Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Daşınmaz əmlaka dair arxiv sənədləri elektron informasiya sistemləri vasitəsilə əldə ediləcək

01 Noyabr 2018, 15:18 (GMT +4)

Bakı, 1 noyabr, SalamNews. Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir. Bununla da, vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı işləri daha da sadələşir.

SalamNews xəbər verir ki, bu barədə noyabrın 1-də Daşınmaz Əmlakın Dövlət Reyestri ilə Milli Arxiv İdarəsi arasında imzalanma mərasiminə həsr olunmuş tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib.

Xidmət rəisi qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatında sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsiplərini nəzərə alaraq, əhaliyə göstərilən ictimai xidmətləri maksimum sadələşdirir, prosedurları optimallaşdırır, o cümlədən müasir dövrün tələblərinə uyğun yeniliklər tətbiq edir, intensiv elektronlaşmanı həyata keçirir.

Onun sözlərinə görə, artıq dövlət reyestrindən çıxarış almaq üçün əhalinin təqdim etdiyi sənədlərin arxiv əsasının olub olmadığı anındaca onlayn olaraq müəyyənləşəcək. Arxiv sənədlərinin əldə olunması üçün əlavə ünvanlara getməyə ehtiyac qalmır, vətəndaş-məmur ünsiyyəti minimuma enir. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında elektron əlaqənin yaradılması nəticəsində reallaşacaq.

H.Mustafayev bildirib ki, onlayn əlaqənin qurulmasında məqsəd daşınmaz əmlaka çıxarış almaq üçün arxiv sənədlərinin operativ qaydada əldə edilməsinə, qeydiyyatla bağlı əməliyyatlarda arxiv arayışların sürətli şəkildə alınmasına, nəticə etibarilə vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. Həmçinin tərəflər arasında məlumat mübadiləsinin vahid baza əsasında həyata keçirilməsinin təmin edilməsidir: “Görülən işlərin nəticəsidir ki, “Doing Business 2019” hesabatında ölkəmiz daşınmaz əmlakın qeydiyyatı sahəsi üzrə 4 pillə irəliləyərək 17-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan bir neçə Avropa ölkəsini, o cümlədən Polşanı, Rumıniyanı, Bolqarıstanı qabaqlayıb.

Vurğulanıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında imzalanan memorandum vətəndaşların qeydiyyat xidmətlərindən daha rahat və sadə şəkildə yararlanmasına şərait yaradacaq. Həmçinin memorandum iki qurum arasında əlaqələrin genişlənməsinə, sənəd dövriyyəsində çevikliyin artmasına imkan verəcək.

Diqqətə çatdırılıb ki, vətəndaşlar qeydiyyat üçün tələb olunan sənədin arxivdə olub-olmamasını müəyyən etmək üçün müvafiq idarəyə getməli olurdular. Bununla bağlı olaraq xidmətin ərazi idarələri tərəfindən müvafiq arxiv idarələrinə sorğular göndərilir, onların arxiv əsasının olub-olmaması məsələsi aydınlaşdırılırdı. Artıq komitə ilə Milli Arxiv İdarəsi arasında elektron əlaqənin yaradılması vətəndaşların bu məsələsini onlayn olaraq yerinə yetirir.

Vətəndaşlar sadəcə ərazi idarələrinə müraciət edir, həmin ərazi ofisləri vahid elektron informasiya sisteminə inteqrasiya olmaqla sənədlərin arxivini yoxlayırlar. Bununla da, həm vətəndaşların vaxt itkisi olmur, həm də kağız üzərində yazışmalar aradan qaldırılır.

Tədbirdə vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində tətbiq olunan bəzi yeniliklər barədə də məlumat verilib.

Qeyd edilib ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların elektron qaydada verilməsi, çıxarışların 1 iş günü müddətində alınması, yüklülük haqqında arayışların notariuslar tərəfindən onlayn qaydada əldə olunması, vətəndaşların işini xeyli sadələşdirib.

Həmçinin notariusların daşınmaz əmlaka dair alqı-satqı müqavilələrini təsdiqlədikdən sonra onları elektron üsulla daşınmaz əmlakın dövlət reyestrinə göndərməsi bu amala xidmət edən yeniliklərdəndir.

Tədbirdə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov xidmətlər sahəsində innovativ layihələrin icrasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığın önəmini diqqətə çəkib. Bildirib ki, bu əməkdaşlıq vətəndaş məmnunluğunun yüksəldilməsinə, xidmətlərdə əlçatanlığın artırılmasına yönəlib.

Daha sonra “Daşınmaz əmlakın qeydiyyatında elektron arxivin yaradılması” mövzusunda təqdimat keçirilib.

Bildirilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində atılan addımlardan biri arxivlərin elektronlaşdırılması olub. Hazırda arxiv sənədlərinin vahid qovluq sisteminə uyğun yığılması, skan edilməsi tam başa çatdırılıb. Sənədlərin rəqəmləşdirilməsi istiqamətində isə işlər davam etdirilir. Ümumilikdə 2 milyon 500 minə yaxın daşınmaz əmlaka dair sənədlər mövcuddur.

Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev və Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov fəaliyyət istiqamətləri üzrə elektron əlaqələrin qurulması ilə bağlı əməkdaşlıq memorandumu imzalayıblar.

Memorandumda daşınmaz əmlaka dair arxiv sənədlərinin elektron informasiya sistemləri vasitəsilə əldə edilməsi, tərəflər arasında fəaliyyət sahələri üzrə mövcud məlumat bazalarına inteqrasiyanın təmin olunması, o cümlədən birgə layihələrin reallaşdırılması öz əksini tapıb.

Sonda tədbirdə iştirak edən ekspertlər qeydiyyat sahəsində vətəndaşayönəlik ictimai xidmətlərin tətbiqinin, sosial layihələrin həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

ASA daşınmaz əmlakın icbari sığortası ilə bağlı açıqlama yayıb

Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

Neft Fondu bu il bir sıra ölkələrin daşınmaz əmlak obyektlərinə investisiya yatıracaq

Ləğv prosesində olan 10 bankın 9 daşınmaz əmlakı hərraclarda satılıb

Bakıda 4-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçirilir

Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək

Daşınmaz əmlakın qeydiyyatında daha bir uğur əldə edilib

Daşınmaz əmlakın səyyar qeydiyyatı Ələt qəsəbəsində

Neft Fondu Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırmayıb

Dövlət Neft Fondu Avstraliyada daşınmaz əmlak alır

Keçən ay daşınmaz əmlakın icbari sığortası üzrə 9 min 326 müqavilə bağlanıb

Bu il daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub

Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 7 mindən çox müqavilə bağlanılıb

Türkiyədə daşınmaz əmlak bazarı ilə maliyyə bazarlarını yaxınlaşdıran xüsusi bank yaradıla bilər

Ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 8 043 sığorta müqaviləsi bağlanılıb - İSB

Azərbaycanlılar Çexiyada investisiyalarını daşınmaz əmlak və otelçilik sektoruna yönəldiblər - Nazirlik

Ötən il 140 mindən çox daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb - İSB

İlham Əliyev Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olub

Daşınmaz əmlakın qeydiyyatı prosesində rahatlıq və sosiallıq amilləri gücləndirilib - Kərəm Həsənov 

14 İyul 2020, 12:38 (GMT +4)
Rusiyada son sutkada 175 nəfər koronavirusdan ölüb  

14 İyul 2020, 12:30 (GMT +4)
DİN: Karantini pozaraq futbol oynayan 25 nəfər saxlanılıb

14 İyul 2020, 12:18 (GMT +4)
“Bacarıqlı gənclər” festivalı keçiriləcək

14 İyul 2020, 12:17 (GMT +4)
Qırğızıstan XIN rəhbəri koronavirusa yoluxub

14 İyul 2020, 12:08 (GMT +4)
ABŞ qüvvələri Əfqanıstanda beş hərbi qərargahı tərk ediblər

14 İyul 2020, 12:01 (GMT +4)
AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqlənib

14 İyul 2020, 11:51 (GMT +4)
Elmar Məmmədyarov sərhəddə olanlar barədə Aİ-nin ali nümayəndəsinə məlumat verib

14 İyul 2020, 11:35 (GMT +4)
Rəsmi Dəməşq beynəlxalq təşkilatın «kimyəvi hücum»la bağlı hesabatını siyasi qərar adlandırıb

14 İyul 2020, 11:25 (GMT +4)
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 51 ili tamam olur

14 İyul 2020, 11:12 (GMT +4)
ABŞ-da koronavirus peyvəndinin istehsalına başlanacaq

14 İyul 2020, 11:10 (GMT +4)
Mətbuat Şurası jurnalistlərə müraciət edib

14 İyul 2020, 11:01 (GMT +4)
Səidə Fətullazadə yüksək vəzifəyə təyin edilib

14 İyul 2020, 10:55 (GMT +4)
BMT baş katibi Ermənistan və Azərbaycanı atəşkəsə çağırır

14 İyul 2020, 10:52 (GMT +4)
DİM: İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər 

14 İyul 2020, 10:41 (GMT +4)
İran nüvə sazişində qalan tək ölkə olmayacağını bildirib

14 İyul 2020, 10:40 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələri Tovuzun kəndlərini atəşə tutub

14 İyul 2020, 10:18 (GMT +4)
Türkiyə XİN Ayasofyanın yeni statusu ilə əlaqədar Aİ tənqidlərinə cavab verib

14 İyul 2020, 10:06 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

14 İyul 2020, 09:53 (GMT +4)
İyulun 15-dən etibarən Rusiya gələnlər üçün iki həftəlik karantin ləğv edəcək

14 İyul 2020, 09:47 (GMT +4)
Səudiyyə və İraq illərdir bağlı qalan yeganə sərhəd keçidini açmağı planlaşdırırlar

14 İyul 2020, 09:30 (GMT +4)
MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

14 İyul 2020, 09:25 (GMT +4)
«Liviya Parlamenti» Misiri ölkədə hərbi müdaxilə etməyə çağırıb

14 İyul 2020, 09:14 (GMT +4)
ÜST: Dünyada 13 milyondan çox insan koronavirusa yoluxub

14 İyul 2020, 09:00 (GMT +4)
Ucarda atasını öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

13 İyul 2020, 21:16 (GMT +4)
MN: Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib (VİDEO)

13 İyul 2020, 18:56 (GMT +4)
Rəhim Qazıyev saxlanılıb və barəsində cinayət işi başlanılıb

13 İyul 2020, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Emmanuel Makrona məktub göndərib

13 İyul 2020, 17:45 (GMT +4)
WP: Tramp andiçmədən sonra 20 min dəfədən çox yalan danışıb 

13 İyul 2020, 17:45 (GMT +4)
Əli Əhmədov: ATƏT-in Minsk Qrupu öz mövqeyini ortaya qoymalıdır

13 İyul 2020, 17:41 (GMT +4)
İran Nətənz nüvə obyektindəki partlayışın səbəbinin müəyyənləşdiyini bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66