Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN Zəngilanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

29 Oktyabr 2018, 10:06 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Azərbaycanın Zəngilan rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva açıqlama verib.

XİN-dən SalamNews-a verilən məlumata görə, L.Abdullayeva açıqlamada xatırladıb ki, 29 oktyabr 1993-cü il tarixində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən və ümumi ərazisi 730 kv. km olanZəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qeyd olunmalıdır ki, Cəbrayıl və digər həmsərhəd rayonların işğal edildikdən sonra mühasirə halına düşmüş Zəngilan iki aydan artıq şücaətli müqavimət göstərib.

Təcavüz nəticəsində 85 yaşayış məntəqəsindən ibarət Zəngilan rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. İşğal nəticəsində çoxlu sayda yaşayış binaları, sənaye və kənd təsərrüfatı müəssisələri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, o cümlədən qədim daş abidələri olan tarix muzeyi və s. yandırılaraq məhv edilib. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Hal-hazırda 45 min nəfər rayon sakinləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır.

Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında Yuxarı və Orta Yeməzli kəndlərinin arasında e.ə. I minilliyə aid küp qəbirləri və Şərifan kəndindəki XIII-XIV əsrlərə aid Şəhri-Şərifan tarixi şəhərciyinin qalıqları kimi arxeoloji abidələr, Əmirxanlı kəndindəki XII əsrə aid Qız qalası abidəsi, Məmmədbəyli kəndindəki 1304-1305-ci illərə aid Yəhya ibn Məhəmməd əl-Həccin türbəsi, bir sıra Qafqaz alban kilsələri, çoxlu sayda məscidlər və sair qeyd oluna bilər.

Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Zəngilan rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə həmin ərazilərdə Suriyadan olan erməni əsilli şəxslər daxil olmaqla, erməni əhalisinin qanunsuz yerləşdirilməsi həyata keçirilir. Zəngilan rayonu üzərindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan ilə birləşdirilməsi üçün nəzərdə tutulan artıq üçüncü yolun çəkilməsi bu işğalçı dövlətinin Azərbaycan ərazilərini ilhaq etmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir.

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunun işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Zəngilan rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə hələ də əməl edilməyib.

Lakin Ermənistan dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğal nəticəsində yaranmış status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

"Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəxalq səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, həmçinin vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır", - L.Abdullayeva vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Zəngilan rayonunun işğal günü ilə əlaqədar anım tədbiri keçirilib

Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür

Pakistan mətbuatında Zəngilan rayonunun işğalı ilə bağlı məqalə dərc edilib

Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 23 il ötür

Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 22 il ötür

18 Sentyabr 2019, 14:51 (GMT +4)
“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihə başlayıb

18 Sentyabr 2019, 14:46 (GMT +4)
Prezident Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

18 Sentyabr 2019, 14:35 (GMT +4)
ABŞ dövlət katibi Aramco-ya edilən hücuma görə Səudiyyə və BƏƏ-ə gedib

18 Sentyabr 2019, 14:27 (GMT +4)
Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub

18 Sentyabr 2019, 14:14 (GMT +4)
Rusiyanın 6 iri şəhərində Azərbaycanın turizm potensialı təbliğ ediləcək

18 Sentyabr 2019, 14:01 (GMT +4)
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub

18 Sentyabr 2019, 13:55 (GMT +4)
Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

18 Sentyabr 2019, 13:30 (GMT +4)
ATƏT cəbhə xəttində monitorinq keçirib

18 Sentyabr 2019, 13:12 (GMT +4)
Ruhani və Zərifin Nyu-York səfəri ləğv edilə bilər

18 Sentyabr 2019, 13:09 (GMT +4)
Azərbaycan və Gürcüstan elektrik enerji xətlərinin tikintisini müzakirə ediblər

18 Sentyabr 2019, 13:00 (GMT +4)
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

18 Sentyabr 2019, 12:47 (GMT +4)
KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

18 Sentyabr 2019, 12:39 (GMT +4)
“İdman jurnalistikası” magistr proqramına ölkə xaricində də maraq artmaqdadır

18 Sentyabr 2019, 12:32 (GMT +4)
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

18 Sentyabr 2019, 12:24 (GMT +4)
Mehriban Əliyeva: "Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik"

18 Sentyabr 2019, 12:23 (GMT +4)
İran Aramco-ya hücumdan sonra İsveçrə səfirliyi vasitəsilə ABŞ-a mesaj göndərib

18 Sentyabr 2019, 12:10 (GMT +4)
DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

18 Sentyabr 2019, 12:03 (GMT +4)
DİN: Ötən gün qəzalarında 7 nəfər ölüb

18 Sentyabr 2019, 11:53 (GMT +4)
Nazir müavini: Aqrar sektorda 13%-lik artım qeydə alınıb

18 Sentyabr 2019, 11:47 (GMT +4)
AÇG bu il öz 25 illiyini qeyd edir

18 Sentyabr 2019, 11:41 (GMT +4)
Cavid Qurbanov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

18 Sentyabr 2019, 11:38 (GMT +4)
Azərbaycan və Tacikistan birgə müəssisələr yaratmaq istəyir

18 Sentyabr 2019, 11:31 (GMT +4)
Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb

18 Sentyabr 2019, 11:18 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Sentyabr 2019, 11:18 (GMT +4)
Ruhani husilərin Abqaiq neft zavodunu vurmasına münasibət bildirib: Səudiyyə kimi məktəbi vurmayıblar

18 Sentyabr 2019, 11:11 (GMT +4)
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib (FOTOLAR)

18 Sentyabr 2019, 10:56 (GMT +4)
Zakir Həsənov genişmiqyaslı təlimlərin gedişi barədə məruzələri dinləyib

18 Sentyabr 2019, 10:45 (GMT +4)
Neft zavodunun vurulmasından sonra Səudiyyə ABŞ-ın yaratmaq istədiyi koalisiyaya qoşulub

18 Sentyabr 2019, 10:43 (GMT +4)
Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib

18 Sentyabr 2019, 10:26 (GMT +4)
Tunisdə prezident seçkilərinin ikinci turu keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66