Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakı Metropoliteniyenilənmiş ilk qatarı xəttə buraxıb

06 Noyabr 2018, 14:36 (GMT +4)

Bakı, 6 noyabr, SalamNews. Bakı Metropoliteninin "Nərimanov" elektrik deposu ərazisində istifadəyə verilmiş vaqonların əsaslı təmiri sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb.

Bu barədə SalamNews-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib.

Onun sözlərinə görə, ən müasir standartlara uyğun olaraq təchiz edilmiş bu sexdə qatarlar nəinki əsaslı şəkildə təmir olunur, həm də modernləşdirilir: “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra reallaşan ən böyük və tarixi layihələrdən biri həyata vəsiqə alıb. Bu isə vaqon parkının sağlamlaşdırılması, istismar xərclərinin azaldılması, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması kimi iqtisadi əhəmiyyətli məsələlərdə yüksək səmərəyə nail olunması istiqamətində tarixi addım deməkdir. Nəticədə qatarlar görkəmini tamamilə dəyişir, ən əsası, onların hərəkət təhlükəsizliyi artırılır, texniki xarakteristikası xeyli yaxşılaşdırılır, istismar və qulluq prosesi asanlaşır, işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaranır".

B.Məmmədov bildirib ki, əsaslı təmir olunmuş qatarda diqqəti çəkən ilk mühüm yenilik baş vaqonların ön hissəsinin dəyişdirilərək daha keyfiyyətli və zərbəyə davamlı kompozit materialdan hazırlanmasıdır: "Onun digər bir konstruktiv üstünlüyü isə maşinist kabinəsini bir qədər genişləndirməklə idarəetmə üçün daha rahat şəraitin yaradılmasıdır. İnformasiya tabloları tam elektronlaşdırılıb, maşinist kabinasının güzgüləri daha funksional, vaqonun ön şüşəsi daha etibarlı və keyfiyyətli, təbii şəraitin təsirlərinə davamlıdır. Mühüm yeniliklərdən biri qatarın idarəetmə pultudur. Elektron əsaslı yeni idarəetmə stansiyası, eləcə də əvvəlki rele sisteminin yeni nəsil analoqları ilə əvəzlənməsi, yumruqcuqlu kontrollerin daha kiçik ölçülü təmassız maşinist kontrolleri ilə əvəzlənməsi idarəetmə sistemini təkmilləşdirməklə, onu daha etibarlı, uzunömürlü və müasir edib. Vaqonlarda köhnə qovşaqlar yeni nəsil avadanlıqları ilə əvəzlənib. Yeniliklər texnoloji baxımdan əhəmiyyətini itirmiş, istifadəsinə ehtiyac qalmayan bir sıra qovşaqları tamamilə aradan çıxarılıb".

Metro rəsmisi vurğulayıb ki, son illərdə istehsaldan çıxarılmış bir sıra detalların yeni nəsil nümunələri ilə əvəzlənməsi qatarların istismar problemlərini azaldaraq, qatarın bir dövrlər xroniki probleminə çevrilmiş xətdə qalmaq təhlükəsini aradan qaldırır: "Bu mənada əhəmiyyətli yeniliklərdən biri əvvəlki problemli reostat kontrollerində dəyişiklik edilərək, impulslu addım mühərriki tətbiq edilməsidir. Tez-tez sıradan çıxdığına görə, mütəmadi təmir edilən hava kompressorunun, pnevmatik xəttin kontaktor qutularının əvəzinə, Almaniya və Rusiya istehsalı olan müasir və texniki xidmət tələb etməyən müvafiq avadanlıqlar tətbiq edilib. Köhnə radiostansiyalar daha müasirləri ilə əvəzlənib və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən "dispetçer-maşinist" rabitəsini təkmilləşdirib. Modernləşdirmə işləri çərçivəsində idarəetmə sxemində edilən daha 10-dan artıq dəyişiklik nəticəsində qatarın hərəkətini təmin edən qovşaq və detalların sayı azaldılıb, funksionallığı artırılıb. İşin miqyasına nümunə kimi vaqon intiqalının idarəetmə naqillərinin 60 faizinin ixtisar edilməsi qeyd oluna bilər. Ən əsası, bu yeniliklər hazırda istismarda olan və innovasiyalar baxımından ən yüksək - 4-cü nəslə məxsus vaqonlarda tətbiq edilir. Bu xüsusda vaqonların sxemlərindəki nasazlıqlar barədə məlumatın maşinist pultunda əksini tapması, maşinist kontrollerinin və SAT qurğusunun komandalarının emal edilməsi, maşinist kontrollerinin diaqnostikası, yan qapılara ayrı-ayrılıqda nəzarət edilməsi, nasazlıqların arxivləşdirilməsi, baş vaqonların dartı intiqalının işi barədə məlumatın tam alınması və s. qeyd oluna bilər. Ümumiyyətlə, sexin fəaliyyətə başlamasının əhəmiyyətli üstünlüyü təmir həcminin ölkə xaricində deyil, məhz yerli şəraitdə təşkil edilməsidir. Çünki bununla küllü miqdarda vəsaitə qənaət edilir. Uzaq keçmişdən ötən yaxın dövrlərə qədər əsaslı təmir müddəti yetişən vaqonlar Moskva Metropoliteninə, Moskva Elektrik Qatarlarının Təmiri Zavoduna və onun Tbilisidəki filialına göndərilirdi. Sovet dönəmində bu məsələ vahid mərkəzdən idarə olunduğundan asanlıqla həll edilirdi. Müstəqillik illərində vəziyyət dəyişdi və dövlətlərarası münasibətlər müstəvisində özünə yer almaqla iqtisadi-siyasi maraqlar, inhisarçılıq niyyətlərinin təsiri ilə üzləşirdi.

Yaranmış çətin durum 2014-cü ildə “Bakı Metropoliteni” QSC yaradılandan sonra aradan qaldırılıb. Əvvəlcə pilot layihə kimi, 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib. 2015-ci ildə bu işlərə vaqon salonunun yenilənməsi, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsi və havalandırma xəttinin təmizlənməsi əlavə olunub.Yeniləşmə çərçivəsində 23 vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirildi, vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi yenilənib. 15 vaqonun salonu müasir və qənaətli LED işıqlanma sistemi ilə əvəzlənib. Vaqonların ön hissəsinin yeni dizaynı isə modernləşdirmənin zahirən ən cəlbedici əlamətinə çevrilib.

Əldə olunan nailiyyətlər istehsal sahəsinin genişləndirilməsini tələb etdiyindən yeni sexin inşası zərurətə çevrilmişdi və Bakı Metropoliteninin 50 illik yubileyi ərəfəsində sexin inşası başa çatdı.

Sexin illik istehsal gücü 20 vaqondur. Burada vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri, antikorroziya tədbirlərinin görülməsi, yuyulması, rənglənməsi üçün nəzərdə tutulan sahələr müasir texniki tələblər səviyyəsində qurulub. Təmir prosesində vaqonlar müasir tələblərə uyğun modernləşdirilir, yeni texnologiyalarla zənginləşdirilir. Bu proseslərin yerinə yetirilməsi üçün sex hər bir şəraitlə, lazımi avadanlıq və ləvazimatla təmin olunub.

Bu günlərdə sexdə daha 5 vaqon üzərində iş başlayıb. Ötən qısa müddətdə əldə olunan təcrübə bu vaqonlarda modernləşdirmənin daha geniş miqyasda tətbiqinə şərait yaradıb. Bu isə istismara verilmiş yeni sahənin imkanlarının get-gedə genişlənəcəyindən xəbər verir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Yanvar 2020, 17:00 (GMT +4)
Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatıb

20 Yanvar 2020, 16:51 (GMT +4)
Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

20 Yanvar 2020, 16:42 (GMT +4)
İngiltərənin "BBC" direktoru istefa edib

20 Yanvar 2020, 16:37 (GMT +4)
Bağdadda etirazlar və toqquşmalar zamanı 14 zabit yaralanıb

20 Yanvar 2020, 16:21 (GMT +4)
Davosda Dünya İqtisadi Forumu keçiriləcək

20 Yanvar 2020, 16:20 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLAR)

20 Yanvar 2020, 16:02 (GMT +4)
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20 Yanvar 2020, 15:50 (GMT +4)
İranın müqavimət göstərməsi ABŞ-ı qəzəbləndirib - Ayətullah Xamenei

20 Yanvar 2020, 15:34 (GMT +4)
Helsinkidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

20 Yanvar 2020, 15:14 (GMT +4)
Türkiyədə azərbaycanlı jurnalist vəfat edib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Çikaqoda “Qan yaddaşımız-30 il” adlı anım tədbiri keçirilib

20 Yanvar 2020, 14:34 (GMT +4)
İran «Nüvə silahlarının qarşısının alınması müqaviləsindən» çıxacağı ilə bağlı xəbərdarlıq edib

20 Yanvar 2020, 14:34 (GMT +4)
Rusiyada oteldə qaynar su borusunun partlaması nəticəsində beş nəfər ölüb

20 Yanvar 2020, 14:11 (GMT +4)
İsveçrədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

20 Yanvar 2020, 14:07 (GMT +4)
Çində sətəlcənim yeni növündən üç nəfər ölüb

20 Yanvar 2020, 13:39 (GMT +4)
İraqın yeni baş nazirinin adı açıqlanacaq

20 Yanvar 2020, 13:31 (GMT +4)
20 Yanvar faciəsi xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb

20 Yanvar 2020, 13:28 (GMT +4)
Londonda naməlum şəxs üç nəfəri bıçaqlayaraq öldürüb

20 Yanvar 2020, 13:11 (GMT +4)
Quba sakinində qanunsuz silah aşkar edilib

20 Yanvar 2020, 12:54 (GMT +4)
ABŞ Dövlət katibi Almaniyanın XİN rəhbəri ilə Liviyadakı atəşkəsi müzakirə edib

20 Yanvar 2020, 12:51 (GMT +4)
Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi açılacaq

20 Yanvar 2020, 12:45 (GMT +4)
30 il öncə şəhidlər yüz minlərcə insanın çiynində son mənzilə yola salındı (FOTOLAR)

20 Yanvar 2020, 12:36 (GMT +4)
Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək

20 Yanvar 2020, 12:30 (GMT +4)
Məzahir Pənahov: MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisədə xeyli azdır

20 Yanvar 2020, 12:19 (GMT +4)
İordaniya və Livandan minə yaxın qaçqın 24 saat ərzində Suriyaya qayıdıb

20 Yanvar 2020, 12:01 (GMT +4)
Azərbaycan ərazisində bir dəqiqəlik sükut olub

20 Yanvar 2020, 11:55 (GMT +4)
İran Ukrayna təyyarəsi hadisəsində ölənlərdən 150-in cənazəsini ailələrinə təhvil verib

20 Yanvar 2020, 11:51 (GMT +4)
Pompeo və Çavuşoğlu Berlində danışıqlar aparıb

20 Yanvar 2020, 11:35 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Rotterdamda da anılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66