Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Qusarda Elçin Quliyev, Səfər Mehdiyev və Vüsal Hüseynovun iştirakı ilə müşavirə keçirilib

02 Noyabr 2018, 13:22 (GMT +4)

Bakı, 2 noyabr, SalamNews. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ge­neral-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Dövlət Miqrasi­ya Xidmə­tinin rəisi Vüsal Hüseynov “Samur” dövlət sərhədindən bu­raxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar.

Bu barədə SalamNews-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və yoxlama müddət­lə­rinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib.

Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxs­­lərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm im­kan­larının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaş­dırıl­ma­sı, sa­hib­karlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azər­­baycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşı­rıq və göstərişlərinin icra vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi apa­rılıb.

Səfər çərçivəsində “Samur” dövlət sərhədindən buraxılış məntə­qəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara müvafiq xid­­mətlərin göstərilməsi, o cümlədən miqrasiya qanunvericiliyinin po­zul­­ması ilə əlaqədar hallarda dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bil­mələri üçün yaradılmış şəraitlə tanış olunub, bunun Azərbaycan Res­­publikası vətəndaşlarının və əcnəbilərin sərhədkeçmə prosedur­ları ilə əlaqədar məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi ad­dım olması qeyd edilib.

Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunub, Azərbay­can Respublikası və Rusiya Federasiyası hökumətlərin arasında im­za­lanmış Sazişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpü­nün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb

Dövlət Sərhəd Xidməti daha bir əsgərini itirib

Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir - XİN

Dövlət Sərhəd Xidməti əməliyyatlar keçirib, saxlanılanlar var

Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları and içiblər (FOTOLAR)

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib (SİYAHI)

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib (SİYAHI)

Dövlət Sərhəd Xidməti Xəzər dənizində taktiki təlim keçirib (FOTO)

Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycana qaçaq yolla siqaret gətirən şəxsləri ələ keçirib

Dövlət Sərhəd Xidmətinin strukturunda dəyişiklik edilib

Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitə qaçaqmalçılığının qarşısını alıblar

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik maddə qaçaqmalçılığının qarşısını alıblar

Dövlət Sərhəd Xidmətində 2016-cı ilin yekunları müzakirə olunub

Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində “Valideyn günləri” keçirilib

Dövlət Sərhəd Xidmətinin rəisi Horadizdə vətəndaşları qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi Zaqatalada vətəndaşları qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi Zaqatalada vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi Xudatda vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidməti Akademiyasının Nizamnaməsi təsdiq edilib

04 Aprel 2020, 16:27 (GMT +4)
Küveytdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

04 Aprel 2020, 16:22 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq siyasətçi parlamentin taleyüklü qərarını gözləyir

04 Aprel 2020, 16:10 (GMT +4)
Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

04 Aprel 2020, 15:58 (GMT +4)
Tramp COVID-19 xəstəsi ilə mümkün təmasın onun üçün əhəmiyyətli olmadığını bildirib

04 Aprel 2020, 15:41 (GMT +4)
Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

04 Aprel 2020, 15:31 (GMT +4)
İspaniyada gün ərzində COVID-19-a 7000 yoluxma hadisəsi qeydə alınıb

04 Aprel 2020, 15:20 (GMT +4)
Səudiyyə Yəmən ərazisinə 15 aviazərbə endirib, bir ailənin 4 üzvü həlak olub

04 Aprel 2020, 15:10 (GMT +4)
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04 Aprel 2020, 14:58 (GMT +4)
Maduro ölkəni qorumaq üçün artilleriyanı səfərbər etməyi əmr edib

04 Aprel 2020, 14:48 (GMT +4)
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

04 Aprel 2020, 14:30 (GMT +4)
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

04 Aprel 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb

04 Aprel 2020, 14:07 (GMT +4)
Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək 

04 Aprel 2020, 13:51 (GMT +4)
Maduro koronavirusla mübarizədə Kolumbiyaya kömək edəcəklərini açıqlayıb

04 Aprel 2020, 13:45 (GMT +4)
Astara sakini narkotik vasitə satarkən saxlanılıb

04 Aprel 2020, 13:35 (GMT +4)
Rusiyada son sutka ərzində 582 nəfərdə koronavirusa yoluxma aşkar edilib 

04 Aprel 2020, 13:26 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 7,500-ü keçib

04 Aprel 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Aprel 2020, 12:46 (GMT +4)
ASCO-da evdən idarəetmə ilə fasiləsiz iş rejimi tam təmin olunub

04 Aprel 2020, 12:40 (GMT +4)
İran Parlamentinin 190 deputatı koronavirusa görə analiz verib

04 Aprel 2020, 12:35 (GMT +4)
ABŞ-da son sutka ərzində 1,4 min insan koronavirusdan ölüb

04 Aprel 2020, 12:25 (GMT +4)
DİN: Karantin rejimini pozan 9 nəfər həbs edilib

04 Aprel 2020, 12:05 (GMT +4)
İş adamı: Karantin vaxtı işləmək istəyənlərə müvafiq testdən keçməklə icazə vermək olar

04 Aprel 2020, 11:58 (GMT +4)
Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasının şərtini açıqlayıb

04 Aprel 2020, 11:53 (GMT +4)
Tramp prezident seçkilərinin noyabrda keçiriləcəyini təsdiqləyib

04 Aprel 2020, 11:41 (GMT +4)
BMT Azərbaycanın COVID-19-la mübarizəsini alqışlayır

04 Aprel 2020, 11:30 (GMT +4)
Çində koronavirusdan ölənlərin xatirəsi sükutla yad edilib

04 Aprel 2020, 11:28 (GMT +4)
Bakıda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

04 Aprel 2020, 11:16 (GMT +4)
ABŞ qüvvələri İraqda daha bir qərargahı ölkə ordusuna təhvil verməyə başlayıb

04 Aprel 2020, 11:10 (GMT +4)
Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66