Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Karate üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

02 Noyabr 2018, 10:43 (GMT +4)

Bakı, 2 noyabr, SalamNews. Noybarın 6-da İspaniyanın paytaxtı Madriddə start götürəcək karate üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasından SalamNews-a verilən məlumata görə, 6 gün davam edəcək mundilada ölkəni 20 idmançı təmsil edəcək. 10 fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilər kişi və qadınların komanda kumite yarışında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaq.

Fərdi yarışlara Firdovsi Fərzəliyev (60 kq) Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib.

Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa, Sahib Əhədov 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatında qüvvəsini sınayacaq.

Baş məşqçilər Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar), Vahid Ayvazov (kata), o cümlədən böyük məşqçilər Qurban Tağıyev, Seymur Hüseynov, Rəşad Hüseynov, məşqçi Denis Morozov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov kumite və kata yarışlarında milli komandanı müşayiət edəcəklər.

Noyabrın 3-də İspaniyanın paytaxtına yola düşəcək heyət 10 gün sonra Bakıya dönəcək.

Qeyd edək ki, karate üzrə XXIV dünya çempionatında rekord sayda - 140 ölkədən 1147 idmançı iştirak edəcək. İki ildən bir keçirilən yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 May 2020, 21:16 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın neft tankerləri Venesuela sahillərinə yaxınlaşır

24 May 2020, 21:01 (GMT +4)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

24 May 2020, 16:26 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 140 nəfərdə yoluxma aşkarlanıb, 101 nəfər sağalıb

24 May 2020, 10:16 (GMT +4)
Birinci vitse-prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

24 May 2020, 10:00 (GMT +4)
"Ramazan - Vəhdət və Mərhəmət Bayramı" adlı onlayn konfrans keçirilib

23 May 2020, 22:18 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

23 May 2020, 17:00 (GMT +4)
Mingəçevirdə civə satan şəxs saxlanılıb

23 May 2020, 16:26 (GMT +4)
İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başlayıb

23 May 2020, 15:59 (GMT +4)
Azərbaycanda daha 127 nəfərdə koronavirus aşkarlanıb, 107 nəfər sağalıb

23 May 2020, 13:41 (GMT +4)
Ramazan bayramı günündə Bakının hava proqnozu açıqlanıb

23 May 2020, 13:35 (GMT +4)
Gənclər və İdman Nazirliyi veteran idmançılara dəstək olub

23 May 2020, 13:15 (GMT +4)
Güclü külək elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub (FOTO)

23 May 2020, 12:38 (GMT +4)
İranın Bakıdakı səfiri Respublika Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib

23 May 2020, 12:32 (GMT +4)
Millət vəkili həkimlərin həyat sığortasının tətbiqi üçün AMB və TƏBİB-ə müraciət edib

23 May 2020, 12:17 (GMT +4)
Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları artıb

23 May 2020, 11:30 (GMT +4)
XİN: Almaniya Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

23 May 2020, 11:19 (GMT +4)
Bakıda Ramazan yarmarkası keçirilir (FOTO)

23 May 2020, 10:34 (GMT +4)
Azərbaycan və Oklahomanın Kənd Təsərrüfatı nazirləri arasında onlayn görüş keçirilib

23 May 2020, 09:20 (GMT +4)
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

23 May 2020, 00:45 (GMT +4)
Hacı İlqar İbrahimoğlu: Beynəlxalq Qüds günü İslam ümmətinin əhyasıdır (VİDEO)

23 May 2020, 00:05 (GMT +4)
İlin müstəsna mənəvi fürsəti bitməkdədir - Ramazanın 29-cu gününün duası

22 May 2020, 22:41 (GMT +4)
Qazax rayonuna dolu düşüb

22 May 2020, 18:01 (GMT +4)
Eastnews.org saytının əməkdaşı beynəlxalq telemitinqdə ölkəmizi təmsil edib

22 May 2020, 17:42 (GMT +4)
Corc Soros: Koronavirus pandemiyası AB-nin qurtuluşu üçün təhlükədir

22 May 2020, 17:27 (GMT +4)
Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb

22 May 2020, 17:24 (GMT +4)
Yaponiya Olimpiya Oyunlarını 2021-ci ildə keçirməyi planlaşdırır

22 May 2020, 17:00 (GMT +4)
Azərbaycanlı alimlərin elmi məqaləsi nüfuzlu beynəlxalq nəşriyyatın hazırladığı kitabda dərc olunub

22 May 2020, 16:58 (GMT +4)
Putin Rusiyada koronavirusla bağlı vəziyyətin stabilləşdiyini açıqlayıb

22 May 2020, 16:54 (GMT +4)
Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində çalışacaq

22 May 2020, 16:48 (GMT +4)
Fələstin Polisi İsrail qüvvələrinin olduğu bəzi qəsəbələri tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66