İranın Kiş adasında hava nəqliyyatı üzrə beynəlxalq sərgi keçirilib (VİDEO)
28 Noyabr 2018, 11:44 (GMT +4)
Bakı, 28 noyabr, SalamNews. S.Bağırov. İranın Kiş adasında hava nəqliyyatı ilə bağlı beynəlxalq sərgidə müxtəlif ölkələrin hərbi və yük təyyarələri nümayiş etdirilib.
SalamNews bu barədə TasnimNews-a istinadla məlumat verir.
Bildirilib ki, Kişdə keçirilən beynəlxalq sərgidə Sepah-ın Rusiya istehsallı Su-22, İran Ordusunun “Saiqa” qırıcıları, F-5, Fantum-14 hərbi təyyarələri və müxtəlif yerli və xarici aerobatika qrupları fərqli nümayişləri sərgiləyiblər.
Qeyd edək ki, İranın Kiş adasında keçirilən hava nəqliyyatı üzrə beynəlxalq sərgi 9-cu ildir keçirilir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.