Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə dair müşavirə keçirilib

01 Dekabr 2018, 17:01 (GMT +4)

Bakı, 1 dekabr, SalamNews.  Cəlilabad rayonundakı Heydər ƏliyevMərkəzində Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunan respublika müşavirəsi keçirilib.  Nazirlikdən SalamNews-a veilən xəbərə görə, müşavirədə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin müvafiq struktur əməkdaşları, 15 regional mədəniyyət idarəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisləri, nümayəndələri iştirak ediblər. Ə.Qarayev ölkədə həyata keçirilən mədəniyyət siyasəti haqqında ətraflı danışaraq vurğulayıb ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində mədəniyyət sahəsinin inkişaf səviyyəsi, idarəçiliyinin təkmilləşdirilməsi daha da yüksəlib. Nazir bildirib ki, bu gün Azərbaycan mədəniyyəti dünyada geniş miqyasda təbliğ olunur: “Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın səyləri, bu sahəyə diqqət və qayğısı sayəsində mümkün olub. Azərbaycan xalqının yaratdığı mədəniyyət nümunələri UNESCO səviyyəsində də öz layiqli yerini tutmaqdadır. Bu günlərdə mədəni irsimizlə bağlı daha iki nümunə - Yallı rəqsi və “Dədə Qorqud” dastanı ilə bağlı nominasiyalar bəşəriyyətin xəzinəsinə daxil edildi”. Diqqətə çatdırılıb ki, ötən illərdə qeyri-maddi mədəni irsimizin nümunələri olan Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, xalça sənəti, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Novruz bayramı, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən – ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin İçərişəhər və Qobustan UNESCO-nun Dünya İrsi Siyahısına salınıb. Regional mədəniyyət idarələrinin fəaliyyətinə toxunan Ə.Qarayev bildirib ki, idarəçiliyin təkmilləşdirilməsi, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdiriləcək. Ölkənin zəngin mədəni sərvəti var və biz bu mədəniyyəti, mədəni xidmətləri günün müasir tələbləri səviyyəsində təqdim etməliyik. Bu işə gənc nəslin, müasir üslubları tətbiq edə biləcək kadrların cəlb olunmasına xüsusilə diqqət ayrılmalıdır. Həmçinin regionlarda keçirilən mədəniyyət tədbirlərinin səviyyəsinin artırılması, eləcə də media orqanlarında daha geniş işıqlandırılması olduqca vacibdir. Müşavirəyə yekun vuran nazir regional idarələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 İyul 2020, 13:08 (GMT +4)
Azərbaycan Polisi Günü münasibətilə aksiya keçirilib (FOTOLAR)

02 İyul 2020, 12:50 (GMT +4)
Rusiyada sutka ərzində koronavirusa yoluxanların sayı 6 760 nəfər təşkil edib

02 İyul 2020, 12:42 (GMT +4)
Bakıda mənzildə qadın meyiti tapılıb

02 İyul 2020, 12:42 (GMT +4)
İran Venesueladan sonra Livana da yanacaq tankerləri göndərir

02 İyul 2020, 12:25 (GMT +4)
ABŞ-da Talibanla "anlaşmaya" görə Putinə qarşı sanksiyaların tətbiqi təklif edilib

02 İyul 2020, 12:11 (GMT +4)
Vilayət Eyvazov: Sosial şəbəkələrdə vahimə yaradan yalan məlumatlarla hər gün rastlaşırıq

02 İyul 2020, 11:56 (GMT +4)
Azərbaycanda zəlzələ baş verib

02 İyul 2020, 11:53 (GMT +4)
Brent markalı neftin qiyməti artıb

02 İyul 2020, 11:46 (GMT +4)
ABŞ hökuməti Sietl şəhərində etirazçıların nəzarətindəki bölgəni bir aydan sonra «azad etdiyini» bildirib (VİDEO)

02 İyul 2020, 11:30 (GMT +4)
Azərbaycan Türkiyə ilə hərbi maliyyə əməkdaşlıq haqqında Sazişi təsdiqlənib

02 İyul 2020, 11:17 (GMT +4)
ABŞ-dakı atışmada 4 nəfər xəsarət alıb

02 İyul 2020, 11:16 (GMT +4)
Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

02 İyul 2020, 11:13 (GMT +4)
İranın Nətənz nüvə obyekti ərazisində yanğın baş verib

02 İyul 2020, 11:00 (GMT +4)
AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

02 İyul 2020, 10:54 (GMT +4)
Meksikada reabilitasiya mərkəzində baş verən atışmada 20-dən çox insan ölüb

02 İyul 2020, 10:36 (GMT +4)
Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir

02 İyul 2020, 10:29 (GMT +4)
ABŞ Suriyanın şimal-şərqində hərbi hava limanı inşa edib

02 İyul 2020, 10:23 (GMT +4)
Bakı məktəbliləri buraxılış imtahanlarında yüksək nəticə göstəriblər

02 İyul 2020, 10:16 (GMT +4)
Çin səfiri Honkonq qanunu ilə bağlı İngiltərə XİN-ə çağırılıb

02 İyul 2020, 10:16 (GMT +4)
“ABAD” antiseptik vasitələri vətəndaşlara ödənişsiz təqdim olunub

02 İyul 2020, 10:14 (GMT +4)
“Günay Sığorta” polisləri təbrik edib (FOTOLAR)

02 İyul 2020, 10:06 (GMT +4)
"Qaydalara əməl et, cəmiyyəti qoru" adlı yeni kampaniya başlayır

02 İyul 2020, 09:53 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 53 dəfə pozub

02 İyul 2020, 09:48 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəmən paytaxtına azı 20 aviazərbə endirib, ölənlər var (FOTO)

02 İyul 2020, 09:47 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 10,5 milyonu keçib

02 İyul 2020, 09:31 (GMT +4)
Birinci vitse-prezident bütün polis əməkdaşlarını təbrik edib

02 İyul 2020, 09:23 (GMT +4)
Ərdoğan və Merkel Liviya və Suriyadakı vəziyyəti müzakirə edib

02 İyul 2020, 09:17 (GMT +4)
Üç Avropa dövləti ABŞ-ın İrana qarşı silah enbarqosunun uzadılması tələbini dəstəkləyiblər

02 İyul 2020, 09:10 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

02 İyul 2020, 08:45 (GMT +4)
Azərbaycanda bu gün Polis Günü qeyd olunur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66