Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərxalça” ASC-nin Ağdam filialının açılışı olub

05 Noyabr 2018, 14:59 (GMT +4)

Bakı, 5 noyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.

SalamNews xəbər verir ki, dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsdi.

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artıb. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı və Lənkəranda xalça müəssisələri istifadəyə verilib. Ağdamla bərabər, Ağstafa, Qazax, Qəbələ və Tovuzdakı müəssisələr isə istifadəyə hazırdır.

Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinın, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça emalatxanası tikilir. Dövlətimizin başçısı bu emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq, 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin Ağdam filialı da bu sırada mühüm yer tutur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxdılar.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirdi ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirildi ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.

Qeyd olundu ki, bu kursları məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin edilirlər. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşdülər.

Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib

“Azərxalça” ASC-nin Qobustan filialının açılışı olub

“Azərxalça” 2018-ci ili uğurla başa vurur

“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb

“Azərxalça”nın Şəmkir filialında 200-cü xalça kəsilib

“Azərxalça” 18 ədəd “Hyundai” markalı avtobus alıb

“Azərxalça” yeni fabrik və emalatxanaların tikintisini davam etdirir

“Azərxalça” daha bir qədim xalçanı aşkara çıxarıb

Prezident “Azərxalça” ASC-nin Quba filialının açılışında iştirak edib

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib (FOTO)

Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar

“Azərxalça”nın Şəmkir filialı martın sonunda fəaliyyətə başlayacaq (FOTO)

"Halı" jurnalı “Azərxalça” ilə əməkdaşlıq edəcək

“Azərxalça” ASC-nin səhmlərinin ilkin buraxılışı qeydiyyata alınıb

Füzulidə “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub (FOTO)

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılır

07 İyul 2020, 10:48 (GMT +4)
Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb

07 İyul 2020, 10:38 (GMT +4)
Bakıda gizli fəaliyyət göstərən “play station” zalı aşkarlanıb

07 İyul 2020, 10:26 (GMT +4)
Tehranın Baqir-şəhr qəsəbəsində sexdə partlayış baş verib, ölən və yaralananlar var

07 İyul 2020, 10:17 (GMT +4)
Kiyev İranda vurulan təyyarə ilə bağlı BMT məhkəməsinə müraciət edə bilər

07 İyul 2020, 10:08 (GMT +4)
Nazir: Bu il ölkədə əməkhaqqı fondu 8 faiz artıb

07 İyul 2020, 09:56 (GMT +4)
Ərdoğan Nazarbayevlə telefon danışığı keçirib

07 İyul 2020, 09:53 (GMT +4)
Qasim Süleymaninin terror edilməsi beynəlxalq qanunlara ziddir – BMT-nin xüsusi məruzəçisi

07 İyul 2020, 09:48 (GMT +4)
Prezident İlham Əliyev: Əlavə xəstəxanalara ehtiyac olacaq

07 İyul 2020, 09:30 (GMT +4)
ƏƏSMN: Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

07 İyul 2020, 09:26 (GMT +4)
Ağ Ev Trampın koronavirusun zərərsiz olduğu barədə sözlərini dəstəkləyib

07 İyul 2020, 09:17 (GMT +4)
Bakıda kəskin qoxunun yayılması ilə bağlı açıqlama verilib

07 İyul 2020, 09:10 (GMT +4)
Ağdərənin işğalından 27 il ötür

07 İyul 2020, 09:00 (GMT +4)
Könüllülərin bölgələrdəki fəaliyyəti davam edir

07 İyul 2020, 08:44 (GMT +4)
İraqda tanınmış ekspertin terror edilməsi ölkədə siyasi vəziyyəti daha da gərginləşdirib (VİDEO)

06 İyul 2020, 18:01 (GMT +4)
İqtisadiyyat Nazirliyi vergiödəyicilərinə müraciət edib

06 İyul 2020, 18:00 (GMT +4)
Fransız polisi İtaliyadan gələn yük maşınında mühacirlər aşkar edib

06 İyul 2020, 17:56 (GMT +4)
Əgər İrana qarşı silah enbarqosu uzadılsa nüvə sazişi öləcək – Səfir

06 İyul 2020, 17:55 (GMT +4)
Qəbələdə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir (FOTO)

06 İyul 2020, 17:47 (GMT +4)
Azərbaycanda indiyədək 522 773 koronavirus testi aparılıb

06 İyul 2020, 17:45 (GMT +4)
Qızılağac Milli Parkında yanğın başlayıb

06 İyul 2020, 17:42 (GMT +4)
Azərbaycanda COVID-19-a yoluxanların sayı 20 837 nəfərə çatıb

06 İyul 2020, 17:40 (GMT +4)
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

06 İyul 2020, 17:31 (GMT +4)
ABŞ-da son sutkada 200-dən çox insan COVID-19-dan ölüb 

06 İyul 2020, 17:26 (GMT +4)
I sinfə qəbulu üçün məktəb seçiminə start verilir

06 İyul 2020, 17:10 (GMT +4)
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib

06 İyul 2020, 17:05 (GMT +4)
ETSN: Boya fabrikindəki yanğın havanın çirklənməsinə səbəb olub

06 İyul 2020, 16:58 (GMT +4)
Taliban Rusiya ilə "anlaşmanın" kim tərəfindən hansı məqsədlə uydurulduğunu açıqlayıb

06 İyul 2020, 16:55 (GMT +4)
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

06 İyul 2020, 16:47 (GMT +4)
Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb

06 İyul 2020, 16:40 (GMT +4)
Pakistanın Səhiyyə naziri koronavirusa yoluxub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66