Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Almaniya nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

24 Oktyabr 2018, 16:27 (GMT +4)

Bakı, 24 oktyabr, SalamNewsAlmaniya Bundestaqının Xristian Demokratlar İttifaqı Fraksiyasının, eləcə də İqtisadiyyat və Energetika Komitəsinin üzvü Mark Hauptman, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Haiser və Almaniyanın nüfuzlu iş adamlarının daxil olduğu nümayəndə heyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.

Komitədən SalamNews-a verilən məlumata görə, qonaqları salamlayan Dövlət Komitəsinin sədri ölkələrimiz arasında əlaqələrdən danışaraq Azərbaycan diasporu və diaspor hərəkatının yeni istiqamətləri barədə məlumat verib, Prezident İlham Əliyevin Azərbaycan diasporunun inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. Dövlət Komitəsinin sədri son dövrlərdə Avropa ölkələrinə reallaşan səfərləri barədə məlumat verib, Avropada yaranan Koordinasiya Şuralarının məqsəd və məramı barədə danışıb. Almaniyada məskunlaşan və eyni zamanda, təhsil alan azərbaycanlılar, onların yaşadıqları cəmiyyətə inteqrasiyası, dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, ortaq layihələr, Azərbaycan-Almaniya forumu, diaspor şəbəkəsinin yaranması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Səmimi görüş üçün təşəkkür edən qonaqlar Azərbaycana investisiya qoyulması ilə bağlı planlarından danışıb və ölkəmizdə investisiya üçün əlverişli mühit olduğunu qeyd ediblər. Onlar peşə təhsili sahəsində layihələrə xüsusi diqqət etdiklərini və iqtisadi layihələrin gerçəkləşdirilməsində Almaniyada yaşayan 300 min azərbaycanlının bilik və bacarığından, potensialından istifadə etməyin vacibliyini nəzərə çatdırıblar.

Görüş zamanı, Dövlət Komitəsinin sədri diaspor fəaliyyətinin genişləndirilməsi üçün medianın imkanlarından daha geniş istifadə edildiyini qeyd edib, Diaspor TV, yaxın vaxtlarda işə başlayacaq Diaspor FM barədə məlumat verib və bildirib ki, əsas məqsədlərdən biri dünya azərbaycanlılarını vahid Koordinasiya Mərkəzində birləşdirməkdir. Görüşdən sonra, Almaniyalı qonaq Mark Hauptman Diaspor TV-yə müsahibə verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66