkillərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul olunub.

Diqqətə çatdırılıb ki, Vəkillər Kollegiyası Prezident İlham Əliyevin cari il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir. Bölgələrdə bu yardıma çatımlılığı təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus alınıb. Bu mikroavtobus vasitəsilə Bakıda fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilib. İndiyədək Siyəzən, Hacıqabul, Qusar və Masallı rayonlarında bu qəbildən əhaliyə xidmətlər göstərilib.

Ölkədə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də Vəkillər Kollegiyasının həm vəkillərin, həm də vətəndaşların tələblərinə cavab verən, tam yeni və müasir internet saytının istifadəyə verilməsi olub.

Bu ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vəkil bürolarının yaradılması planlaşdırılır.

Bildirilib ki, 2017-ci ildə ölkə ərazisində 39 vəkil qurumu fəaliyyət göstərib. Son bir il ərzində isə regionlarda 11, ümumilikdə 31 yeni vəkil qurumu fəaliyyətə başlayıb. Bununla da respublikamızda vəkil qurumlarının sayı 70-ə çatıb. Qanunsuz “vəkillik” hallarına qarşı geniş mübarizə çərçivəsində Vəkillər Kollegiyası Rəyasət Heyətində “Qaynar xətt” yaradılıb.

Vurğulanıb ki, Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti fəaliyyətə başladığı gündən beynəlxalq əməkdaşlığa xüsusi önəm verib, bir çox görüşlər keçirib, səfərlər təşkil edib. Qurum müxtəlif beynəlxalq tədbirlərdə iştirakla yanaşı, bir sıra tədbirlərin də təşəbbüskarı və təşkilatçısı olub. Belə ki, noyabrın 15-16-da Bakıda Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfrans keçirilib. Tədbirdə 16 xarici ölkədən nümayəndələr, yerli və xarici ekspertlər iştirak ediblər.

Tədbirdə il ərzində Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti tərəfindən görülmüş digər tədbirlər barədə də ətraflı məlumat verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vəkillər Kollegiyasi rəyasət heyəti əlavə preventiv tədbirlər barədə qərar verib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanının vaxtı açıqlanıb

Vəkillərin elektron imza ilə təmin olunmasına başlanılıb

Rusiya millət vəkilləri və politoloqları Bakıda Xocalı soyqırımı ilə bağlı ümumxalq  yürüşündə iştirak ediblər

Venesuelada naməlum şəxslər millət vəkillərini daşıyan avtobusla hücum edib

Azərbaycan Vəkillər Kollegiyasının sədri “AmCham”ın üzvləri ilə görüşüb

Vəkillər Kollegiyası Rəyasət Heyətinin ilk səyyar iclası keçirilib

Vəkillər Kollegiyası ilə ELSA arasında əməkdaşlıq sazişi imzalanıb

Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib

Dövlət Agentliyi Vəkillər Kollegiyası ilə Anlaşma Memorandumu imzalayıb

Fərdi qaydada fəaliyyət göstərən vəkillər növbətçiliyə cəlb olunacaqlar

Vəkillər Kollegiyası üzvlərinin sayı 1500-ü ötüb

TBMM-də millət vəkillərinin andiçmə mərsimi keçirilir

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Vəkillər Kollegiyasının yeni sədri seçilib

Ermənistanda vəkillər kütləvi tətil elan ediblər

UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib

Almaniya millət vəkillərinin "İncirliyi" ziyarət etmələri mümkün olmayacaq - Türkiyə XİN

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

28 Mart 2020, 14:21 (GMT +4)
BP: D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

28 Mart 2020, 14:15 (GMT +4)
AZAL Polşanın “LOT” aviaşirkətinin Azərbaycana çarter reysi ilə bağlı məlumatlara aydınlıq gətirib

28 Mart 2020, 14:09 (GMT +4)
Qubada ağac kəsilməsi ilə bağlı rəsmi açıqlama verilib

28 Mart 2020, 13:55 (GMT +4)
Rusiyada koronavirus şübhəsi ilə 166 min nəfər nəzarət altında saxlanılır

28 Mart 2020, 13:40 (GMT +4)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

28 Mart 2020, 13:33 (GMT +4)
İran koronavirusla mübarizə məqsədilə ölkə büdcəsinin 20 faizi miqdarında pul ayırıb

28 Mart 2020, 13:20 (GMT +4)
ABŞ-da koronavirusa yoluxmuşların sayı 100 mini keçib

28 Mart 2020, 13:13 (GMT +4)
Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66