Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başlayıb

14 Noyabr 2018, 14:59 (GMT +4)

Bakı, 14 noyabr, SalamNews. Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində Azərbaycan Los-Ancelesdəki Baş Konsulluğunda Ümummilli lider Heydər Əliyevin büstünün ziyarəti və gül qoyma mərasimi ilə başladı.

Daha sonra nümayəndə heyəti Meksikanın Los-Ancelesdəki baş konsulu ilə görüşdü. Baş konsul Carlos Eugenio Garcia de Alba Zepeda ilə görüşdə ona Azərbaycan dövlətinin diaspor siyasəti, diaspor komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verildi. İki ölkə və diasporları arasında gələcək əməkdaşlıq perspektivləri, eyni zamanda ABŞ-dakı Meksika diasporunun tarixi, coğrafiyası, çətinlikləri, inkişaf prosesi və birlikdə uğurlar əldə etmək üçün gələcək planlar barədə geniş müzakirələr aparıldı.

Nümayəndə heyətinin növbəti görüşü konsulluqda San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq ilə baş tutdu. Azərbaycan Baş Konsulluğunda qonağı salamlayan Komitə sədri Azərbaycan Diasporuna Dəstək Fondu barədə danışdı, San Dieqonun Kaliforniyanın ən böyük şəhərlərindən biri olduğunu və qarşılıqlı əməkdaşlığın zəruri olduğunu bildirdi. Sonda ABŞ-da Azərbaycan mədəniyyətinin tanıdılması və həqiqətlərinin təbliği istiqamətində daha çox işlərin görülməsi üçün razılığa gəlindi.

Daha sonra Baş Konsulluqda Koreya-Asiya icmasının 40 nəfər üzvü ilə görüş keçirildi və Azərbaycanın tolerantlıq modeli haqqında qısa metrajlı film nümayiş etdirildi. Görüşdə Azərbaycanın Asiya ölkələri, xüsusən Koreya ilə əlaqələri, Azərbaycanın turizm potensialı və Azərbaycan diasporunun dünyadakı mövcud vəziyyəti qonaqlarin diqqətinə çatdırıldı. Azərbaycana dair qarşılıqlı sual-cavab formatında baş tutan görüş böyük marağa səbəb oldu. Tədbirin sonunda hər iki xalqın nümayəndələrinin ABŞ-ın Kaliforniya ştatında öz qüvvələrini birləşdirib daha sıx əməkdaşlıq etmələri istiqamətində işlər görülməsi qərara alındı.
Gün ərzində Şimali Amerika Yəhudi Federasiyalarının idarə heyətinin sabiq sədri (2017-18), Milken Ailə Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun idarə heyətinin üzvü Richard Sandler ilə də görüş baş tutdu. Görüş zamanı Azərbaycan və Yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı əlaqələrdən söhbət açıldı, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlıq perspektivləri müzakirə edildi.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə təşkil etdiyi tədbirdə də iştirak etdi. Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi, gələcək perspektivləri barədə danışaraq, hər iki xalqın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə hərəkət etməsinin vacibliyini vurğuladı.
Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev keçirilən görüşlərdə nümayəndə heyətini müşayiət edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Diasporla İş Üzrə Dövlət Komitəsində gürcüstanlı deputatlarla görüş keçirilib

AMEA ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında memorandum imzalanıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribatının qarşısını alıb

Almaniya nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrədə səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri işdən çıxıb

Diasporla İş üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif olunublar - SİYAHI

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK-ın ləğvi olunması ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK ilə bağlı məsələyə münasibət bildirib

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 14 il ötür

06 Dekabr 2019, 17:53 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

06 Dekabr 2019, 17:49 (GMT +4)
BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 17:40 (GMT +4)
Təhsil naziri İordaniyanın yeni səfiri ilə görüşüb

06 Dekabr 2019, 17:39 (GMT +4)
ABŞ Yəmənə göndərildiyi iddia edilən raketlərin görüntülərini yayımlayıb (FOTO)

06 Dekabr 2019, 17:33 (GMT +4)
Putin “Şimal axını-2” borusunun tikintisini şərh edib

06 Dekabr 2019, 17:30 (GMT +4)
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06 Dekabr 2019, 17:21 (GMT +4)
Səfir Hidayət Orucova yubiley medalı təqdim edilib

06 Dekabr 2019, 17:19 (GMT +4)
Tramp Merkeli "fantastik qadın" adlandırıb

06 Dekabr 2019, 17:16 (GMT +4)
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

06 Dekabr 2019, 17:10 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

06 Dekabr 2019, 17:04 (GMT +4)
Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb

06 Dekabr 2019, 17:01 (GMT +4)
Prezident: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib

06 Dekabr 2019, 16:42 (GMT +4)
Poroşenko Zelenskiyə Putinlə təktəbək görüşlər barədə xəbərdarlıq verib

06 Dekabr 2019, 16:23 (GMT +4)
DGK və “Caspian European Club” B2G Forum təşkil edib

06 Dekabr 2019, 16:20 (GMT +4)
Kreml ABŞ-da rusların təqiblərinə qarşı çıxıb

06 Dekabr 2019, 16:08 (GMT +4)
Ayətullah Sistani xarici müdaxilə olmadan İraqda yeni baş nazirin seçilməsini istəyib

06 Dekabr 2019, 16:00 (GMT +4)
Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

06 Dekabr 2019, 15:44 (GMT +4)
"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

06 Dekabr 2019, 15:34 (GMT +4)
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

06 Dekabr 2019, 15:21 (GMT +4)
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 Dekabr 2019, 15:12 (GMT +4)
ABŞ-da kor məhbus elektrik stulda edam edilib

06 Dekabr 2019, 15:00 (GMT +4)
Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

06 Dekabr 2019, 14:50 (GMT +4)
İspaniyada həkimlər 6 saat ürəyi dayanan xəstəni həyata qaytarıb

06 Dekabr 2019, 14:15 (GMT +4)
Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 7 nəfər ölüb

06 Dekabr 2019, 14:13 (GMT +4)
SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 14:06 (GMT +4)
Nazir Mikayıl Cabbarov Simonyanın təxribat xarakterli fikrinə cavab verib

06 Dekabr 2019, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

06 Dekabr 2019, 13:41 (GMT +4)
Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

06 Dekabr 2019, 13:36 (GMT +4)
Qərb, İsrail və bir sıra ərəb dövlətləri Türkiyə-Liviya razılaşmasından narahatdır

06 Dekabr 2019, 13:34 (GMT +4)
Tramp: ABŞ Səudiyyə Ərəbistanına 12 min əsgər göndərmək niyyətində deyil

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66