Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Zəngilan rayonunun işğal günü ilə əlaqədar anım tədbiri keçirilib

29 Oktyabr 2018, 17:40 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ müharibəsi veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Zəngilan rayonundan olan ziyalılar, “SABAH” qrupunun zəngilanlı tələbələri iştirak ediblər.
Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Zəngilanın işğalına səbəb olan amilləri qeyd edərkən bildirib ki, dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı ilk illərdə Azərbaycanda hökm sürən ictimai-siyasi, sosial-iqtisadi böhran, ordu quruculuğunun ləngidilməsi, düzgün xarici siyasət aparılmaması Ermənistanın hərbi təcavüzünün genişlənməsinə, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin işğalına şərait yaradıb.

Zəngilanlılar uzun müddət təcavüzkara müqavimət göstərib, öz torpaqlarının müdafiəsində fədakarlıqla dayanıblar. Lakin ətraf əraziləri zəbt etmiş işğalçı qüvvələr 30 oktyabr 1993-cü ildə rayon mərkəzini ələ keçirdikdən sonra mühasirədən çıxmaq üçün zəngilanlılar Araz çayının o tayına, İran ərazisinə keçmək məcburiyyətində qalıblar. Zəngilanlıların daim minnətdarlıq hissi ilə qeyd etdikləri kimi, ulu öndər Heydər Əliyevin İran İslam Respublikası rəhbərlərinə müraciəti əsasında buna imkan yaradılması, onları soyqırımına məruz qalmaqdan xilas edib.

Diqqətə çatdırılıb ki, Ermənistanın təcavüzünün qarşısına sədd çəkilməsi və işğal etdiyi bəzi ərazilərdən çıxarılması xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prezident kimi rəsmi vəzifəsinin icrasına başlamasından sonra dərhal cəmiyyətdə və orduda sağlam qüvvələri səfərbər edərək qətiyyətli hərbi-siyasi tədbirlər həyata keçirməsi nəticəsində mümkünləşib. 1994-cü ildə cəbhə xəttində atəşkəsə nail olunması isə müstəqil dövlətimizin bütün sahələrdə, o cümlədən hərbi quruculuqda mühüm uğurlar qazanmasına imkan verib. Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi son 15 ildə Azərbaycan regionun lider dövlətinə çevrilib, ordumuz güclənib, qüdrətlənib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə tam hazır olduğunu praktiki cəhətdən göstərib. 2016-cı ilin aprel hadisələri, 2 min hektardan artıq ərazinin işğaldan azad edilməsi bunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizdə müharibədən əziyyət çəkən insanların xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu xatırladan komitə sədri bu sahədə ulu öndər Heydər Əliyevin başladığı işləri Prezident İlham Əliyevin davam etdirdiyini, o cümlədən məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet məsələ kimi müəyyənləşdirdiyini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, qəzalı binalarda və ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin ilk növbədə yeni mənzillərə köçürülməsini şəxsən nəzarətdə saxlayır.

Tədbirdə Zəngilan rayon ictimaiyyətinin və ziyalılarının nümayəndələri çıxış edərək, onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür bildiriblər. Günbəgün güclənən Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa edəcəyinə inandıqlarını əminliklə qeyd edən tədbir iştirakçıları ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərinin tezliklə işğaldan azad olunacaq ərazilərdə, o cümlədən Zəngilanda da aparılmasını arzulayıblar.

Sonda Zəngilanın işğalına həsr olunmuş film nümayiş etdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

XİN Zəngilanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür

Pakistan mətbuatında Zəngilan rayonunun işğalı ilə bağlı məqalə dərc edilib

Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 23 il ötür

Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 22 il ötür

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66