Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür

29 Oktyabr 2018, 09:16 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Bu gün respublikamızın dilbər guşələrindən olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür.

SalamNews-un məlumatına görə, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənin aramsız hücumlarına sinə gərən Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. Qarabağ müharibəsində 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görürdü. Əks-təqdirdə ikinci Xocalı faciəsi yaşana bilərdi.

Zəngilan rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Bakı–Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox idi. İqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi.

İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 34 ümumtəhsil məktəbi, texniki peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərirdi.

Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda idi. İndi ermənilər həmin çinarları doğrayaraq xarici ölkələrə satırlar. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də işğalçılar tərəfindən talan edilir. Rayonun ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu bərbad vəziyyətə salınıb. Qoruqdakı qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə edirlər.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.

Rayonda 107 hektar sahəsi olan Avropada 1-ci Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yesentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var idi. Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) bir¬başa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirmiş, nəticədə çay suyunda formalaşmış mikroflora və fauna məhv olmuş, çayın öz-özünü təmizləmə prosesi dayanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Zəngilanın işğalı ilə bağlı bəyanat yayıb

Zəngilanın işğalından 26 il ötür

Zəngilan rayonunun işğal günü ilə əlaqədar anım tədbiri keçirilib

XİN Zəngilanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Pakistan mətbuatında Zəngilan rayonunun işğalı ilə bağlı məqalə dərc edilib

Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 23 il ötür

Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 22 il ötür

01 Oktyabr 2020, 10:45 (GMT +4)
Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib

01 Oktyabr 2020, 10:30 (GMT +4)
Ermənistan növbəti itki siyahısını açıqlayıb

01 Oktyabr 2020, 10:27 (GMT +4)
Ermənistan prezidenti iki ərəb liderinə məktub ünvanlayaraq yardım istəyib

01 Oktyabr 2020, 10:23 (GMT +4)
Ermənilərin atəşi nəticəsində indiyədək 16 mülki şəxs həlak olub

01 Oktyabr 2020, 10:15 (GMT +4)
Aİ Ermənistan və Azərbaycanı atəşi dayandırmağa çağırıb

01 Oktyabr 2020, 10:02 (GMT +4)
MN: Düşmən yenidən Tərtər şəhərini artilleriya atəşinə tutur

01 Oktyabr 2020, 09:55 (GMT +4)
Baş Prokurorluq ermənilərin öldürdüyü mülki vətəndaşla bağlı açıqlama yayıb

01 Oktyabr 2020, 09:50 (GMT +4)
Lavrov ilə Borrel Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

01 Oktyabr 2020, 09:48 (GMT +4)
İraqda Kürdüstan Muxtariyyətinin mərkəzi Ərbil şəhərinə raketlər atılıb

01 Oktyabr 2020, 09:22 (GMT +4)
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

01 Oktyabr 2020, 09:17 (GMT +4)
Ağcabədinin kəndlərində onlarla ev dağılıb, yaralananlar var

01 Oktyabr 2020, 09:15 (GMT +4)
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub

01 Oktyabr 2020, 09:00 (GMT +4)
MN: Düşmənə gecə ərzində artilleriya zərbələri endirilib (VİDEO)

01 Oktyabr 2020, 08:54 (GMT +4)
Ayətullah Xameneinin dörd əyalət üzrə nümayəndələri Azərbaycanın Qarabağda əks-hücumu haqda bəyanat veriblər

01 Oktyabr 2020, 01:20 (GMT +4)
MN: Düşmənin hərbi kolonları məhv edilib (VIDEO)

01 Oktyabr 2020, 01:17 (GMT +4)
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlanıb (VİDEO)

30 Sentyabr 2020, 22:08 (GMT +4)
Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib

30 Sentyabr 2020, 22:05 (GMT +4)
DTX ermənilərin təxribatı ilə bağlı vətəndaşlara müraciət edib

30 Sentyabr 2020, 19:28 (GMT +4)
MN: Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

30 Sentyabr 2020, 19:22 (GMT +4)
Aİ Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib

30 Sentyabr 2020, 19:20 (GMT +4)
Ermənilər Horadizə top mərmisi atıb, 1 mülki şəxs həlak ölüb, 3 nəfər yaralanıb

30 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycan peyk xidmətləri ixracını 9%-dək artırıb

30 Sentyabr 2020, 17:57 (GMT +4)
Bayden Trampı "Putinin küçüyü" adlandırıb

30 Sentyabr 2020, 17:52 (GMT +4)
Azərbaycanda iki yeni medal təsis edilir

30 Sentyabr 2020, 17:45 (GMT +4)
VEYSƏLOĞLU Azərbaycan ordusuna dəstək göstərir

30 Sentyabr 2020, 17:40 (GMT +4)
MN: Düşmənin daha səkkiz döyüş texnikası məhv edilib

30 Sentyabr 2020, 17:40 (GMT +4)
TAP: Hərbi vəziyyət Avropaya qaz tədarükü üçün risk yaratmır

30 Sentyabr 2020, 17:31 (GMT +4)
Sabahdan Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətə başlayacaq

30 Sentyabr 2020, 17:25 (GMT +4)
Nazir: Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30 Sentyabr 2020, 17:17 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada yeni anti-rekord qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66