Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Müsəlman aləmində Ərbəin günü qeyd olunur

30 Oktyabr 2018, 06:30 (GMT +4)

Bakı, 30 oktyabr, SalamNews. Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si, yəni bu gün müsəlmanların üçüncü imamı Həzrət Hüseyn ibn Əlinin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir.

SalamNews xəbər verir ki, müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər.

Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə bağlıdır. Kərbəlada şəhidlər sərvəri İmam Hüseyn (ə) və sadiq silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə xilafətin paytaxtı Şama (Dəməşq şəhərinə) – Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynəlabidin (ə) də var idi. O, Aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxmamış və buna görə də sağ qalmışdı.

Tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – Ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynəlabidinin (ə) məhz Ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır.

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və "Ərbəin ziyarətnaməsi"ni oxumaq böyük savaba malikdir.

Xatırladırıq ki, Kərbəla şəhidlərinin matəm mərasimi Ərbəin günündə başa çatsa da, bundan sonra daha 9 və ya 10 gün şadlıq etməmək, hüznlü olmaq savab sayılır. Çünki səfər ayının 28-də Həzrət Məhəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) şəhadət günü, səfər ayının son günündə (29-u və ya 30-da) isə İmam Rzanın (ə) şəhadət günü qeyd edilir. Bu müqəddəslərin ruhuna ehtiram əlaməti olaraq, səfər ayının sonuna kimi matəmi uzatmaq məsləhətdir


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

Bu gün İslam dünyasında hüznlü Ərbəin günüdür

İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

İran bu il Ərbəin ziyarətinə yollanan zəvvarlarının rekord rəqəmini açıqlayıb

Ərbəin ziyarətində milyonlarla zəvvara müxtəlif xidmətlər göstərilir (VİDEO)

Bu ilki Ərbəin ziyarətinə görə Kərbəlaya 90-dan artıq dövlətin zəvvarı yollanıb

Kərbəla zəvvarların möhtəşəm Ərbəin yürüşü (FOTOLAR)

İraqda Ərbəin zəvvarlarına hücum planlayan 10 kamikadze ələ keçib

Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

Ərbəin-ə 5 gün qalıb - Mənəvi yürüşə start verilib (VİDEO)

Sərhədi keçən Ərbəin zəvvarlarının sayı keçən illə müqayisədə 3 qat artıb - İran

Nəcəf-Əşrəf şəhəri Ərbəin zəvvarlarını qarşılayır (FOTO)

On bir min Ərbəin zəvvarı Astara gömrüyündən keçərək Kərbəlaya yollanıb

İran Ərbəinə yollanan vətəndaşları ziyarət səfərini bir neçə gün təxirə salmağa çağırıb

Azərbaycanlı zəvvarların ilk karvanı Ərbəin ziyarətinə yola düşüb (VİDEO)

Suriya Ordusu Ərbəin qəsəbəsini radikal qruplaşmalardan azad edib (VİDEO)

Ərbəin ziyarəti ərəfəsində İranda 11 terror qrupu zərərsizləşdirilib

Ərbəin ziyarətinə 100-dən çox millətin nümayəndəsi qatılıb

Ərbəin zəvvarları Kərbəladan ölkələrinə dönürlər

Moskvada Ərbəin günü ilə bağlı mərasim keçirilib

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

19 Oktyabr 2019, 10:05 (GMT +4)
Metrodan istifadə edənlərin sayı artıb

19 Oktyabr 2019, 09:42 (GMT +4)
Bu gün İslam dünyasında hüznlü Ərbəin günüdür

18 Oktyabr 2019, 18:04 (GMT +4)
Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb

18 Oktyabr 2019, 18:02 (GMT +4)
Ərdoğan Trampın ədəbsiz məktubunu unutmadığını açıqlayıb

18 Oktyabr 2019, 17:58 (GMT +4)
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

18 Oktyabr 2019, 17:52 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 5%-dən çox artıb

18 Oktyabr 2019, 17:48 (GMT +4)
Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

18 Oktyabr 2019, 17:44 (GMT +4)
Bəşər Əsəd Türkiyə və ABŞ qüvvələrinin Suriyadan dərhal çıxmasını tələb edib

18 Oktyabr 2019, 17:33 (GMT +4)
Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

18 Oktyabr 2019, 17:15 (GMT +4)
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb

18 Oktyabr 2019, 17:07 (GMT +4)
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

18 Oktyabr 2019, 16:55 (GMT +4)
Ərdoğan Putinlə görüşü “Suriya üzrə razılaşmaların həyata keçirilməsi mərhələsi" adlandırıb

18 Oktyabr 2019, 16:44 (GMT +4)
Əfqanıstanda cümə namazı zamanı məsciddə partlayış törədilib - Azı 25 şəhid var

18 Oktyabr 2019, 16:31 (GMT +4)
Modul tipli məktəblərin sayı artırılır

18 Oktyabr 2019, 16:28 (GMT +4)
Mingəçevir Dövlət Universitetində struktur islahatlarına başlanılıb

18 Oktyabr 2019, 16:25 (GMT +4)
Körpüüstü reklam üçün haqq müəyyənləşib

18 Oktyabr 2019, 16:08 (GMT +4)
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon könüllü olaraq Belçika hökumətinə təslim olub 

18 Oktyabr 2019, 16:06 (GMT +4)
Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

18 Oktyabr 2019, 15:58 (GMT +4)
İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

18 Oktyabr 2019, 15:52 (GMT +4)
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66