Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Daşınmaz əmlakın qeydiyyatında daha bir uğur əldə edilib

02 Noyabr 2018, 12:17 (GMT +4)

Bakı, 2 noyabr, SalamNews. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkəmiz “Doing Business 2019” hesabatında müxtəlif parametrlər üzrə, o cümlədən əmlakın qeydiyyatı sahəsində xeyli irəliləyib. Belə ki, əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb. Bu göstərici ilə isə ölkəmiz Polşa, Rumıniya, Bolqarıstan, bəzi Avropa və Mərkəzi Asiya ölkələrini qabaqlayıb. 2019-cı il üçün tərtib edilən hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə, dünyanın və MDB-nin əksər ölkələrindən irəlidədir.

«Doing Business 2019» hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu 4.7, Avropa və Mərkəzi Asiya regionunda isə 5.3 təşkil edir. Bu göstəriciyə görə, ölkəmiz Polşa, Rumıniya və Bolqarıstan kimi inkişaf etmiş ölkələri qabaqlayır.

Digər tərəfdən «Doing Business 2018» hesabatına əsasən ölkəmizdə qeydiyyat üçün 5,5 gün tələb edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 20,1 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 20,3 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 4 dəfə daha sürətlidir.

Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatına çəkilən xərclərin məbləği əmlakın ümumi dəyərinin cəmi 0,1%-ni təşkil edir. Qeyd edək ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2%-i qədər, Avropa və Mərkəzi Asya regionu üçün isə 2,6%-nii əşkil edir.

30 ballıq şkala ilə qiymətləndirilən torpaq idarəetmə sisteminin keyfiyyət göstəricisinə görə isə ölkəmiz 17,5 bal toplayıb. Bu onu göstərir ki, ölkəmizdə bu sahədə infrastrukturun etibarlılığı, məlumatların "şəffaflığı" təmin edilib, coğrafi əhatə dairəsi genişləndirilib, torpaq mübahisələrinin həlli mexanizmləri təkmilləşdirilib və əmlaka sahib olma imkanları artırılıb. Müqayisə üçün qeyd edilməlidir ki, İƏİT ölkələri üzrə bu göstərici 23.0, Avropa və Mərkəzi Asya regionu üzrə isə 19.6 təşkil edir.

«Doing Business 2019» hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər əmlakın qeydiyyatının sadələşdirilməsinin, vətəndaş amilinin gücləndirilməsi, o cümlədən sosial kampaniyaların keçirilməsi, intensiv elektronlaşmanın tətbiq edilməsinin nəticəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmət istifadəyə verilməsi, çıxarışların verilmə müddətinin 1 iş günü müddətinədək azaldılması, o cümlədən elektron çıxarış sisteminin tətbiq edilməsi, arxivləşdirilmənin elektron qaydada həyata keçirilməsi vətəndaş məmnunluğunun artmasına imkan verdi. Elektron çıxarışın tətbiqi təkrar qeydiyyat sahəsində prosedurları tam olaraq avtomatlaşdırıb. Bundan başqa “Əmlakın qeydiyyatı kalkulyatoru” daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqının əvvəlcədən öyrənilməsinə, xərclərin öncədən hesablanmasına və vaxt itkisinin aradan qaldırılmasına imkan verdi. Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb.

Qeydiyyat xidmətlərini vətəndaşa daha yaxın edən yeni sosial layihə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”, eləcə də “Kütləvi çıxarış” kampaniyası əhalinin bütün təbəqələrini əhatə etməkdədir.

Əmlak Məsələləri Dövlət Komitəsi bundan sonra da vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın və operativliyin daha da artırılması, xidmətlərə olan əlçatanlığın yüksəldilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirəcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident: "Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir"

Azərbaycan “Doing Business”də top-20 islahatçı ölkənin sırasındadır

Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasında yer alıb

“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir

Azərbaycanın "Doing Business" hesabatında yenidən irəliləməsi gözlənilir

UNEC-də Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi müzakirə edilib

AmCham “Doing Business-2019” reytinqində Azərbaycanın əhəmiyyətli irəliləyişini alqışlayır

Azərbaycan “Doing Business 2018” hesabatında 8 pillə irəliləyib

"Doing Business 2017” hesabatında Azərbaycan 29 ölkədən biri olub

Bakıda “Doing Business” hesabatının metodologiyasındakı yeni dəyişikliklərə dair seminar keçirilib

Azərbaycan "Doing Business 2016" hesabatında 17 pillə irəliləyib

Azərbaycan «Doing Business-2015»in hesabatında 32 pillə irəliləyib

“Doing Business 2014"də Azərbaycan ən çox islahat aparan ilk 10 ölkə sırasında qərarlaşıb - Sahib Məmmədov

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 İyul 2020, 13:32 (GMT +4)
Hizbullah ABŞ-ın təzyiqlərinə baxmayaraq Livanda siyasi boşluğa şərait yaratmayacağını bildirib

11 İyul 2020, 13:13 (GMT +4)
Rusiyada son sutkada 188 koronavirus xəstəsi ölüb

11 İyul 2020, 13:11 (GMT +4)
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

11 İyul 2020, 12:53 (GMT +4)
Dünya dövlətlərindən heç biri koronavirusa görə iqtisadiyyatını 6 aylıq dayandıra bilməz – İran prezidenti

11 İyul 2020, 12:50 (GMT +4)
“Dayanıqlı inkişaf və gənclər: yeni imkanlar və çağırışlar” mövzusunda konfrans keçirilib

11 İyul 2020, 12:45 (GMT +4)
Həmas Türkiyənin Ayasofya ilə bağlı qərarını alqışlayıb

11 İyul 2020, 12:30 (GMT +4)
"Azercell" "e-Təbib" tətbiqini yükləyənlərə 100 MB hədiyyə edir

11 İyul 2020, 12:15 (GMT +4)
Bakıdan rayona torpaq yolla gedənlər həbs ediliblər

11 İyul 2020, 12:11 (GMT +4)
ABŞ-da bir gün ərzində rekord sayda 63,2 min nəfər koronavirusa yoluxub

11 İyul 2020, 12:10 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası son sutkada Yəmənə 50-dən çox aviazərbə endirib

11 İyul 2020, 11:45 (GMT +4)
“14 iyul 1969-cu il - milli tariximizin unudulmaz günü” adlı tədbir keçirilib

11 İyul 2020, 11:42 (GMT +4)
ÜST son sutkada dünyada rekord sayda insanın koronavirusa yoluxduğunu açıqlayıb

11 İyul 2020, 11:42 (GMT +4)
Çoxdilli «Shafaqna» saytı Azərbaycan dilində də fəaliyyətə başlayıb

11 İyul 2020, 11:20 (GMT +4)
Azay Quliyev seçicilərlə videogörüş keçirib

11 İyul 2020, 11:10 (GMT +4)
Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11 İyul 2020, 11:00 (GMT +4)
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib

11 İyul 2020, 10:55 (GMT +4)
İraq İranla sərhəddə yerləşən əyalətdə İŞİD-in gizli sığınacaqlarına qarşı əməliyyata başlayıb

11 İyul 2020, 10:42 (GMT +4)
Türkiyənin Ayasofya ilə bağlı qərarına hörmət edilməlidir - Ərdoğan

11 İyul 2020, 10:31 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

11 İyul 2020, 10:24 (GMT +4)
Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb

11 İyul 2020, 10:16 (GMT +4)
Suriya beynəlxalq təşkilatın kimyəvi hücumla bağlı hesabatını siyasi oyun adlandırıb

11 İyul 2020, 10:11 (GMT +4)
Ayasofyada 1934-cü ildən bəri ilk dəfə azan oxunub - VİDEO

11 İyul 2020, 10:07 (GMT +4)
Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşulub (VİDEO)

11 İyul 2020, 10:00 (GMT +4)
DTX XİN-in Konsulluq İdarəsinin rəisinin həbsi ilə bağlı məlumat yayıb

10 İyul 2020, 18:01 (GMT +4)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

10 İyul 2020, 17:55 (GMT +4)
Yaqut Qarayeva: Bəlli bir sabitləşməyə nail ola bilmişik

10 İyul 2020, 17:54 (GMT +4)
ABŞ Yaponiyaya 105 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

10 İyul 2020, 17:47 (GMT +4)
Hikmət Hacıyev: Yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66