BŞBPİ: İtkin düşən şəxsin polis tərəfindən saxlanılması barədə fikirlər həqiqəti əks etdirmir30 Oktyabr 2018, 14:15 (GMT +4) Bakı, 30 oktyabr, SalamNews. Oktyabrın 26-da Şirvan rayon sakini, Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinə müraciət daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən SalamNews-a daxil olan məlumata görə, N.İsmayılın nişanlısı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı çıxaraq, ünvana çatmayıb.
Daxil olan müracət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib.
Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.
|