Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Azərbaycan İlahiyyat İnstitutunda “İslam və ətraf mühit” mövzusuna dair müzakirələr aparılıb

05 Noyabr 2018, 12:10 (GMT +4)

Bakı, 5 noyabr, SalamNews. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “İslam və ətraf mühit” mövzusunda tədbir keçirib.

İnstitutdan SalamNews-a bildirilib ki, tədbir 6 noyabr – Beynəlxalq ətraf mühitin müharibə və hərbi münaqişələr zamanı istismar edilməsinin qarşısının alınması gününə həsr olunub. İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Aİİ-nin rektoru Ceyhun Məmmədov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və qətiyyətlə davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu nəzərə çatdıran rektor bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. Vurğulanıb ki, institut tədrislə yanaşı, maarifləndirmə işlərinə də xüsusi diqqət ayırır. Bu məqsədlə Aİİ-də müxtəlif “dəyirmi masa”lar, seminarlar, treninqlər, görüşlər keçirilir, sosial layihələr reallaşdırılır.

Tədbirdə Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovun “İslam və ətraf mühit” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, bəşəriyyətin müasir problemlərindən biri qlobal istiləşmə və iqlim dəyişiklikləri insan həyatına və ətraf mühitə təhdidlər yaradır.

Ə.Niyazov ekologiyanın keçmişdəki kimi, təkcə canlı varlıqların bir-birləri ilə münasibətlərini tədqiq edən elm sahəsi deyil, eyni zamanda, ətraf mühit problemləri ilə məşğul olan sahə kimi anlaşıldığını bildirib. Vurğulanıb ki, istər bioloji varlıqlara münasibət, istərsə də ekosistemin ahəngi baxımından İslam dininin bəşər övladı üçün töhfələri böyükdür. Qurani-Kərim ayələrindən və Məhəmməd Peyğəmbərin hədislərindən ətraf mühitə dair nümunələr gətirən Ə.Niyazov İbn Sina, Biruni və İbn Xəldun kimi İslam alimlərinin də müvafiq məsələ ilə bağlı fikirlərinə diqqət çəkib. Vurğulayıb ki, İslama görə, insan təbiətə hökm etməməli, təbiətin bir üzvü olaraq onunla harmoniyada öz yerini müəyyənləşdirməli və həmin qaydaya görə yaşamalıdır.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

21 Oktyabr 2019, 13:59 (GMT +4)
Amil Cavadov: Azərbaycan gəncliyi erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır

21 Oktyabr 2019, 13:50 (GMT +4)
Alyans rəsmisi: Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir

21 Oktyabr 2019, 13:45 (GMT +4)
Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

21 Oktyabr 2019, 13:42 (GMT +4)
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

21 Oktyabr 2019, 13:39 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

21 Oktyabr 2019, 13:20 (GMT +4)
Çilidəki etirazlar nəticəsində 10 nəfər ölüb

21 Oktyabr 2019, 13:12 (GMT +4)
Xəzərdə zəlzələ olub

21 Oktyabr 2019, 13:02 (GMT +4)
İran nüvə sazişindəki öhdəliklərinin azaldılması ilə bağlı 4-cü addıma hazır olduğunu bəyan edib

21 Oktyabr 2019, 12:58 (GMT +4)
Bakıda “Çörək Müsabiqəsi” keçirilib

21 Oktyabr 2019, 12:54 (GMT +4)
Bakıda Xəzər İnşaat Həftəsi başlayır

21 Oktyabr 2019, 12:42 (GMT +4)
Rusiya Müdafiə Nazirliyi S-400 kompleksini alıb

21 Oktyabr 2019, 12:22 (GMT +4)
Türkiyə ABŞ ilə razılaşma pozularsa əməliyyatı  bərpa edəcək - Çavuşoğlu

21 Oktyabr 2019, 12:18 (GMT +4)
İran yenidən Türkiyəni rəsmi Dəməşqlə danışıqlar aparmağa çağırıb

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Bakı Elektron Ticarət Forumu keçirilir

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Şoyqu: Suriyada terrorçuların olduğu 12 həbsxana mühafizəsiz  qalıb

21 Oktyabr 2019, 11:49 (GMT +4)
“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:39 (GMT +4)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21 Oktyabr 2019, 11:24 (GMT +4)
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66